Məhkəmə qərarları › İş №2(010)-4241/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4241/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4241/2021 18.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X4 Cavabdehlər Cavabdeh1 Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və X2 qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka premetinə yönəldilməsi tələbinə dair iddia qaldırıb, Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 5200 (beş min iki yüz) manat, faiz üzrə 1891.80 (bir min səkkiz yüz doxsan bir manat, 80 qəpik) manat olmaqla cəmi 7091.80 (yeddi min doxsan bir manat, 80 qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 Dünyarpalı oğluun mülkiyyətində olan **-NS-*** dövlət qeydiyyat nömrəli “SEAT İBİZA” minik markalı (buraxılış ili 2012, ban - VSSZZZ6JZDR020208, rəngi - ağ) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən AZərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarəsini “X5 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASCdən problemli aktivlərin satın alınması ilə bağlı Cavabdeh1 dair sənədlər S-AVK-1342 saylı, 06.11.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında 31.05.2012-ci il tarixdə, 139 saylı kredit müqaviləsi bağlanıb. Müqaviləyə əsasən cavabdehə illik 17 faiz tətbiq edilməklə, 60 ay müddətinə 14025 manat məbləğində pul vəsaiti verilmişdir. 01.06.2012-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit vəsaitini istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ** NS *** dövlət qeydiyyat nişanlı, “SEAT İBİZA” markalı minik avtomobili (buraxılış ili 2012, Ban – VSSZZZ6JZDR020208, rəngi – ağ) ipteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 06.08.2012-ci il tarixli, AA seriyalı, 052182 nömrəli “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Kreditin təminatı kimi zamin Cavabdeh2 ilə 31.05.2012-ci il tarixdə 139 №li zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər öz öhtəliklərini icra etmirlər. Ona görə də iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X6 iddia tələbini müdafiə edərək yuxarıda göstərilənlərə uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq, qiymətləndirmə rəyi ilə razı olduqlarını bildirdi. Məhkəmə iclasında Cavabdeh1 Dünamalı oğlu iddia tələbinə etiraz edərək avtomobilin onda olmadığını, satıldığını bildirdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək borc məbləğinin ona aidiyyatının olmadığını bildirdi. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 28.10.2020-ci il PL/G-57 nömrəli hesabata əsasən ipoteka predmetini təşkil edən avtomobillə analoji xüsusiyyətlərə malik olan avtomobillərin bazar dəyərinin 10000 manat, likvid dəyərinin 8000 manat təşkil etdiyi bildirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdeh tərəfin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Cavabdeh1 Dünamalı oğlu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı arasında 31 may 2012-ci il tarixli, 139 № li kredit müqaviləsinə əsasən borc verən nəqliyyat vasitəsinin alınması məqsədi ilə borc alana 60 ay müddətinə, illik 17 % şərtilə 14025 manat verməyi öhdəsinə götürmüşdür. - Cavabdeh1 Dünamalı oğlu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialı arasında 31 fevral 2012-ci il tarixli, 139 № li ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla ipoteka verən arasında bağlanmış 31 may 2012-ci il tarixli, 139 № li kredit müqaviləsinə əsasən 14025 manat məbləğində 60 ay müddətinə, illik 17 faizlə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi SEAT İBİZA markalı minik markalı, buraxılış ili 2012, Ban – VSSZZZ6JZDR020208, ağ rəngli avtomobil ipoteka ilə yüklü edilmişdir. - Cavabdeh2 Dünamalı oğlu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialı arasında 31 fevral 2012-ci il tarixli, 8 № li zaminlik müqaviləsinə əsasən borclu-Cavabdeh1 ilə kreditor - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialı arasında arasında bağlanmış 31 may 2012-ci il tarixli, 139 № li kredit müqaviləsinə əsasən 14025 manat məbləğində 60 ay müddətinə, illik 17 faizlə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin Cavabdeh2 borclu ilə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. - 11 avqust 2015-ci il tarixli, İddiaçı QSC ilə "xxxx" ASC arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" ASC problemli krditlərlə bağlı öz tələbetmə hüququnu İddiaçı QSC-nə güzəşt etmişdir. - Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 31.05.2012-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Nəqliyyat X1 əsasən 2012-ci il buraxılışlı, ağ rəngli, **- NS-*** dövlət qeydiyyat nişanlı, “SEAT İBİZA” markalı minik avtomobili Cavabdeh1 Dünamalı oğluna məxsusdur. Beləliklə, işin hallarından məlum olur ki, "xxxx" ASC ilə Cavabdeh1 Dünamalı oğlu arasında avtomobilin alınması üçün kredit müqaviləsi bağlanmış, kreditin təminatı şəklində kreditə alınmış avtomobil ipoteka ilə yüklü edilmişdir. Bank müqavilə ilə üzərinə düşən öhtəliyi yerinə yetirsə də, Cavabdeh1 Dünamalı oğlu müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Müqavilənin təminatı kimi, həm də Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsi çıxış edir. Sonradan, Bankın qeyd edilən kredit müqaviləsi əsasında Cavabdeh1 Dünamalı oğluna qarşı yaranan tələb hüququ İddiaçı QSC-yə ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki İddiaçı QSC-nin qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 Dünamalı oğlundan 5200 manat məbləğində əsas borc, 1891,80 manat məbləğində faiz borcu, ümumilikdə 7091,80 manat şəklində tələb etməsi qanuni və əsaslıdır. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi hissəsini də əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Həmin Məcəllənin 270-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 273-cü maddəsinə əsasən girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə ipoteka predmetinin likvid dəyərinin 7225 manat qiymətləndirilməsi barədə hesabatı mötəbər sübut kimi qəbul edir və hesab edir ki, ipoteka predmeti olan Cavabdeh1 Dünamalı oğluna məxsus **-NS-*** dövlət qeydiyyat nişanlı, “SEAT İBİZA” markalı minik avtomobilin likvid dəyəri 7225 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq borçlu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Ona görə də, məhkəmə hesab edir ki ,ipoteka predmeti olan avtomobil müəyyən edilmiş likvid dəyərlə açıq hərracda satışa çıxarılmalı, satışda əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi cavabdehə ödənilməlidir. Məhkəmə iddia tələbini Cavabdeh2 münasibətdə əsaslı saymır. Belə ki, məhkəmə kredit öhdəliyinin zaminliklə təmin edilməsi, bu səbəbdən Cavabdeh2 də iddiaçı qarşısında D.Pirverdiyev ilə birgə məsuliyyət daşımasına hüquqi qiymət verib aşağıdakıları qeyd edir. İşin hallarından göründüyü kimi 31.05.2012-ci il tarixli 139 nömrəli Kredit müqaviləsi üzrə öhdəliyin son icra müddəti 31.05.2017-ci il müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdəvə ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4.). Məhkəmə qeyd edir ki, kredit öhdəliyinin icrası vaxtı 31.05.2017-ci ildə başa çatmış, həmin vaxtdan da bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, zaminliyə xitam verilməlidir. Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi, tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Digər tərəfdən, Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kiçik həcmli istehlak krediti və onların təminatı kimi imzalanan zaminlik müqavilələrinin nümunəvi formaları bir qayda olaraq banklar tərəfindən təklif olunur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının Milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh1 200 manat məbləğində qiymətləndirmə xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Pı̇ rverdı̇ yev İxtı̇ yar Dünyamalı oğlundan əsas borc üzrə 5200 manat, faiz borcu üzrə 1891,80 manat olmaqla, cəmi 7091,80 (yeddi min doxsan bir manat səksən qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının hesabına ödənilsin. Tutma cavabdeh Pı̇ rverdı̇ yev İxtı̇ yar Dünyamalı oğlunun mülkiyyətində olan **-NS- *** dövlət qeydiyyat nişanlı "SEAT İBİZA" markalı minik avtomobilinə (buraxılış ili 2012, ban- VSSZZZ6JZDR020208, rəngi-ağ) yönəldilərək, açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının hesabına ödənilsin. Satışdan əldə olunan vəsaitin borc məbləğinin ödənilməsinə kifayət etmədikdə əksik qalan məbləğ cavabdeh Pı̇ rverdı̇ yev İxtı̇ yar Dünyamalı oğlundan tutulsun. İpoteka predmetinin likvid dəyəri 7225 (yeddi min iki yüz iyirmi beş) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qiymətləndirmə xərci olan 200 (iki yüz) manat cavabdeh Pı̇ rverdı̇ yev İxtı̇ yar Dünyamalı oğlundan tutularaq, "xxxx"MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar