Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4243/2021 23.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Cəlil oğluna və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Cəlil oğluna və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 15563,45 manat məbləğində əsas borc və 1982,14 manat məbləğində faiz borcu olmaqla - cəmi 17545,59 manat məbləğində borcun və 30,4 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 Cəlil oğlu arasında bağlanmış 09 sentyabr 2019-ci il tarixli Kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 21,5 % olmaqla 22000 manat məbləğində kredit verilmişdir. Həmin Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə də zaminlik müqaviləsi bağlanmış və bununla da, həmin Cavabdeh1 Bankdan götürdüyü pul vəsaitini ödəmədiyi halda sonuncunun öhdəliyini üzərinə götürmüşlər. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 Cəlil oğlu nəzərdə tutulmuş müddətdə və qaydada əsas kredit məbləğini və ona hesablanmış faizləri Banka ödəməli idi. Lakin o, müqavilə üzrə öhdəliklərinə vaxtında və lazımi qaydada əməl etməmiş və bununla da, Kredit müqaviləsinin şərtlərini pozmuşdur. Verilmiş kreditlə əlaqədar “borcalan“-ın öhdəliklərinin icrasının təmini olaraq Cavabdeh2 “borcalan“-a zamin olduğu üçün, onların öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Cavabdehlər dəfələrlə şifahi və yazılı qaydada öhdəliklərin icrasının təmin edilməsi üçün xəbərdar edilsələr də, onlar müqavilə üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və onların İddiaçı ASC-yə 15563,45 manat əsas borc və 1982,14 manat faiz borcu olmaqla, cəmi 17545,59 manat məbləğində borcları yaranmışdır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək göstərdi ki, həqiqətən də o, bankla zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 tərəfindən 09 sentyabr 2019-ci il tarixli Kredit müqaviləsi üzrə öhdəliklərinin icra edilmədi halı üçün sonuncu ilə birlikdə məsuliyyət daşımasını üzərinə götürmüşdür. Hazırda məsuliyyətini dərk edir, lakin maddi vəziyyəti ilə əlaqədar öhdəliyi birdəfəyə ödəyə bilmir. Buna baxmayaraq onun tərəfindən işə məhkəmədə baxıldığı zaman borcun bir qismi ödənilsə də, bank tərəfindən bu hal nəzərə alınmlə osi ilə bağlı nə nun Bankdan götürdüyü pul vəsaitini ödəmədiyi halda sonuncunun öhdəliyini üzərinə götürmüşlər onun tərəfindən aparılmış ödəmələr nəzərə alınmamışdır. Ödənişləri elektron qaydada həyata keçirtdiyinə görə bunu təsdiq edən qəbzləri əldə edə bilməmişdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Cəlil oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçı nümayəndəsinin və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 sentyabr 2019-cu il tarixli 106804-476397/3 saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC – “Kredit verən”, Cavabdeh1 Cəlil oğlu – “Kredit alan” olmaqla bağlanmış müqaviləyə əsasən, sonuncuya bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında 36 ay müddətinə illik 21.5 faiz dərəcəsi ilə 22000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 Cəlil oğlunun İddiaçı ASC-yə olan borcunu müvafiq Ödəniş cədvəlinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh1 Cəlil oğlu imzası ilə təsdiq etmişdir. Həmin Ödəniş cədvəlindən görünür ki, kreditin qaytarılmasının son tarixi 09 sentyabr 2022-ci il müəyyən edilmişdir. İş materiallarında olan 09 sentyabr 2019-cu il tarixli kassa məxaric orderinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 Cəlil oğlu 09 sentyabr 2019cu il tarixli Kredit müqaviləsinə əsasən 22000 manat məbləğində pulu İddiaçı ASC-dən almışdır. İş materiallarında olan 09 sentyabr 2019-cu il tarixli 106804-476397/3 saylı Kredit müqaviləsinin təminatı olaraq bağlanmış 09 sentyabr 2019-cu il tarixli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 İddiaçı ASC-dən kredit götürməsinə zamin durmuşdur. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, “Zamin” Borc alanın 09 sentyabr 2019cu il tarixli 106804-476397/3 saylı Kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərn yerinə yetirməsinə görə Borc alanla birgə məsuliyyət daşıyır. Məhkəmə tədqiqatına təqdim olunmuş maliyyə arayışı və hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh1 11 iyun 2021-ci il tarixinə əsas borcu 15563,45 manat, faiz borcu 1982,14 manat borcu mövcüddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, cavabdehlərə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Beləliklə də, borcalan Cavabdeh1 Cəlil oğlu 09 sentyabr 2019-cu il tarixli Kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Borcalan Cavabdeh1 Cəlil oğlunun kredit müqaviləsi ilə götürdüyü öhdəliyini yerinə yetirməməsi səbəbindən, zamin Cavabdeh2 da 09 sentyabr 2019-ci il tarixli Zaminlik müqavilələri üzrə zamin olaraq götürdüyü öhdəlikləri pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədikləri üçün cavabdehlərdən 15563,45 manat məbləğində əsas borc və 1982,14 manat məbləğində faiz tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddia tam təmin olunmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, cavabdehlər Cavabdeh1 Cəlil oğlundan, Cavabdeh2 müştərək qaydada 15563,45 manat məbləğində əsas borc və 1982,14 manat məbləğində faiz borcu olmaqla- cəmi 17545,59 manat məbləğində borc tutularaq, İddiaçı ASC-yə ödənilməlidir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30,40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 15563.45 manat məbləğində əsas borc və 1982.14 manat faiz borcu olmaqla, ümumilikdə 17545,59 manat borc və 30.40 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 17575,99 manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-4243/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4243/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver