Məhkəmə qərarları › İş №2(010)-4261/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4261/2020

17.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4261/2020 17.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən-Suraxanı rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2094,93 manat məbləğində dəymiş ziyanın, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin, həmçinin 30 (manat) dövlət rüsumu olmaqla cəmi 2424,93 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB- nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H: AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN: **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyi üçün ərizəyə məhkəmə qaydasında baxılmalı deyil və iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışının məzmunundan görünür ki, iddiaçının iddia ərizəsində cavabdeh kimi göstərdiyi Cavabdeh xx.xx.2019-cu il tarixində ölmüşdür. Yəni hazırkı iddia ərizəsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilən zaman artıq iş üzrə cavabdeh bir ildən artıq müddətdir ki, vəfat etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəməyə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Azərbaycan Respublikası MPM-nin 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Qeyd edilən Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Adı çəkilən Məcəllənin 58.1-ci maddəsinə əsasən isə, mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquqi varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansısa mərhələsində mümkündür. Yuxarıda şərh olunun MPM-nin tələblərindən də göründüyü kimi, məhkəmədə fiziki şəxsə qarşı istənilən iddia qaldırılarkən cavabdeh yetkinlik yaşına çatmış fiziki şəxs olmalı və həmin şəxsin öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) olmalıdır. Yəni iddia canlı şəxsə qarşı qaldırılmalıdır. Hazırkı halda isə iddiaçı iddianı vəfat etmiş şəxsə qarşı qaldırmışdır. Halbuki iddia qaldırılana kimi cavabdeh vəfat etmişsə iddiaçı həmin cavabdehin hüquq varislərini müəyyən etməli və məhz həmin hüquq varislərinə qarşı məhkəmədə iddia qaldırmalıdır. Məhkəmə tərəfindən hüquq varisinin əvəz edilməsinə MPM-nin tələbləri baxımından yalnız məhkəmənin artıq icraatında olan hər hansı bir mülki iş üzrə tərəflərdən bir sıradan çıxdıqda yol verilir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsini iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya öz iddia ərizəsində göstərdiyi tələblə bağlı vəfat etmiş Cavabdeh hüquq varislərini müəyyən edib həmin şəxslərə qarşı onların rəsmi yaşayış ünvanları üzrə iddia irəli sürmək hüququ izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar