Məhkəmə qərarları › İş №2(010)-4294/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4294/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4294/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Ütü Philips, Ütü Braun, Tozsoran SAMSUNG, İMEİ kodu **********09581 Samsung galaxy A10 markalı telefon, JABRA, X4 Black markalı aksesuarlar üçün 677.4 (altı yüz yetmiş yeddi manat, qırx qəpik) manat ödənilməmiş hissə, 204.6 (iki yüz dörd manat, altmış qəpik) manat dəbbə; 10.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********20697 X5 8 markalı telefon, Samsung LED markalı televzor, DECT PANASONİC markalı ev telefonu, SAMSUNG Galaxy Buds markalı qulaqlıq, Power Bank Mİ, Üz qırxan Philips, SAMSUNG markalı 2 ədəd tozsoran üçün 2811.6 (iki min səkkiz yüz on bir manat, altmış qəpik) ödənilməmiş hissə, 735.4 (yeddi yüz otuz beş manat, qırx qəpik) manat dəbbə; 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, CANON EOS markalı fotoaparat, JBL Charge 4 Blue markalı aksesuar üçün 1657.2 (min altı yüz əlli yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 495.8 (dörd yüz doxsan beş manat, səksən qəpik) manat dəbbə miqdarında borc, ümumilikdə, 6582 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 28.12.2019-cu il, 10.01.2020-ci il, 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Ütü Philips, Ütü Braun, Tozsoran SAMSUNG, İMEİ kodu **********09581 Samsung galaxy A10 markalı telefon, JABRA, X4 Black markalı aksesuarlar, İMEİ kodu **********20697 X5 8 markalı telefon, Samsung LED markalı televzor, DECT PANASONİC markalı ev telefonu, SAMSUNG Galaxy Buds markalı qulaqlıq, Power Bank Mİ, Üz qırxan Philips, SAMSUNG markalı 2 ədəd tozsoran və CANON EOS markalı fotoaparat, JBL Charge 4 Blue markalı aksesuar almış və nəticədə 6582 (altı min beş yüz səksən iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1022.4 (min yirmi iki manat, qırx qəpik) manat (12 ay x 85.2 manat + 0 manat ilkin ödəniş) olan Ütü Philips, Ütü Braun, Tozsoran SAMSUNG, İMEİ kodu **********09581 Samsung galaxy A10 markalı telefon, JABRA, X4 Black markalı aksesuarlar üçün ümumilikdə, 882 (səkkiz yüz səksən iki) olmaqla ondan, 677.4 (altı yüz yetmiş yeddi manat, qırx qəpik) manat ödənilməmiş hissə, 204.6 (iki yüz dörd manat, altmış qəpik) manat dəbbə; 10.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3162.6 (üç min yüz altmış iki manat, altmış qəpik) (18 ay x 175.7 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********20697 X5 8 markalı telefon, Samsung LED markalı televizor, DECT PANASONİC markalı ev telefonu, SAMSUNG Galaxy Buds markalı qulaqlıq, Power Bank Mİ, Üz qırxan Philips, SAMSUNG markalı 2 ədəd tozsoran üçün ümumilikdə, 3547 (üç min beşyüz qırx yeddi) manat olmaqla ondan 2811.6 (iki min səkkiz yüz on bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 735.4 (yeddi yüz otuz beş manat, qırx qəpik) manat dəbbə; 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1807.2 (min səkkiz yüz yeddi manat, iyirmi qəpik) manat (12 ay x 150.6 manat + 0 manat ilkin ödəniş) olan CANON EOS markalı fotoaparat, JBL Charge 4 Blue markalı aksesuar üçün ümumilikdə, 2153 (iki min yüz əlli üç) manat olmaqla ondan, 1657.2 (min altı yüz əlli yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 495.8 (dörd yüz doxsan beş manat, səksən qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 846 manat təşkil edir.Bununla əlaqədar olaraq, iddiaçı 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Ütü Philips, Ütü Braun, Tozsoran SAMSUNG, İMEİ kodu **********09581 Samsung galaxy A10 markalı telefon, JABRA, X4 Black markalı aksesuarlar üçün 677.4 (altı yüz yetmiş yeddi manat, qırx qəpik) manat ödənilməmiş hissə, 204.6 (iki yüz dörd manat, altmış qəpik) manat dəbbə; 10.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********20697 X5 8 markalı telefon, Samsung LED markalı televzor, DECT PANASONİC markalı ev telefonu, SAMSUNG Galaxy Buds markalı qulaqlıq, Power Bank Mİ, Üz qırxan Philips, SAMSUNG markalı 2 ədəd tozsoran üçün 2811.6 (iki min səkkiz yüz on bir manat, altmış qəpik) ödənilməmiş hissə, 735.4 (yeddi yüz otuz beş manat, qırx qəpik) manat dəbbə; 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, CANON EOS markalı fotoaparat, JBL Charge 4 Blue markalı aksesuar üçün 1657.2 (min altı yüz əlli yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 495.8 (dörd yüz doxsan beş manat, səksən qəpik) manat dəbbə miqdarında borc, ümumilikdə, 6582 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan 28.12.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Ütü Philips, Ütü Braun, Tozsoran SAMSUNG, İMEİ kodu **********09581 Samsung galaxy A10 markalı telefon, JABRA, X4 Black markalı aksesuarlar almış və həmin əşyanı alınmasına görə 1022,4 manat pulu ilkin ödənişsiz olmaqla, 12 ay ərzində, hər ay 39 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 10.01.2020-ci il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İMEİ kodu **********20697 X5 8 markalı telefon, Samsung LED markalı televzor, DECT PANASONİC markalı ev telefonu, SAMSUNG Galaxy Buds markalı qulaqlıq, Power Bank Mİ, Üz qırxan Philips, SAMSUNG markalı 2 ədəd tozsoran almış və həmin əşyanı alınmasına görə 3162,60 manat pulu ilkin ödənişsiz olmaqla, 18 ay ərzində, hər ay 175,7 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 28.02.2020-ci il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən CANON EOS markalı fotoaparat, JBL Charge 4 Blue markalı aksesuar almış və həmin əşyanı alınmasına görə 1807,2 manat pulu ilkin ödənişsiz olmaqla, 12 ay ərzində, hər ay 150,6 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 15.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 28.12.2019-cu il, 10.01.2020-ci il, 28.02.2020-ci il tarixlərindəki Müddətli (Nisyə) Alqı-Satqı müqavilələrinə əsasən Cavabdeh "xxxx" MMC – yə 5146,2 (beş min bir yüz qırx altı manat iyirmi qəpik) manat məbləğində ödənilməmiş əsas borc, 1435,8 (bir min dörd yüz otuz beş manat səksən qəpik) manat məbləğində cərimə borcu, ümumillikdə 6582 (altı min beş yüz səksən iki) manat məbləğində borcu vardır. Mülki iş materiallarında olan 28 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, "xxxx" ASC tərəfindən Cavabdeh borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 02.06.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh, "xxxx" MMC ilə 28.12.2019-cu il, 10.01.2020-ci il, 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Ütü Philips, Ütü Braun, Tozsoran SAMSUNG, İMEİ kodu **********09581 Samsung galaxy A10 markalı telefon, JABRA, X4 Black markalı aksesuarlar, İMEİ kodu **********20697 X5 8 markalı telefon, Samsung LED markalı televizor, DECT PANASONİC markalı ev telefonu, SAMSUNG Galaxy Buds markalı qulaqlıq, Power Bank Mİ, Üz qırxan Philips, SAMSUNG markalı 2 ədəd tozsoran və CANON EOS markalı fotoaparat, JBL Charge 4 Blue markalı aksesuar almış və nəticədə 6582 (altı min beş yüz səksən iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1022.4 (min yirmi iki manat, qırx qəpik) manat (12 ay x 85.2 manat + 0 manat ilkin ödəniş) olan Ütü Philips, Ütü Braun, Tozsoran SAMSUNG, İMEİ kodu **********09581 Samsung galaxy A10 markalı telefon, JABRA, X4 Black markalı aksesuarlar üçün ümumilikdə, 882 (səkkiz yüz səksən iki) olmaqla ondan, 677.4 (altı yüz yetmiş yeddi manat, qırx qəpik) manat ödənilməmiş hissə, 204.6 (iki yüz dörd manat, altmış qəpik) manat dəbbə; 10.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3162.6 (üç min yüz altmış iki manat, altmış qəpik) (18 ay x 175.7 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********20697 X5 8 markalı telefon, Samsung LED markalı televzor, DECT PANASONİC markalı ev telefonu, SAMSUNG Galaxy Buds markalı qulaqlıq, Power Bank Mİ, Üz qırxan Philips, SAMSUNG markalı 2 ədəd tozsoran üçün ümumilikdə, 3547 (üç min beşyüz qırx yeddi) manat olmaqla ondan 2811.6 (iki min səkkiz yüz on bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 735.4 (yeddi yüz otuz beş manat, qırx qəpik) manat dəbbə; 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1807.2 (min səkkiz yüz yeddi manat, iyirmi qəpik) manat (12 ay x 150.6 manat + 0 manat ilkin ödəniş) olan CANON EOS markalı fotoaparat, JBL Charge 4 Blue markalı aksesuar üçün ümumilikdə, 2153 (iki min yüz əlli üç) manat olmaqla ondan, 1657.2 (min altı yüz əlli yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 495.8 (dörd yüz doxsan beş manat, səksən qəpik) manat dəbbə miqdarında borc, ümumilikdə hər üç müqavilə üzrə 5146,2 manat əsas borc,1435,8 dəbbə pulu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 5146,2 manat məbləğində əsas borc Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 28.12.2019-cu il, 10.01.2020-ci il, 28.02.2020-ci il tarixli müqaviləsinin 5-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 5146,2 manat məbləğində əsas borca tənasübsüz olaraq 1435 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 1435,8 manat məbləğində cərimə pulu azaldılaraq 100 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 5146,2 (beş min bir yüz qırx altı manat iyirmi qəpik) manat məbləğində ödənilməmiş əsas borc, 100 (bir yüz) manat məbləğində cərimə borcu, ümumillikdə 5246,2 (beş min iki yüz qırx altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən "xxxx" ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 5146,2 (beş min bir yüz qırx altı manat iyirmi qəpik) manat məbləğində ödənilməmiş əsas borc, 100 (bir yüz) manat məbləğində cərimə borcu, ümumillikdə 5246,2 (beş min iki yüz qırx altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar