Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4297/2025 13.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qafarova Rübabə Nurulla qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 1106 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, oğlu cavabdehdən maşın almış və əvəzində pul vermişdir. 25 iyul 2025-ci il tarixdə Bakı şəhər Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, cavabdeh X2 pul tələb edir. Hazırda 2(007)- 2934/2025 saylı mülki iş Nizami Rayon Məhkəməsinin icraatındadır və növbəti baxış iclası xx.xx.2025-ci il tarixinə təyin edilmişdir. Hər iki tələb “Mercedes-Bens 190” markalı **-RE- *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı mübahisəsi ilə bağlıdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 43. Biri-biri ilə əlaqədar olan bir neçə işin aidiyyəti 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Maddə 169. Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılması 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hər iki mülki işin biri-biri ilə əlaqəli olduğunu və işlərə birlikdə baxılarsa, ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəyini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(010)-4297/2025 saylı mülki iş Nizami Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair 2(007)- 2934/2025 saylı mülki işə birləşdirilməsi məqsədəuyğundur. Belə ki, həmin işlərin birləşdirilməsi həm də mübahisəyə daha operativ baxılmasına xidmət edəcəkdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(010)- 4297/2025 saylı mülki iş Nizami Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair 2(007)- 2934/2025 saylı mülki işə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-4297/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4297/2025
13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver