Məhkəmə qərarları › İş №2(010)-4300/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4300/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4300/2022 30.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 4500 (dörd min beş yüz) manat pulun tutulmasına dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları:

2. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

3. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, cavabdehin ona borclu olduğu 4500 manat pul vəsatinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

İş materialları.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-25/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 32.4, 312.1 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, 32.4, 312.1-ci maddəsi ilə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və 320.1-ci maddəsi ilə aylıq qazancından 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilməsi, Cavabdeh təyin edilən 01 il müddətə islah işləri cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.3-cü maddəsinin tələblərinə uyğun olaraq 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Cavabdeh təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi hökm edilmişdir.

5. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə yazılmış borc haqqında iltizamdan görünür ki, o, həqiqətən də İddiaçı 12.000 manat məbləğində borc pul almış, həmin məbləğdən 7500 manatını qaytarmışdır. Hazırki tarixə İddiaçı 4500 manat borcu qalmışdır. 2022-ci ilin avqust ayının axırınadək qalıq qalan 4500 manat pul vəsaitini hissə-hissə və ya tam şəkildə ödəyəcəyinə dair öhdəlik götürmüşdür.

6. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 65 manat məbləğində rüsum ödənilmişdir.

İşin faktiki halları.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-25/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh tərəfindən İddiaçı qarşı dələduzluq əməlinin törədilməsi və onun 12.000 manat pulunun ələ keçirilməsi, həmin puldan 7500 manat qaytarılması və 4500 manat borcun qalması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə.

Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Məhkəmənin mövqeyi.

10. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

11. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-25/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, cinayət işi üzrə şahid qismində ifadə vermiş İddiaçı ifadəsinə və digər sübutlara əsasən Cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı məxsus 12.000 manat pulu ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin, Cavabdeh tərəfindən yazılmış əlyazmadan da onun İddiaçı 12.000 manat pulunu ələ keçirməsi, həmin puldan 7500 manatını qaytararaq, 4500 manat borcunun qalması iş materialları ilə sübuta yetirilmişdir.

13. Göründüyü kimi qeyd olunan hallarla bağlı yenidən mülki mühakimə icraatı qaydasında araşdırma aparılması yolverilən deyil. Çünki artıq qanuni qüvvəsini almış məhkəmə hökmü ilə cavabdeh həmin əməllərə görə məhkum edilmiş və iş üzrə çıxarılmış hökmdə zərərin məbləği göstərilmişdir.

14. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. İddiaçı təmin edildiyi üçün 65 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4500 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh 65 (altmış beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar