Məhkəmə qərarları › İş №2(010)-4304/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4304/2022

31.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4304/2022 31.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4372/2021 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan 12 oktyabr 2015-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş 175 manat alimentin miqdarının dəyişdirilərək Cavabdeh qazancının və (və ya) digər gəlirlərinin dörddə bir hissəsi dəyərində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı cävabdeh Cavabdeh ilə 17 sentyabr 2014-cü il tarixdə rəsmi nikah ilə ailə həyatı qurmuşlar. Həmin nikahdan 12 oktyabr 2015-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdeh ilə nikahları Suraxanı Rayon Məhkəməsinin 2(010)-4372/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə pozulub. Nikah pozulduqdan sonra həmin qətnaməyə əsasən 12 oktyabr 2015-ci il təvəllüdlü X3 onun himayəsində qalıb və uşağın saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment kəsilmişdir. Cavabdeh uşağın saxlanmasında və onun təminatının ödənilməsində çətinlik çəkməyinə baxmayaraq ona heç bir köməklik göstərmir. Baxmayaraq hərbidə işləyib və ordan yüksək məbləğlə təqaüdə çıxıb. Qeyd etmək istəyir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4372/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 175 manat sabit pul məbləğində aliment uşağın saxlanmasına kifayət etmir. Belə ki, övladının yaşı artdıqca onların tələbatı da artır. Ona görə aliment miqdarının dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbi ilə razı olduğunu qeyd etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan AZ-İ 423240 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-4372/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 142 saylı nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X2 İddiaçı yanında saxlanılması və Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 iyul 2021-ci il tarixdən hesablanmaqla hər ay 175 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahdan bir övladları anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-4372/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 142 saylı nikahın pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X2 İddiaçı yanında saxlanılmış və Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 iyul 2021-ci il tarixdən hesablanmaqla hər ay 175 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı tərəf cavabdehin yüksək məbləğdə daimi gəlirinin olması səbəbilə hazırki alimentin miqdarının dəyişdirilməsini tələb edir. Cavabdeh tərəf isə məhkəməyə ünvanladığı ərizə ilə iddia tələbi ilə razı olduğunu qeyd edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən, alimentlər aliment ödəməli şəxsin qazancından və ya digər gəlirindən müvafiq hissədə; sabit pul məbləğində müntəzəm ödəməklə; sabit pul məbləğində birdəfəlik ödəməklə; əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə, həmçinin qeyd edir ki, təyin ediləcək aliment məbləği real olmalı və icrası mümkünsüz olan qətnamənin qəbul edilməsinə səbəb olmamalıdır. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarında aliment tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4372/2021 saylı qətnaməsi ilə 12 oktyabr 2015-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş 175 manat aliment miqdarı dəyişdirilərək cavabdeh Alxazov Məmmədı̇ yyə Arı̇ f oğlunun aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarında tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Mediasiya prosesi ilə əlaqədar ödənilmiş 50 manat rüsum cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar