Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-431/2025 07.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 6-Y-1-0-2300-23 nömrəli kredit müqaviləsi üzrə 16617,25 manat əsas borc, 2273,42 manat faiz borcu və 690,18 manat cərimə borcu olmaqla, cəmi 19580,85 manat borcun və 148,74 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri X6 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən “Yelo Bank" ASC-dən illik 15.9% faizlə 36 ay müddətinə 17800 AZN kredit götürmüşdür. Lakin borclu şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. tarixli kredit 2024-cü ilin avqustun 28-dək X4 banka xx.xx.2023-cü il manat müqaviləsi üzrə 16617.25 manat əsas borc, 2273.42 manat faiz borcu və 2760.71 cərimə borcu olmaqla cəmi 21651.38 manat borcu vardır. X4 etməsinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 2760.71 AZN təşkil maliyyə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan məbləğində arayışı tələb üzrə olunur. ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 690.18 AZN X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. xx.xx.2024-cü il tarixli, 1562 N li Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional "Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən təqdim edilmiş X6 barədə xx.xx.2024-cü il tarixli, V-8112023 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh3, ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh2 tanınmışdır və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak- Socar "Azneft" İstehsalat Birliyi 1 saylı X3 Xüsusi texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 1125/CM-11/176 saylı arayışına əsasən X1 haqq hesabı, orta aylıq əmək haqqının 3 misli müavinəti 5806( beş min səkkiz yüz altı) manat 05 qəpik ödənilməmiş pul vəsaitindən ibarətdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərin izahatları İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 27 fevral 2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. İlkin iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək cavabdeh kimi əlavə olunmuş X8 və Cavabdeh3 azyaşlı olduqları üçün onların cavabdehlər qırasından çıxarılmışdır. Odur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 6-Y-1-0-2300-23 nömrəli kredit müqaviləsi üzrə 16617,25 manat əsas borc, 2273,42 manat faiz borcu və 690,18 manat cərimə borcu olmaqla, cəmi 19580,85 manat borcun və 148,74 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, iddia tələbi ilə qismən razıdır. Cavabdeh1 iddia ərizəsində göstərilən X1 haqq hesabı, orta aylıq əmək haqqının 3 misli miqdarında müavinəti 5806,05 manat məbləğin 1/3 hissəsini qəbul etmişdir. Digər 2 hissəsini isə mərhum X4 övladları qəbul etmişdir. Cavabdehin özünə məxsus əmlakı yoxdur. Hal-hazırda bacısı və övladları ilə birgə bacısının ərinin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən evdə qeydiyyatsız yaşayır. B.Zaidovla xx.xx.2019-cu ildə rəsmi qaydada boşanmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, uşaqlar azyaşlı olduğu üçün mirası ona vermişlər. Mərhum əri ilə nikahları 2019-cu ildə pozulmuşdur. Uşaqlarının 15 və 17 yaşları var. Əri krediti boşandıqdan sonra götürmüşdür. Krediti nəyə görə götürdüyünu bilmir. Şahidlərin ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, Cavabdeh1 onun baldızıdır. 2016-cı ildən onun mülkiyyətində olan evdə yaşayır, əri ilə dolanmırdı. 2018-ci ildən cavabdeh ərindən ayrılıb. X6 vəfat edib. Özü əksər hallarda Bakıda olmur, Rusiyaya gedib gəlir. Onun evinə köçən zaman cavabdeh özü ilə sadəcə geyim əşyalarını gətirmişdi. Ümumiyyətlə cavabdehin cehiz əşyaları olmayıb. Əri onu qaçırmışdı. İş materialları xx.xx.2023-cü il tarixli, 6-Y-1-0-2300-23 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən X5 illik 15.9 faizlə 36 ay müddətinə 17800 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, 6-Y-1-0-2300-23 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Yelo Bank” ASC tərəfindən X5 15.9 faizlə 36 ay müddətinə 17800 manat kredit verilmişdir. xx.xx.2023-cü il tarixli məxaric qəbzinin surətindən görünür ki, X6 17800 manat məbləğində kredit almışdır. İş matariallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borc məbləğini 5 gün ərzində ödəməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X4 xx.xx.2023-cü il tarixli, 6-Y-1-0-2300-23 nömrəli kredit müqaviləsi üzrə 16617,25 manat əsas borc, 2273,42 manat faiz borcu və 2760,71 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 21651,38 manat kredit borcu vardır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 22-Y-1-0-2764-23 nömrəli kredit müqaviləsi üzrə 7380.33 manat əsas borc, 208.12 manat faiz borcu və 6.86 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7595.31 manat kredit borcu vardır. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 vərəsələri arvadı- Cavabdeh1, oğlu- Cavabdeh2, oğlu- Cavabdeh3dur. Şəhadətnamə verilən miras əmlak Socar “Azneft” İstehsalat Birliyi 1 saylı İxtisaslaşdırlmış neft mədən Xüsusi texnika İdarəsinin xx.xx.2024cü il tarixli, 1125/CM-11/176 saylı arayışa əsasən X1 haq hesab, orta aylıq əmək haqqının 3 misli müavinəti 5806 (beş min səkkiz yüz altı) manat 05 qəpik ödənilməmiş pul vəsaitindən ibarətdir. İşin faktiki halları İddiaçı ilə Beyrək Zaidov arasında kredit müqaviləsinin bağlanması və həmin müqavilədə qeyd olunan kredit məbləğinin iddiaçı tərəfindən cavabdehin vəfat etmiş keçmiş əri olan Beyrək Zaidova təqdim edilməsi işin hallarını təşkil edir. Beyrək Zaidov xx.xx.2023-cü il tarixdə vəfat etmiş, vərəsələri Cavabdeh1, övladları Cavabdeh2 və Cavabdeh3dur. Hazırda, iddiaçı X4 qanun üzrə vərəsəsi olan Cavabdeh1 Beyrək Zaidovla iddiaçı bank arasında bağlanmış olan müqavilə üzrə yaranmış olan borcunun geri qaytarılmasını tələb edir. Cavabdeh1 miras kimi qəbul etdiyi pul məbləği həcmində, yəni 1935,35 manat həcmində iddianı qəbul edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmənin mövqeyi Məhkəmə, işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı Bank İddiaçı ASC mərhum X9 arasında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Borcalanın müqavilə öhdəliyi yerinə yetirilmədən qalmışdır. Nəzərə alınmalıdır ki, borclunun ölümü onun Bank qarşısında kredit öhdəliklərinin xitamına səbəb olmur. Belə ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi, kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Məhkəmə vurğulayır ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh öhdəliklərini yerinə yetirməmişlər. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, sözügedən kredit müqaviləsi üzrə 16617,25 manat əsas borc, 2273,42 manat faiz borcu və 690,18 manat cərimə borcu olmaqla, cəmi 19580,85 manat təşkil edir. Vərəsələrin mərhumun kreditoru (iddiaçı Bank) qarşısında məsuliyyətinin həddi ilə bağlı qeyd edilməlidir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Hazırkı işdən görünür ki, Cavabdeh1 mərhum Beyrək Zaidovdan 5806,05 manat məbləğində pul vəsaitinin 1/3 hissəsi miqdarında, yəni 1935.35 manat məbləğində pul miras qalmışdır. Belə olan halda vərəsə-Cavabdeh1 mərhum Beyrək Zaidovun iddiaçı Banka olan borcun tam həcminə görə deyil, yalnız mirasdan əldə etdiyi paya uyğun məsuliyyət daşımalıdır. Cavabdeh də iddia tələbini qismən qəbul edərək, mərhum Beyrək Zaidovdan miras qalmış 5806,05 manat məbləğində pul vəsaitinin 1/3 hissəsi miqdarında iddiaçıya ödəniş etməyə razı olduğunu bildirmişdir. İş materialları (iddiaçının və nümayəndəsi olan vəkilinin izahatı, şahid ifadəsi) ilə müəyyən olunur ki, hazırki iş üzrə Cavabdeh1 mərhum Beyrək Zaidovdan miras qalmış 5806,05 manat məbləğində pul vəsaitinin başqa hər hansı bir əmlak, daşınar əşya miras qalmamışdır. Qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən miras həcmində, yəni mərhum X2 miras qalmış 5806,05 manat məbləğində pul vəsaitinin 1/3 hissəsi miqdarında pul tutulmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda sadalanan normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki,, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 148.74 manat dövlət rüsumunun 39.35 manat hissəsi Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 6-Y-1-0-2300-23 saylı kredit müqaviləsi üzrə borca görə 1935,35 (bir min doqquz yüz otuz beş manat otuz beş qəpik) manat və dövlət rüsumuna görə 39,35 (otuz doqquz manat otuz beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 6-Y-1-0-2300-23 saylı kredit müqaviləsi üzrə borca görə 1935,35 (bir min doqquz yüz otuz beş manat otuz beş qəpik) manat və dövlət rüsumuna görə 39,35 (otuz doqquz manat otuz beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-431/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-431/2025
07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver