Məhkəmə qərarları › İş №2(010)-4326/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4326/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4326/2021 18.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28.08.2019-cu il tarixli müqaviləyə əsasən Acer Aspire 3 markalı komputer, X4, X5 Bag, Antivirus Kaspersky, Mouse Genius markalı aksessuarlar üçün 344 manat ödənilməmiş hissə, 111 manat dəbbə pulu, 19.03.2020-ci il tarixli müqaviləyə əsasən LG LED markalı televizor üçün 2079,6 manat ödənilməmiş hissə, 349,4 manat dəbbə pulu, 19.03.2020-ci il tarixli müqaviləyə əsasən Playstation-4 Sony markalı playstation üçün 1128,6 manat ödənilməmiş hissə 279,4 manat dəbbə pulu, 26.03.2020-ci il tarixli müqaviləyə əsasən 2 ədəd Samsung markalı tozsoran üçün 624 manat ödənilməmiş hissə, 187 manat dəbbə pulu, 26.03.2020-ci il tarixli müqaviləyə əsasən Marvin-çarpayı-2 mərtəbəli, Marvin-Gencçalışma masası, Marvin-Genc-Dolab markalı mebel əşyaları üçün 2428,8 manat ödənilməmiş hissə, 424,2 manat dəbbə pulu, ümumilikdə 7956 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul vəsaitinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 28.08.2019-cu il, 19.03.2020-ci il, 19.03.2020-ci il, 26.03.2020-ci il və 26.03.2020-ci il tarixli müqavilələrə əsasən, Acer Aspire 3 markalı komputer, X4, X5 Bag, Antivirus Kaspersky, Mouse Genius markalı aksessuarlar, LG LED markalı televizor, Playstation-4 Sony markalı playstation, 2 ədəd Samsung markalı tozsoran, Marvin-çarpayı-2 mərtəbəli, Marvin-Genc-çalışma masası, Marvin-Genc-Dolab markalı mebel əşyaları almış və nəticədə 7956 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.08.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 888 manay (12 ay x 74 manat + 0 manat ilkin ödəniş) olan Acer Aspire 3 markalı komputer, X4, X5 Bag, Antivirus Kaspersky, Mouse Genius markalı aksessuarlar üçün 455 manat olmaqla, ondan 344 manat ödənilməmiş hissə, 111 manat dəbbə pulu, 19.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2394,6 manat (24 ay x 97,( manat +45 manat ilkin ödəniş) olan LG LED markalı televizor üçün 2429 manat olmaqla ondan 2079,6 manat ödənilməmiş hissə, 349,4 manat dəbbə pulu, 19.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1155,6 manat (18 ay x 62,7 manat +27 manat ilkin ödəniş) olan Playstation-4 Sony markalı playstation üçün 1408 manat olmaqla ondan 1128,6 manat ödənilməmiş hissə, 279,4 manat dəbbə pulu, 26.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 624 manat (12 ay x 52 manat +0 manat ilkin ödəniş) olan 2 ədəd Samsung markalı tozsoran üçün 811 manat olmaqla ondan 624 manat ödənilməmiş hissə, 187 manat dəbbə pulu, Marvin-çarpayı-2 mərtəbəli, Marvin-Genc-çalışma masası, Marvin-Genc-Dolab markalı mebel əşyaları üçün 2853 manat olmaqla ondan 2428,8 manat ödənilməmiş hissə, 424,2 manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 886 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini əsas borc hissəsində qəbul etdiyini bildirdi, lakin cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarının dinləyib, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.08.2019-cu il tarixli, 00873924 nömrəli müqavilədən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 888 manat məbləğində Acer Aspire 3 markalı komputer, X4, X5 Bag, Antivirus Kaspersky, Mouse Genius markalı aksessuarlar əldə etmiş və həmin məbləği aylıq 74 manat olmaqla, 12 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.03.2020-ci il tarixli, 20188118 nömrəli müqavilədən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 2394,6 manat məbləğində LG LED markalı televizor əldə etmiş və həmin məbləği aylıq 97,9 manat olmaqla, 24 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.03.2020-ci il tarixli, 20188405 nömrəli müqavilədən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 1155,6 manat məbləğində Playstation-4 Sony markalı playstation əldə etmiş və həmin məbləği aylıq 62,7 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26.03.2020-ci il tarixli, 20203927 nömrəli müqavilədən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 624 manat məbləğində 2 ədəd Samsung markalı tozsoranı əldə etmiş və həmin məbləği aylıq 52 manat olmaqla, 12 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26.03.2020-ci il tarixli, 20203949 nömrəli müqavilədən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 2428,8 manat məbləğində Marvin-çarpayı-2 mərtəbəli, Marvin-Genc-çalışma masası, Marvin- Genc-Dolab markalı mebel əşyaları əldə etmiş və həmin məbləği aylıq 101,2 manat olmaqla, 24 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 28.08.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 344 manat ödənilməmiş hissə, 111 manat dəbbə pulu olmaqla, cəmi 455 manat məbləğində, 19.03.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2079,6 manat ödənilməmiş hissə, 349,4 manat dəbbə pulu olmaqla, cəmi 2429 manat məbləğində, 19.03.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1128,6 manat ödənilməmiş hissə, 279,4 manat dəbbə pulu olmaqla, cəmi 1408 manat məbləğində, 26.03.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 624 manat ödənilməmiş hissə, 187 manat dəbbə pulu olmaqla, cəmi 811 manat məbləğində, 26.03.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2428,8 manat ödənilməmiş hissə, 424,2 manat dəbbə pulu olmaqla, cəmi 2853 manat məbləğində borcu vardır. İş materiallarında olan 28.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliklərini lazımi qaydada icra etmədiyindən hazırki iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilələr üzrə tələb olunan dəbbə pulu əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və müvafiq olaraq 28.09.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 19.03.2020-ci il tarixli 20188118 nömrəli müqavilə üzrə 30 manat, 19.03.2020-ci il tarixli 20188405 nömrəli müqavilə üzrə 20 manat, 26.03.2020-ci il tarixli 20203927 nömrəli müqavilə üzrə 10 manat, 26.03.2020-ci il tarixli 20203949 nömrəli müqavilə üzrə 30 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə anuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28.08.2019-cu il tarixli 00873924 nömrəli müqavilə üzrə 344 manat əsas borc, 10 manat cərimə, 19.03.2020-ci il tarixli 20188118 nömrəli müqavilə üzrə 2079,6 manat əsas borc, 20 manat cərimə, 19.03.2020-ci il tarixli 20188405 nömrəli müqavilə üzrə 1128,6 manat əsas borc, 20 manat cərimə, 26.03.2020-ci il tarixli 20203927 nömrəli müqavilə üzrə 624 manat əsas borc, 10 manat cərimə, 26.03.2020-ci il tarixli 20203949 nömrəli müqavilə üzrə 2428,8 manat əsas borc, 30 manat cərimə olmaqla, ümumilikdə 6704,2 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 28.08.2019-cu il tarixli müqaviləyə əsasən, Acer Aspire 3 markalı komputer, X4, X5 Bag, Antivirus Kasperskiy, Mouse Genius markalı aksesuarlar üçün 344 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 19.03.2020-ci il tarixli müqaviləyə əsasən, LG LED markalı televizor üçün 2079.6 manat ödənilməmiş hissə, 30 manat dəbbə, 19.03.2020-ci il tarixli müqaviləyə əsasən, Playstation-4 Sony markalı playstation üçün 1128.6 manat ödənilməmiş hissə, 20 manat cərimə, 26.03.2020-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Samsung markalı tozsovuran üçün 624 manat ödənilməmiş hissə, 10 manat cərimə, 26.03.2020-ci il tarixli müqaviləyə əsasən Marvin- Çarpayı - iki mərtəbəli, Marvin Genç - Çalışma masası, Marvin -Genc dolab markalı mebel əşyaları üçün 2428.8 manat ödənilməmiş hissə, 30 manat cərimə olmaqla, ümumilikdə 6704.2 (altı min yeddi yüz dörd manat, iyirmi qəpik) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar