Məhkəmə qərarları › İş №2(010)-4336/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4336/2021

01.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4336/2021 01.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi ilə, İddiaçı MTK-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz hərəkətlərin qarşısının alınması, alqı-satqı müqaviləsinin ləğv edilməsi, sahiblik hüquqlarının bərpa edilərək əmlakdan istifadəyə maneələrin aradan qaldırılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MTK-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz hərəkətlərin qarşısının alınması, alqı-satqı müqaviləsinin ləğv edilməsi, sahiblik hüquqlarının bərpa edilərək əmlakdan istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbinə dair mülki iş üzrə 01 noyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasına tərəflər gəlməmişlər. Lakin, İddiaçı MTK-nin nümayəndəsi dəftərxana vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MTK-nin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz hərəkətlərin qarşısının alınması, alqı-satqı müqaviləsinin ləğv edilməsi, sahiblik hüquqlarının bərpa edilərək əmlakdan istifadəyə maneələrin aradan qaldırılması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılaraq, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MTK-nin iddia ərizəsinin qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilsin. İddiaçı “İddiaçı MTK-nin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz hərəkətlərin qarşısının alınması, alqı-satqı müqaviləsinin ləğv edilməsi, sahiblik hüquqlarının bərpa edilərək əmlakdan istifadəyə maneələrin aradan qaldırılması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar