Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4336/2022 21.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh “VAZ 21901-minik” markalı, **-NX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu maddi ziyana görə, 2576 manat pul vəsaiti və ödənilmiş 46 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində ona məxsus texniki cehətden saz vəziyyətdə olan "VAZ 21901-minik" markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsi istiqamətindən üzü O.Ağaoğlu küçəsi istiqamətində 2-ci zolaqda hərəkətdə olan zaman arxadan cavabdeh Bakı şəhəri sakini Cavabdeh idarə etdiyi "KİA OPTİMA-minik" markalı ** RC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə onun idarə etdiyi minik maşınını vurmuşdur. Hərəkət zamanı həmin istiqamətdə tıxac yarandığı və önündə piyada keçidi olduğu üçün aşağı sürətlə hərəkət etmişdir. Cavabdeh hadisə zamanı mobil telefonla danışırdı və tormuz məsafesi saxlamamışdır. Hadisə zamanı zərbənin təsirindən onun idarə etdiyi nəqliyyat vasitəsi öndə hərəkət edən "MERCEDES-BENZ-minik" markalı ** PP *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Baş vermiş yolnəqliyyat hadisəsi sürücü (hadisənin səbəbkarı) olan "KİA-OPTİMA- minik" markalı ** RC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh ehtiyatsızlığı nəticəsində baş verdiyindən əməlində "Yol hərəkəti haqqında" Azerbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələbinə uyğunsuzluq olduğuna görə barəsində Azerbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinin tələbinə uyğun olaraq inzibati tənbeh tədbiri görülmüşdür. xx.xx.2021-ci il tarixində saat 16:00 da baş vermiş zəncirvari yol-neqliyyat hadisəsi nəticəsində Azerbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən onun nəqliyyat vasitəsinə 1419 (bir min doqquz yüz on dogguz) manat pul vəsaiti ayrılaraq bank hesabına köçürülmüşdür. Qeyd edir ki, yolnəqliyyat hadisəsi zamanı onun idarə etdiyi "VAZ-21901-minik" markalı ** NX *** dövlət qeydiyyat nişanlı minik maşınının arxadan vurularaq öndə hərəkət eden minik maşınına çırpılması nəticəsində ona mexsus minik maşının ön ve arxa hissəsi tamamilə yararsız vəziyyətə düşmüşdür. Dəymiş zərərin hesablanması və ona məxsus minik maşının təkrar istismara qayıtması ilə əlaqədar xx.xx.2021-ci il tarixində Avtomobillərin Texniki Xidmət Mərkəzində "Qüsur Aktı" tərtib etdirərək minik maşınının yararsız vəziyyətə düşmüş ehtiyat hissələri və işçilik məsrəfini hesablatdırmışdır. Ehtiyyat hissələri : 2101 (iki min yüz bir) manat: İşçilik haqqı: 1894 (bir min səkkiz yüz doxsan dörd) manat. Baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi minik maşınına ümumilikdə 3995 (üç min doqquz yüz doxsan beş) manat ziyan dəymişdir. Bu zererin 1419 (bir min dörd yüz on doqquz) manatını sığorta şirkəti qarşılamış, qalan 2576 (iki min beş yüz yetmiş altı) manat hissəsini borc və kredit götürərək qarşılamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib onun təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - № AE 068830 saylı “X1 Şəhadətnaməsi”nin surətindən görünür ki, “VAZ 21901” minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Məhiyyədin oğluna məxsudur. - xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti onun barəsində AR İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri görülməsi üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi müəyyən edilmişdir. - AR Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2021-ci il tarixli mətubundan görünür ki, İddiaçı Məhiyyədin oğlu razılıq aktına imza çəkdikdən sonra ona məxsus nəqliyyat vasitəsinə dəymiş ziyana görə hesablanmış 1427.30 manat pul vəsaiti xx.xx.2021-ci il tarixdə bank hesabına köçürülmüşdür. - “Avtomobillərin Texniki Xidmət Mərkəzi”nin xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, “VAZ 21901” minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələrinin quraşdırılması 3995 manat qiymətləndirilmişdir. - xx.xx.2022-ci il tarixli, 9/2833 nömrəli “Məhkəmə Ekspertiza Mərkəzi”nin məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, “VAZ 21901” minik markalı, **- NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri 3500 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə təqdim olunmuş ekspertiza rəyini sübut kimi qəbul edərək ona tənqidi yanaşılmasına hər hansı bir səbəb görmür. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, Cavabdeh təqsirli olması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulmuşdur. İddiaçı müəyyən məbləğdə sığorta ödənişi (1427.30 manat) almasına baxmayaraq, avtomobilin təmir-bərpası üçün qalan pul vəsaitinin cavabdeh tərəfindən ödənilmədiyini qeyd edir. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etmədiyindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, İddiaçı iddia tələbində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21901” minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 3995 manat olduğunu qeyd etsə də, lakin xx.xx.2022-ci il tarixli, 9/2833 nömrəli “Məhkəmə Ekspertiza Mərkəzi”nin məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyində avtomobilin təmirbərpa xərcləri 3500 manat olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci massəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericil normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1108.1-ci madəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının avtomobilə dəymiş ziyanın əvəzi kimi 3500 manat məbləğində pulun 1427.30 manatını sığorta ödənişi olaraq qəbul etdiyi üçün həmin məbləğdən geri qalan 2072.70 manatı cavabdehdən tələb etmək hüququ vardır. Belə ki, iddiaçı avtomobilin mülkiyyətçisidir və ona real zərər şəklində ziyan dəymişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 46 manat dövlət rüsumunun 40.72 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekpertizasının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən tutularaq AR Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Şamı̇ lov Kərı̇ m Kamı̇ l oğlundan 2072.70 (iki min yetmiş iki manat, yetmiş qəpik) manat pul vəsaiti tutularaq iddiaçı Əlı̇ yev Taleh Məhyəddı̇ n oğluna ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 40.72 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekpertizasının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən tutularaq AR Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4336/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4336/2022
21.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver