Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4337/2020 28.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Zeynalova (İbrahimova) Miranə Namiq qızının Cavabdeh qarşı«alimentin artırılması» tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Zeynalova (İbrahimova) Miranə Namiq qızı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)-3228/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini, cavabdehlə birgə nikahdan olan xx xxxx 2014-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin miqdarı (məbləği) artırılaraq bir uşağa görə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğinin Cavabdeh tutularaq iddiaçı Zeynalova (İbrahimova) Miranə Namiq qızına ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Zeynalova (İbrahimova) Miranə Namiq qızı Cavabdeh ilə xx xxxxxx 2015-ci il tarixdə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahından xx xxxx 2014-cü il tarixdə X7 anadan olmuşdur. Evliliyinin ilk illərində ailə olaraq çox mehriban yaşayırdılar. Əri el şənliklərində, toylarda müğənnilik edirdi, sonradan şadlıq saraylarında administrator vəzifəsində işləmiş aylıq qazancı 1500 - 2000 manat olmuşdu. Sonradan qaynanasının ailəsinə müdaxiləsi, evdə tez-tez əsassız söz-söhbətlər yaratmağa başlamışdır, beləliklə də xasiyyətləri uyğun gəlməmişdir. Onlar tərəfindən iddiaçıya və övladlarına laqeyd münasibət bəslənilmiş, indi cavabdeh nə iddiaçı ilə, nə də ki, uşaqları ilə maraqlanmır, uşağın təlabatını ödəmək üçün heç bir maddi yardım etmir, uşağın gündəlik tələbatını ödəmir. Dəfələrlə uşağın maddi ehtiyaclarının ödənilməsinə və müalicə olunmasına kömək göstərilməsini xahiş etsə də, nəticəsi olmamış, heç bir maddi yardım göstərməmişdir. Ayrıldığı müddət ərzində cavabdeh uşağın tələbatı, qidalanması və müalicə olunması, dava-dərman alınması üçün ən zəruri xərclərin ödənilməsinə kömək etməmişdir. İddiaçı övladına baxdığına görə bu səbəbdən də işləyə bilmir. Bu gün övladının maddi xərclərini valideynlərinin iddiaçıya göstərdiyi maddi yardım hesabına ödəməyə məcburdur. Yaranmış vəziyyətdə cavabdehin ailəni dağıtmaq istəmir, lakin cavabdeh uşağın maddi təlabatlarını və ehtiyaclarını ödəmək üçün heç bir əməli tədbir görmür. Belə olan halda iddiaçı məcburdur ki, uşağın maddi ehtiyaclarını ödəmək üçün tez-tez valideynlərinə müraciət etsin, artıq belə bir şəraitdə yaşamaq çətindir, iddiaçı övladı ilə birlikdə köməksiz vəziyyətdə qalmışdır. İddiaçını övladı ilə birlikdə qeydiyyatda olduğu evdən çıxarıblar. Həmin vaxtdan ər-arvad kimi bir yerdə yaşamırıq. Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-(010)-465/2018 saylı qətnaməsi ilə yalnız aralarında nikahı pozmuşdur. Uşağın maddi ehtiyaclarım ödəmək naminə alimentin tutulmasını zəruri hesab edir. Cavabdehin qazancı (gəliri) sabit deyil, dəyişir. Buna görə də iddiaçı alimentin ödənilməsinə iddia ərizəsinə əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)-7091/2018 saylı qətnaməsilə iddia tələbini qismən təmin edərək, xx xxxx 2014-cü il təvəllüdlü X7 iddiaçı X2 (anasının) yanında qalması, Cavabdeh iddiaçı X2 xeyrinə xx xxxx 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat miqdarında aliment tutulmasını qət edilmişdir. Lakin sonralar bir uşağa verilməsini qət etdiyi 154 manat bu günün tələbatını ödəməməklə, bu məbləğ körpənin gündəlik tələbatının qidalanmasına, pal-paltarına və dava-dərmanının ödənilməsinə belə çatmadığına görə yenidən məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)- 3228/2019 saylı qətnaməsi ilə iddia təmin edilməklə, Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-7091/2018 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı vaxtdan xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər ay, 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh uşağın müalicəsi ilə ümumiyyətlə maraqlanmır. Maddi imkanı olsa da, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə vaxtlı-vaxtında ödəmir. Alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. İddiaçının valideynlərimin maddi köməyi ilə uşağın bütün zəruri ehtiyaclarını ödəməyə çalışır, övladının qayğısını çəkir. Cavabdeh gəliri və qazancı sabit deyil dəyişir, bu gün onun maddi imkanı kifayət qədər var. Hal-hazırda xx xxxx 2014-cü il təvəllüdlü X5 6 yaşı var. Övladı birinci sinifə gedir. Ödənilməsi qət edilmiş 160 manat bu günün tələbatını ödəmir. belə ki 160 manat pulu 30 günə bölsək günə 5 manat 33 qəpik düşər. Bu məbləğ isə həddindən çox aşağıdır və uşaqlıar üçün müəyyən edilmiş etiyac meyarından aşanıdır. Günü-gündən uşağın gündəlik tələbatı artsa da cavabdeh alimentdən başqa uşağa heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçının üzərinə düşür. Buna görə də iddiaçı "alimentin miqdarının artırılması " barədə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı, eləcə də cavabdehin kifayət qədər yüksək qazancının olmasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər bir uşaq üçün hər ay 170 manata çatdırılmalıdır. Bununla əlaqədar iddiaçı Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)-3228/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə, cavabdehlə birgə nikahdan olan xx xxxx 2014-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin miqdarı (məbləği) artırılaraq bir uşağa görə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğinin Cavabdeh tutularaq iddiaçı Zeynalova (İbrahimova) Miranə Namiq qızına ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasınadək İddiaçı məhkəməyə yazılı ərizə ilə müraciət edərək, iddia ərizəsi üzrə məhkəmə baxış iclası xx xxxxxxx 2020ci il tarixə təyin edilməsini, hazırda övladının müalicəsi ilə bağlı məhkəmə baxış iclasında iştirak edə bilmədiyini, iddia tələbini müdafiə etdiyini, maddi imkanı olmadığına görə vəkil tuta bilmədiyini qeyd edərək, yaranmış vəziyyəti nəzərə alaraq təyin edilmiş məhkəmə baxış idasını iddiaçının iştirakı olmadan baxıb, iddia tələbinin təmin edilməsi barədə mülki iş üzrə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, məhkəməyə “xxxxxxxxxxxxx. MMC ilə bağlanmış əmək müqaviləsini, iş yerindən təchizatçı işləməsi barədə arayışı təqdim edərək, həmin iş yerində əmək haqqının 420 (dörd yüz iyirmi) manat təşkil etdiyini və tam iş günü işlədyini qeyd etmişdir. İzahatında həmçinni qeyd etmişdir ki, işlədiyi yerindən başqa heç bir yerdə işləmir, əlavə qazanc mənbəyi yoxdur. İş materiallarına əlavə edilmiş: 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 511/12 nömrəli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2015-ci ildə nikah bağlanmış, həmin nikah 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən eyni tarixdə 2910 nömrəsi ilə qeydə alınmışdır. Nikahdan sonra cavabdeh “İbrahimova” soyadını qəbul etmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx xxxx 2014-cü ildə X7 adlı uşaq doğulmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X4 qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilməklə, iddiaçı Cavabdeh ilə cavabdeh İbrahimova (nikahdan əvvəl - Zeynalova) Miranə Namiq qızı arasında xx xxxxxx 2015-ci ildə bağlanmış və həmin tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 2910 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş hesab edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)- 7091/2018 saylı qətnaməsilə iddia tələbini qismən təmin edərək, xx xxxx 2014-cü il təvəllüdlü X7 iddiaçı X2 (anasının) yanında qalması, Cavabdeh iddiaçı X2 xeyrinə xx xxxx 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat miqdarında aliment tutulmasını qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)- 3228/2019 saylı qətnaməsi ilə iddia təmin edilməklə, Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-7091/2018 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı vaxtdan xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək hər ay, 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2/1214 saylı arayışa əsasən Cavabdeh həqiqətən 2017-ci il tarixdən “xxxxxxxxxxxxx.” MMC-nin təchizatçı vəzifəsini tutur. “xxxxxxxxxxxxx.” MMC-nin ümumi ştat cədvəlinə uyğun olaraq, əmək haqqı 420 (dörd yüz iyirmi) manat məbləğində təşkil etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş xx xxxx 2020-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən Cavabdeh “xxxxxxxxxxxxx.” MMC-də təchizatçı vəzifəsində çalışır, işçiyə hər ay 420 AZN məbləğində əmək haqqı ödənilir. İş həfət içi saat 09:00-dan başlayır, saat 17:00-da qurtarır. Şənbə günü saat 09:00-dan başlayır, saat 15:00-da qurtarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İşin müəyyən edilmiş hallarına görə tərəflərin birgə nikahından xx xxxx 2014-cü il tarixdə X7 anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(010)-465/2018 saylı qətnaməsi ilə aralarında olan nikahı pozulmuş, Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən xx xxxx 2014-cü il təvəllüdlü X7 iddiaçı X2 (anasının) yanında qalması, Cavabdeh iddiaçı X2 xeyrinə xx xxxx 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat miqdarında aliment tutulmasını qət edilmişdir.Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)-3228/2019 saylı qətnaməsi ilə iddia təmin edilməklə, Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-7091/2018 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı vaxtdan xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək hər ay, 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü bu hallar alimentin məbləğinin artırılması üçün əsas ola bilməz; çünkü alimentin 160 manat həcmində müəyyənləşdirilməsi ilə bağlı yuxarıda qeyd olunan qətnamədən və hazırkı işin materiallarından, cavabdehin həmin işə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək dəyişiklik olmadığı aydın olur. Əksinə, cavabdehin artıq rəsmiləşdirilmiş əmək müqaviləsinə əsasən sabit gəlirə malikdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, iş materiallarından, Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Zeynalova (İbrahimova) Miranə Namiq qızı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiasının təmin olunduğu aydın olur. Bu səbəblə məhkəmənin qənaətinə görə, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin miqdarının artırılmasını zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyişdirilməsi zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları da sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edil Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Zeynalova (İbrahimova) Miranə Namiq qızı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-4337/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4337/2020
28.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver