Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4340/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********12337 X5 7 markalı telefon üçün 318 (üç yüz on səkkiz) manat ödənilməmiş hissə, 93 (doxsan üç) manat dəbbə; 19.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********53301 HOFFMANN X Ultra markalı telefon, X4 Black üçün 70 (yetmiş) ödənilməmiş hissə, 20 (yirmi) manat dəbbə; 10.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********38051 Samsung Galaxy S10 Dual markalı telefon üçün 1529 (min beş yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 458 (dörd yüz əlli səkkiz) manat dəbbə miqdarında borc, cəmi 2488 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM’' Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli iddia ərizəsini onunla əsaslanmışdır ki, cavabdeh, "ABC TELECOM” MMC ilə 04.07.2019-cu il, 19.10.2019-cu il, 10.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********12337 X5 7 markalı telefon, İMEİ kodu **********53301 HOFFMANN X Ultra markalı telefon, X4 Black və İMEİ kodu **********38051 Samsung Galaxy S10 Dual markalı telefon almış və nəticədə 2488 (iki min dörd yüz səksən səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 624 (altı yüz iyirmi dörd) manat (16 ay x 39 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********12337 X5 7 markalı telefon üçün ümumilikdə, 411 (dörd yüzon bir) olmaqla ondan. 318 (üç yüz on səkkiz) manat ödənilməmiş hissə, 93 (doxsan üç) manat dəbbə; 19.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 438 (dörd yüz otuz səkkiz) (18 ay x 22 manat + 42 manat ilkin ödəniş) olan İMEİ kodu **********53301 HOFFMANN X Ultra markalı telefon, X4 Black üçün ümumilikdə, 90 (doxsan) manat olmaqla ondan 70 (yetmiş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə; 10.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2267 (iki min iki yüz altmış yeddi) manat (12 ay x 139 manat + 599 manat ilkin ödəniş) olan İMEİ kodu **********38051 Samsung Galaxy S10 Dual markah telefon üçün ümumilikdə, 1987 (min doqquz yüz səksən yeddi) manat olmaqla ondan, 1529 (min beş yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 458 (dörd yüz əlli səkkiz) manat dəbbə miqdarında borc yaranmışdır.Cavabdeh 19.10.2019-cu il tarixli müqavilə üzrə aldığı İMEİ kodu **********53301 HOFFMANN X Ultra markalı telefonu istifadə etdikdən sonra 04.12.2019-cu il tarixində geri qaytarmış və əşya 348 manat qiymətləndirilib borcundan silinərək geri alınmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1412 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Bununla əlaqədar olaraq, 04.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********12337 X5 7 markalı telefon üçün 318 (üç yüz on səkkiz) manat ödənilməmiş hissə, 93 (doxsan üç) manat dəbbə; 19.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********53301 HOFFMANN X Ultra markalı telefon, X4 Black üçün 70 (yetmiş) ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə; 10.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********38051 Samsung Galaxy S10 Dual markalı telefon üçün 1529 (min beş yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 458 (dörd yüz əlli səkkiz) manat dəbbə miqdarında borc, ümumilikdə, 2488 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM’' Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və çıxışını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan 04.07.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İMEİ kodu **********12337 X5 7 markalı telefon almış və həmin əşyanı alınmasına görə 624 manat pulu ilkin ödənişsiz olmaqla, 16 ay ərzində, hər ay 39 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 19.10.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İMEİ kodu **********53301 HOFFMANN X Ultra markalı telefon, X4 Black almış və həmin əşyanı alınmasına görə 1819 manat pulu ilkin ödəniş 42 manat olmaqla, 18 ay ərzində, hər ay 22 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 10.01.2020-ci il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İMEİ kodu **********38051 Samsung Galaxy S10 Dual markah telefon almış və həmin əşyanı alınmasına görə 2267 manat pulu ilkin ödəniş 599 manat olmaqla, 12 ay ərzində, hər ay 139 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 21.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 04.07.2019-cu il, 19.10.2019-cu il, 10.01.2020-ci il tarixlərindəki Müddətli (Nisyə) Alqı-Satqı müqavilələrinə əsasən Cavabdeh "xxxx" MMC – yə 1917 (bir min doqquz yüz on yeddi) manat məbləğində ödənilməmiş əsas borc, 571 (beş yüz yetmiş bir) manat məbləğində cərimə borcu, ümumillikdə 2488 (iki min dörd yüz səksən səkkiz) manat məbləğində borcu vardır. Mülki iş materiallarında olan 12 may 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, "xxxx" ASC tərəfindən Cavabdeh borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 12.03.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh, "ABC TELECOM” MMC ilə 04.07.2019-cu il, 19.10.2019-cu il, 10.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********12337 X5 7 markalı telefon, İMEİ kodu **********53301 HOFFMANN X Ultra markalı telefon, X4 Black və İMEİ kodu **********38051 Samsung Galaxy S10 Dual markalı telefon almış və nəticədə 2488 (iki min dörd yüz səksən səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 624 (altı yüz iyirmi dörd) manat (16 ay x 39 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********12337 X5 7 markalı telefon üçün ümumilikdə. 411 (dörd yüz on bir) olmaqla ondan, 318 (üç yüz on səkkiz) manat ödənilməmiş hissə, 93 (doxsan üç) manat dəbbə; 19.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 438 (dörd yüz otuz səkkiz) (18 ay x 22 manat + 42 manat ilkin ödəniş) olan İMEİ kodu **********53301 HOFFMANN X Ultra markalı telefon, X4 Black üçün ümumilikdə, 90 (doxsan) manat olmaqla ondan 70 (yetmiş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə; 10.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2267 (iki min iki yüz altmış yeddi) manat (12 ay x 139 manat + 599 manat ilkin ödəniş) olan İMEİ kodu **********38051 Samsung Galaxy S10 Dual markah telefon üçün ümumilikdə, 1987 (min doqquz yüz səksən yeddi) manat olmaqla ondan, 1529 (min beş yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 458 (dörd yüz əlli səkkiz) manat dəbbə miqdarında borc yaranmışdır.Cavabdeh 19.10.2019-cu il tarixli müqavilə üzrə aldığı İMEİ kodu **********53301 HOFFMANN X Ultra markalı telefonu istifadə etdikdən sonra 04.12.2019cu il tarixində geri qaytarmış və əşya 348 manat qiymətləndirilib borcundan silinərək geri alınmışdır. Ümumilikdə hər üç müqavilə üzrə 1917 manat əsas borc, 571 manat cərimə borcu olmaqla, cəmi 2488 manat məbləğində borc yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 1917 manat məbləğində əsas borc Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 04.07.2019-cu il, 19.10.2019-cu il və 10.01.2020-ci il tarixli müqaviləsinin 5-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 1917 manat məbləğində əsas borca tənasübsüz olaraq 571 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 571 manat məbləğində cərimə pulu azaldılaraq 50 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 1917 (bir min doqquz yüz on yeddi) manat məbləğində ödənilməmiş əsas borc, 50 (əlli) manat məbləğində cərimə borcu, ümumillikdə 1967 (bir min doqquz yüz altmış yeddi) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən "xxxx" ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 1917 (bir min doqquz yüz on yeddi) manat məbləğində ödənilməmiş əsas borc, 50 (əlli) manat məbləğində cərimə borcu, ümumillikdə 1967 (bir min doqquz yüz altmış yeddi) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-4340/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4340/2021
13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver