Məhkəmə qərarları › İş №2(010)-4341/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4341/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4341/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.07.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED markalı televizor üçün 266 (iki yüz altmış altı) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə pulu; 03.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Mini soba HOFFMANN üçün 44 (qırx dörd) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə pulu; 02.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Soft - Yumsaq - 3 yerli, Transformer - Qonaq - Jurnal masa mebel əşyaları üçün 522 (beş yüz iyirmi iki) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə pulu; 31.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Nevresim Takımı - Tekstil üçün 84 (səksən dörd) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, 01.06.2020-ci il tarixli müqaviləsinə əsasən, Nevresim Takımı - Tekstil, 2 ədəd Yastiq - Tekstil üçün 81 (səksən bir) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 13.06.2020-ci il tarixli müqaviləsinə əsasən, Pike Takimi - Tekstil, X1 üçün 225.6 (iki yüz iyirmi beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, 22.4 (iyirmi iki manat, qırx qəpik) manat cərimə pulu hesablanmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 10.07.2019-cu il, 03.09.2019-cu il, 02.10.2019-cu il, 31.10.2019-cu il, 01.06.2020-ci il, 13.06.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, HOFFMANN LED markalı televizor, Mini soba HOFFMANN, Soft - Yumsaq - 3 yerli, Transformer - Qonaq - Jurnal masa mebel əşyaları, Nevresim Takımı - Tekstil, Nevresim Takımı - Tekstil, 2 ədəd Yastiq - Tekstil və Pike Takimi - Tekstil, X1 almış və nəticədə 1338 (min üç yüz otuz səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 456 (dörd yüz əlli altı) manat (24 ay x 19 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN LED markalı televizor üçün ümumilikdə 292 (iki yüz doxsan iki) manat olmaqla, ondan 266 (iki yüz altmış altı) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə pulu; 03.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 220 (iki yüz iyirmi) manat (11 ay x 20 manat + 0 manat ilkin ödəniş) olan Mini soba HOFFMANN üçün ümumilikdə 48 (qırx səkkiz) manat olmaqla ondan 44 (qırx dörd) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə pulu; 02.10.2019- il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 696 (altı yüz doxsan altı) manat (24 ay x 29 manat + 0 manat ilkin ödəniş) olan Soft - Yumsaq - 3 yerli, Transformer - Qonaq - Jurnal masa mebel əşyaları üçün ümumilikdə 574 (beş yüz yetmiş dörd) manat olmaqla ondan 522 (beş yüz iyirmi iki) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə pulu; 31.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 144 (yüz qırx dörd) manat (12 ay x 12 manat + 0 manat ilkin ödəniş) olan Nevresim Takımı - Tekstil üçün ümumilikdə 92 (doxsan iki) manat olmaqla ondan 84 (səksən dörd) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə pulu hesablanmışdır. 01.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 207 (iki yüz yeddi) manat (18 ay x 11.5 manat + 0 manat ilkin ödəniş) olan Nevresim Takımı - Tekstil, 2 ədəd Yastiq - Tekstil üçün ümumilikdə 84 (səksən dörd) manat olmaqla ondan 81 (səksən bir) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə pulu hesablanmışdır. 13.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 225.6 (iki yüz iyirmi beş manat, altmış qəpik) manat (12 ay x 18.8 manat + 0 manat ilkin ödəniş) olan Pike Takimi - Tekstil, X1 üçün ümumilikdə 248 (iki yüz qırx səkkiz) manat olmaqla ondan 225.6 (iki yüz iyirmi beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, 22.4 (iyirmi iki manat, qırx qəpik) manat cərimə pulu hesablanmışdır. Cavabdeh 01.06.2020-ci il tarixli müqavilə üzrə aldığı Nevresim Takımı - Tekstil adlı məhsulu istifadə etdikdən sonra 13.06.2020-ci il tarixində geri qaytarmış və əşya 126 manat qiymətləndirilib borcundan silinərək geri alınmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 726 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla əlaqədar olaraq, 10.07.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED markalı televizor üçün 266 (iki yüz altmış altı) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə pulu; 03.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Mini soba HOFFMANN üçün 44 (qırx dörd) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə pulu; 02.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Soft - Yumsaq - 3 yerli, Transformer - Qonaq - Jurnal masa mebel əşyaları üçün 522 (beş yüz iyirmi iki) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə pulu; 31.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Nevresim Takımı - Tekstil üçün 84 (səksən dörd) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə 01.06.2020-ci il tarixli müqaviləsinə əsasən, Nevresim Takımı - Tekstil, 2 ədəd Yastiq - Tekstil üçün 81 (səksən bir) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə 13.06.2020-ci il tarixli müqaviləsinə əsasən, Pike Takimi - Tekstil, X1 üçün 225.6 (iki yüz iyirmi beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, 22.4 (iyirmi iki manat, qırx qəpik) manat cərimə pulu hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ cavabdehə müvafiq qaydada izah olunmuşdur. Lakin, Cavabdeh tərəfindən məhkəməyə hər hansı bir etiraz göndərilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10.07.2019-cu il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 456 manat olan HOFFMANN LED markalı televizor üçün ilkin ödənişsiz, 24 ay müddətinə, hər ay 19 manat ödəmək şərti ilə olmaqla nisyə satılmışdır. İş materiallarında olan 03.09.2019-cu il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən alqı-satqı qiyməti 220 manat olan Cavabdeh Mini soba HOFFMANN üçün ilkin ödənişsiz, 11 ay müddətinə, hər ay 20 manat ödəmək şərti ilə olmaqla nisyə satılmışdır. İş materiallarında olan 02.10.2019-cu il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 696 manat olan Soft - Yumsaq - 3 yerli, Transformer - Qonaq - Jurnal masa mebel əşyaları üçün ilkin ödənişsiz, 24 ay müddətinə, hər ay 29 manat ödəmək şərti ilə olmaqla nisyə satılmışdır. İş materiallarında olan 31.10.2019-cu il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 144 manat olan Nevresim takımı -Tekstil üçün ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 12 manat ödəmək şərti ilə olmaqla nisyə satılmışdır. İş materiallarında olan 01.06.2020-ci il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 207 manat olan Nevresim takımı -Tekstil, 2 ədəd yastıq-Tekstik üçün ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 11,5 manat ödəmək şərti ilə olmaqla nisyə satılmışdır. İş materiallarında olan 13.06.2020-ci il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 225,6 manat olan Pike Takımı- Tekstil, X1 üçün ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 18,80 manat ödəmək şərti ilə olmaqla nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 21.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 10.07.2019-cu il, 03.09.2019-cu il, 02.10.2019-cu il, 31.10.2019-cu il, 01.06.2020-ci il, 13.06.2020-ci il tarixlərindəki Müddətli (Nisyə) Alqı-Satqı müqavilələrinə əsasən Cavabdeh "xxxx" MMC –yə 1222,6 (bir min iki yüz iyirmi iki manat altmış qəpik) manat məbləğində ödənilməmiş əsas borc, 115,4 (bir yüz on beş manat qırx qəpik) manat məbləğində cərimə borcu, ümumillikdə 1338 (bir min üç yüz otuz səkkiz) manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 26.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan "xxxx" MMC -nin Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh gecikdirməyə görə kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini barədə xəbərdar edilmiş, ondan borcun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, cavabdeh, "xxxx" MMC ilə 10.07.2019-cu il, 03.09.2019-cu il, 02.10.2019-cu il, 31.10.2019-cu il, 01.06.2020-ci il, 13.06.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, HOFFMANN LED markalı televizor, Mini soba HOFFMANN, Soft - Yumsaq - 3 yerli, Transformer - Qonaq - Jurnal masa mebel əşyaları, Nevresim Takımı - Tekstil, Nevresim Takımı - Tekstil, 2 ədəd Yastiq - Tekstil və Pike Takimi - Tekstil, X1 almış və nəticədə 1338 (min üç yüz otuz səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 456 (dörd yüz əlli altı) manat (24 ay x 19 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN LED markalı televizor üçün ümumilikdə 292 (iki yüz doxsan iki) manat olmaqla ondan 266 (iki yüz altmış altı) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə pulu; 03.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 220 (iki yüz iyirmi) manat (11 ay x 20 manat + 0 manat ilkin ödəniş) olan Mini soba HOFFMANN üçün ümumilikdə ümumilikdə 48 (qırx səkkiz) manat olmaqla ondan 44 (qırx dörd) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə pulu; 02.10.2019- il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 696 (altı yüz doxsan altı) manat (24 ay x 29 manat + 0 manat ilkin ödəniş) olan Soft - Yumsaq - 3 yerli, Transformer - Qonaq - Jurnal masa mebel əşyaları üçün ümumilikdə 574 (beş yüz yetmiş dörd) manat olmaqla ondan 522 (beş yüz iyirmi iki) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə pulu; 31.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 144 (yüz qırx dörd) manat (12 ay x 12 manat + 0 manat ilkin ödəniş) olan Nevresim Takımı - Tekstil üçün ümumilikdə 92 (doxsan iki) manat olmaqla ondan 84 (səksən dörd) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə pulu hesablanmışdır. 01.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 207 (iki yüz yeddi) manat (18 ay x 11.5 manat + 0 manat ilkin ödəniş) olan Nevresim Takımı - Tekstil, 2 ədəd Yastiq - Tekstil üçün ümumilikdə 84 (səksən dörd) manat olmaqla ondan 81 (səksən bir) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə pulu hesablanmışdır. 13.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 225.6 (iki yüz iyirmi beş manat, altmış qəpik) manat (12 ay x 18.8 manat + 0 manat ilkin ödəniş) olan Pike Takimi - Tekstil, X1 üçün ümumilikdə 248 (iki yüz qırx səkkiz) manat olmaqla ondan 225.6 (iki yüz iyirmi beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, 22.4 (iyirmi iki manat, qırx qəpik) manat cərimə pulu hesablanmışdır. Cavabdeh 01.06.2020-ci il tarixli müqavilə üzrə aldığı Nevresim Takımı - Tekstil adlı məhsulu istifadə etdikdən sonra 13.06.2020-ci il tarixində geri qaytarmış və əşya 126 manat qiymətləndirilib borcundan silinərək geri alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 1222,6 (bir min iki yüz iyirmi iki manat altmış qəpik) manat məbləğində ödənilməmiş əsas borc, 115,4 (bir yüz on beş manat qırx qəpik) manat məbləğində cərimə borcu, ümumillikdə 1338 (bir min üç yüz otuz səkkiz) manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 1222,6 (bir min iki yüz iyirmi iki manat altmış qəpik) manat məbləğində ödənilməmiş əsas borc, 115,4 (bir yüz on beş manat qırx qəpik) manat məbləğində cərimə borcu, ümumillikdə 1338 (bir min üç yüz otuz səkkiz) manat məbləğində borc tutularaq "xxxx" MMC-nin xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-nin ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar