Məhkəmə qərarları › İş №2(010)-4351/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4351/2022

20.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4351/2022 20.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı Vəlı̇ yev Sadı̇ q Vı̇ dadi oğlunun cavabdeh Əlı̇ zadə Ceyhun Fərman oğluna qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı Vəlı̇ yev Sadı̇ q Vı̇ dadi oğlu cavabdeh Əlı̇ zadə Ceyhun Fərman oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əlı̇ zadə Ceyhun Fərman oğlundan 4800 manat pulun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 69 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

2. Cavabdeh Əlı̇ zadə Ceyhun Fərman oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır.

3. İddiaçı Vəlı̇ yev Sadı̇ q Vı̇ dadi oğlu məhkəmə iclaslarında verdiyi izahatında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, şirkətdə işləyir və Xirdalan, Masazır, Sumqayıt ərazilərinə mal paylayır. Sumqayıtdan keçdikdə 888 nömrəli salonda maşın görmüş və ustası ilə birlikdə maşına baxmağa getmişdir. Maşına baxdıqdan sonra maşını bəyənmiş və 21 dekabrda 5000 manata maşını alaraq, avtosalonda arendatorun, yəni Ceyhunun adına keçirtmişdir. Belə ki, avtosalon maşını kreditə verir və maşını alan şəxsin pulu çatmadıqda arendatorlar maşına qalan pulu verərək nağd formada salondan alıb öz adlarına keçirirlər. Maşın üçün verdikləri məbləği isə üzərinə faiz gəlməklə maşını almaq istəyən şəxsdən hissə-hissə alırlar. Beləliklə, həmin 5000 manatın 2200 manatını o, 2800 manatını isə onlar qoydular. Həmin 2800 manatı 18 ay 250 manatdan hissə-hissə onlara qaytaracaqdı. 2021-ci ildə maşını aldıqdan 2 gün sonra qəza etmiş və travmatologiyada yatmış, maşın isə şirkətin qarşısında qalmışdır. Buna baxmayaraq o, aybaay 6 ay 250 manatdan, 2 dəfə də 300 manatdan ödəniş etmişdir. Ceyhunla danışdıqda o, 6 aya borcu bağlayacağını, 2000 manatı birdəfəyə verməyi təklif etmiş, lakin onunla razılaşmamışdır. O, albalı kartdan 1000 manat çıxararaq vermiş, sonra Kapital bankdan 1000 manat götürərək usta yanına aparıb təmir etdirmişdir. Pulu usta yanında verdiyi üçün həmin usta da hadisəyə şahiddir. Bunlardan əlavə sübut kimi telefon danışıqları da var. Beləliklə, o, cavabdehə ilkin olaraq 2200 manat, sonra 1000 manat və bir də faiz kimi 1600 manat olmaqla, ümumilikdə 4800 manat ödəniş etmişdir. O, bu məsələyə görə həyat yoldaşının adına kredit götürmüşdür, artıq ailəsi də dağılır. Buna görə də qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iddiaçı tərəfində şahid qismində dindirilən X2 bildirdi ki, o, iddiaçı ilə birgə Sumqayıt şəhərində yerləşən salonlardan birində maşına baxmağa getmişdir. Belə ki, Sadiqin bəyəndiyi maşın var idi və onu usta kimi həmin maşına baxmağa aparmışdır. O, maşına baxdıqda yaxşı maşın olduğunu, lakin bir az, təxminən 300-500 manat xərci olduğunu bildirmişdir. Sadiq maşını almaq qərarına gəlmiş, lakin pulu çatmadığı üçün bankdan 1000 manat götürərək salona ümumilikdə 2200 manat pul vermişdir. Sadiq maşını aldıqdan sonra o, usta kimi maşının təmirə ehtiyacı olan bəzi hissələrini, məsələn “peredok”unu düzəltmişdir. O, cavabdeh olan Cavabdeh tanımır və başqa hadisələrdən məlumatsızdır.

İş materialları.

5. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Əlı̇ zadə Ceyhun Fərman oğludur.

6. “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Əlı̇ zadə Ceyhun Fərman oğlu “VAZ2106” minik markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair istifadə hüququnu etibarnamə əsasında xx.xx.2023-cü il tarixədək Vəlı̇ yev Sadı̇ q Vı̇ dadi oğluna etibar etmişdir.

7. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 69 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

8. “VAZ2106” minik markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisinin cavabdeh Əlı̇ zadə Ceyhun Fərman oğlu olması və onun tərəfindən həmin nəqliyyat vasitəsinin istifadə edilməsilə bağlı iddiaçı Vəlı̇ yev Sadı̇ q Vı̇ dadi oğluna etibarnamə verilməsi işin mübahisəsiz halıdır.

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

11. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarı.

Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

12. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı.

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

Məhkəmənin mövqeyi.

13. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.

14. Belə ki, hazırki iddia tələbi üzrə iddiaçının iddia etdiyi nəqliyyat vasitəsinin alınması ilə bağlı cavabdehə ilkin olaraq 2200 manat pul məbləğinin verilməsi və həmin nəqliyyat vasitəsinin cavabdehin adına rəsmiləşdirilməsi, sonradan iddiaçının cavabdehə 1000 və 1600 manat pul məbləğini verməsi sübut edilməli hala çevrilir ki, bu halda sübut etmə vəzifəsi belə münasibətin həqiqətən mövcud olduğunu iddia edən tərəfin üzərinə düşür. Məhkəmə hesab edir ki, hazırki mübahisədə sübut etmə vəzifəsi iddiaçının üzərində olduğundan, onun tərəfindən isə nəqliyyat vasitəsinin əslində iddiaçının tərəfindən alınması və sadəcə olaraq rəsmişləşdirmə işlərinin formal olaraq cavabdehin adına aparılmasına dair heç bir sübut təqdim olunmadığından, iddiaçının irəli sürdüyü tələblər əsassızdır. Bundan əlavə, iddiaçı tərəfindən 4800 manat məbləğində pulun cavabdehə verilməsinə dair nə qanuni, nə də müqavilə üzrə əsasların olması məhkəmə tərəfindən müəyyən edilməmişdir.

15. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən mübahisə predmeti olan nəqliyyat vasitəsinin iddiaçının istifadəsində olması görünsə də, hazırki halda mübahisə həmin nəqliyyat vasitəsinin iddiaçının istifadəsində olub-olmaması deyil. İş materiallarında olan etibarnamədən onsuz da cavabdeh tərəfindən nəqliyyat vasitəsinin istifadə edilməsi ilə bağlı iddiaçıya etibarnamə verilməsi məlumdur. Bununla yanaşı, iddiaçı tərəfindən təqdim edilmiş diskdə olan səsyazıları da iddianın əsasını təşkil edən sübut kimi istifadə edilə bilməz. Belə ki, məhkəmə tərəfindən həmin səs yazıları dinlənilərkən iddiaçının başqa bir nəfər şəxslə nəqliyyat vasitəsinin aylıq ödənişi ilə bağlı yaranmış gecikmələrdən söhbət getdiyi məlum olur. İddiaçının müəyyən səbəblərdən aylıq ödənişi vaxtında ödəyə bilmədiyi, digər tərəfin isə aylıq ödənişi tələb etməsi müzakirə mövzusu olmuşdur. Lakin cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən həmin səs yazılarının həqiqətən də cavabdehə məxsus olub-olmamasını və sözügedən nəqliyyat vasitəsinin hazırki mübahisənin predmetini təşkil edən maşın olmasını müəyyən etmək mümkün deyil. Məhkəmə tərəfindən həmin səs yazılarının cavabdehə məxsus olmasının məyyən edilməsi məqsədilə ekspertiza təyin ediləcəyi təqdirdə də ekspert tərəfindən səslərin bir-birilə eyniləşdirilməsi məqsədilə əlavə səs yazı nümunələri tələb olunacağı üçün təmin edilməsi mümkün olmayacaqdır.

16. Həmçinin, iddiaçının məhkəmə iclasına şahid qismində gətirdiyi şəxs iddiaçı ilə birlikdə usta kimi salona gedərək maşına baxdığını, maşının bir az xərclərinin olduğunu, Sadiqin 2200 manat pul verdiyini və maşını aldığını bildirsə də, həmin pulun verildiyi şəxsin hazırki iş üzrə cavabdeh olub-olmadığını bilmədiyini, ümumiyyətlə Cavabdeh tanımadığını, yalnız maşın alındıqdan sonra maşının bəzi ehtiyat hissələrini təmir etdiyini bildirmişdir. Göründüyü kimi iddiaçı tərəfindən məhkəmə iclasına gətirilmiş şahid işin halları barədə tam məlumatlı olmadığından və pulun məhz hazırki iş üzrə cavabdehə verilib-verilmədiyini dəqiq olaraq bilmədiyindən onun ifadəsi məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz.

Məhkəmə xərcləri.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. İddia təmin edilmədiyi üçün, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 69 manat iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

19. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

20. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 69 (altmış doqquz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar