Məhkəmə qərarları › İş №2(010)-4357/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4357/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4357/2020 18.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli NZLMB-5651 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 765,28 manat məbləğində əsas borc, 96,38 manat məbləğində faiz borcu, cəmi 861,66 manat və həmçinin dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi: Sep 1 ədəd, çəkisi 19,1 qr., əyarı 750; Qolbağ 1 ədəd, çəkisi 11,7 qr., əyarı 750; cəmi çəkisi 30,8 qr. bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2020-ci il tarixli NZLMB-5651 saylı kredit müqaviləsi üzrə 765,28 manat məbləğində əsas borc, 96,38 manat məbləğində faiz borcu, cəmi 861,66 manat və həmçinin dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2020-ci il tarixli NZLMB-5651 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin «Nizami” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli NZLMB-5651 saylı kredit müqaviləsinə əsasən illik 29 faiz dərəcəsi olmaqla 6 ay müddətinə 1500 manat məbləğində cavabdehə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə borcun məbləği 765,28 manat məbləğində əsas borc, 96,38 manat məbləğində faiz borcu, cəmi 861,66 manat məbləğində təşkil edir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2020-ci il tarixli girov müqaviləsinə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən "İddiaçı” ASC-nin “Nizami” filialına saxlanca verilmişdir və həmin əşyalar: Sep 1 ədəd, çəkisi 19,1 qr., əyarı 750; Qolbağ 1 ədəd, çəkisi 11,7 qr., əyarı 750; cəmi çəkisi 30,8 qr. ibarətdir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli NZLMB-5651 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər. Hazırda cavabdeh əsas borcdan 20 manat ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o iddia tələbini qəbul etmir. Belə ki, o bankla razılığa gəlməyə çalışsa da, müsbət cavab almamışdır. Sözügedən borcu birdəfəyə ödəmək iqtidarında deyil. Qeyd olunanlara əsasən borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli NZLMB-5651 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh illik 29 faiz dərəcəsi olmaqla 6 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli NZLMB-5651 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə olan 765,28 manat məbləğində əsas borc, 96,38 manat məbləğində faiz borcu, cəmi 861,66 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş kreditin tarixlinə dair arayışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli NZLMB-5651 saylı kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixinə olan 765.28 manat məbləğində əsas borc, 28.73 manat məbləğində faiz borcu, 0 manat məbləğində cərimə borcu, 5%-lə hesablanmış 10.80 manat olmaqla, cəmi 804.81 manat məbləğində borcu yaranmışdır. İşə əlavə edilmiş İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixli NZLMB-5651 saylı kredit müqaviləsi əsasında illik 29 faiz dərəcəsi olmaqla 6 ay müddətinə 1500 manat məbləğində lombard kreditinin təminatı olaraq girov qoyduğu 30,8 qram qızıl-zinət əşyalarını kredit mütəxəssisin iştirakı ilə kassaya təhvil-təslim edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli NZLMB-5651 saylı saxlanc girovu haqqında müqavilədən görünür ki, Cavabdeh tərəfindən ona məxsus olan qızılzinət əşyalarını banka girov qoyulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Baş Kredit Müqaviləsinin (kredit müqaviləsinin) müddətinin uzadılması haqqında Əlavə Razılaşmadan görünür ki, xx.xx.2020-ci il tarixli NZLMB-5651 saylı müqaviləsinə əsasən tərəflər arasında razılıq olunmuş və 1 ay (iyun) müddətinə güzəşt əldə olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş Asan 1 tərəfindən verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci və 297-ci maddələrinə uyğun olaraq, girov saxlayanın tələbinin məhkəməyə müraciət etmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşlilatlar tərəfindən yalnız açıq hərracda satış yolu ilə realizə edilir (satılır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC-nin ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli NZLMB-5651 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 29 faiz dərəcəsi olmaqla 6 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli NZLMB-5651 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh özünə məxsus olan qızıl-zinət əşyaları xx.xx.2020-ci il tarixli Girov müqaviləsinə əsasən banka girov qoyulmuşdur. Cavabdeh borcun ödənilməsi barədə xəbərdar edilsə də, bu günə qədər borcu ödənilməsi üçün heç bir tədbir görülməmişdir. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca icra etmədiyindən cavabdehdən xx.xx.2020-ci il tarixli NZLMB-5651 saylı kredit müqaviləsi üzrə 745,28 manat əsas borc, 28,73 manat faiz borcu, cəmi 774,01 manat iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli NZLMB-5651 saylı kredit müqaviləsi üzrə əsas borca görə 745,28 manat əsas borc, 28,73 manat faiz borcu, cəmi 774,01 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilməli, tələb Cavabdeh məxsus olan Sep 1 ədəd, çəkisi 19,1 qr., əyarı 750; Qolbağ 1 ədəd, çəkisi 11,7 qr., əyarı 750; cəmi çəkisi 30,8 qr. girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməli, qızıl-zinət əşyaları açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia tələbinin girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2020-ci il tarixli NZLMB-5651 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin borcludan ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, hərracın nəticələri bəlli olmadığından və digər əmlaklar barədə sübut təqdim olunmadığından həmin hissədə iddia tələbi təmin oluna bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli NZLMB-5651 saylı kredit müqaviləsi üzrə 745,28 manat əsas borc, 28,73 manat faiz borcu, cəmi 774,01 (yeddi yüz yetmiş dörd manat, bir qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ASCnə ödənilsin. Tələb Cavabdeh məxsus olan Sep 1 ədəd, çəkisi 19,1 qr., əyarı 750; Qolbağ 1 ədəd, çəkisi 11,7 qr., əyarı 750; cəmi çəkisi 30,8 qr. girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilsin. Qızıl-zinət əşyaları açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar