Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-437/2021 16.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17000 (on yeddi min) manat və 4400 (dörd min dörd yüz) ABŞ dolları miqdarında pul məbləğinin, həmçinin “xxxx” ASC-dən götürülərək cavabdehə verilmiş 6250 (altı min iki yüz əlli) manat əsas borc və ona hesablanmış 2964 (iki min doqquz yüz altmış dörd) manat faiz pul olmaqla, ümumilikdə 9209 (doqquz min iki yüz doqquz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2005-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından qız övladı doğulmuşdur. İddiaçının Cavabdeh ilə ikinci nikahıdır, onun birinci nikahından olan iki övladı da hal-hazırda onun himayəsindədir və hal-hazırda ünvan 1 ünvanında yaşayır. Onlara o, baxır və təlim tərbiyəsi ilə məşğul olur. 2016-cı ildə atası X2 öz evini satmış və ona övlad payı kimi 20000 manat pul vermişdi. Elə həmin il az bir hissəsini iddiaçının ev təmirinə xərcləyib, qalan hissəsini ABŞ dollarına çevirmiş və 10000 ABŞ dolları o, ailəli olduğu Cavabdeh öz aralarında yazılmış imzalanmış sənədlə vermişdir. Cavabdeh bu pulu maşın biznesində istifadə etdi və gəlirlərini artırdı. Cavabdehlə olan nikahı 2017-ci ildə pozulmuşdur. Boşanmasına baxmayaraq birgə həyatı davam edirdi, lakin buna baxmayaraq ayrı mənzillərdə yaşayırdılar, aralarında problem olmamışdır. Daha sonra 2017-ci ildə o, öz yaşadığı mənzili təmir etmək istədikdə və pulu Vüqardan tələb etdikdə, o öz pulundan ona vermədi. Səbəbini isə bununla izah etdi ki, pulu dollardadır, dollar birdən bahalaşar. O, məcbur qalıb bankdan kredit götürməklə təmirə başladı, pulu ola-ola onu kreditə almağa məcbur oldu. Bu onsuz onun birinci krediti deyildi və dəfələrlə o, Vüqarın biznesi üçün müxtəlif banklardan (xxxx ASC, Bank of Baku ASC) kredit alıb ona kömək etmişdir. Daha sonra Vüqar daha bir addım ataraq 10000 dolları manata çevirdi və bildirdi ki, ona manat sərf edir. Bu dəfə 17000 manatla bağlı öz aralarında imzalı razılıq yazdılar və pulu yenidən ona verdi. Eyni zamanda qeyd etmək istəyir ki, onun Vüqarda həmişə sənədlə verilməmiş pulları olurdu, çünki bəzən növbəti maşın aldıqda pulu çatmayanda iddiaçıdan pul istəyirdi. 2018-ci ilin yayında Vüqar Gəncə şəhərinə işləməyə getməyini və həmçinin rayonda qalıb özünə ev tikəcəkmış və orda yaşayacaqmış kimi fikirlər dedi. O, cavabdehdən rayona gedəcəyi bildirdikdə pulunu istədi, lakin cavabdeh yenə bəhanələr gətirdi və ondan yenidən sənədi, onun özündə aparacağı pulun məbləğinə görə (26.08.2018-ci il tarixli) təzə iltizamla yeniləyiblər və öz imzasını çəkdi. Vüqar Gəncə şəhərinə gedəndə üzərində 29300 $ və 2800 AZN pulu və mülkiyyətində 1 ədəd 7000 manat dəyərində VAZ 2107 markalı maşını var idi. Yəni apardığı pulun 17000 manatı onun pulu idi. Sonradan tərəfindən 19.02.2019-cu il tarixində 4400 ( dörd min dörd yüz ) ABŞ dolları miqdarında borc pul cavabdehə verilmişdir ki, bu pul da cavabdehin imzası olan iltizamla təsdiqlənmişdir. Eyni zamanda bildirir ki, cavabdehlə nikahı pozulsa da son aylaradək cavabdehlə bir yerdə ailə kimi yaşamışdırlar. Ev almaq məqsədilə cavabdeh ondan pul istəmişdir və ona bildirmişdir ki, pulu azdır, ev alıb və həmin evdə yaşasınlar. O, da cavabdehə bildirdi ki, evi al, o, bundan sonra bankdan pulu götürüb cavabdehə ödəyəcəkdir. Cavabdehin ev aldığını gördükdə 08.07.2019-ci il tarixdə xxxx ASC- dən 6250 manat kredit götürülərək cavabdehə verilmişdir. Müqavilənin şərtlərinə əsasən, o, 6250 ( altı min iki yüz əlli) manat əsas borc, 2964 (iki min doqquz yüz altmış dörd) manat faiz olmaqla 9209 ( doqquz min iki yüz doqquz) manat pulu banka ödəməlidir. Həmin gündən iki gün sonra yəni 10.07.2019-ci il tarixində cavabdehin həqiqi niyyəti ona bəlli olmuşdur. Belə ki, cavabdehə ailəsini evlə təmin etmək deyil, evin alınması çatmayan pulu ondan almaq istəyirmiş. Ondan verilmiş pulu geri tələb etdikdə vhatsapp vasitəsilə ona bildirmişdir ki, evi satıb pulu qaytaracaqdır. Lakin bu gün məhkəməyə müraciətindən də görünür ki, cavabdeh ona verilmiş pulu geri qaytarmamışdır. Baxmayaraq ki, onun aldığı ev artıq satılmışdır və cavabdeh evin alqı-satqısından əldə edilmiş*pulu artıq götürmüşdür. Lakin bütün bunlara baxmayaraq o, istifadə etmədiyi ödənişini edir. Yekun olaraq məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin öz imzası ilə təsdiqlənmiş iltizamnamələrə görə ona ödəməli olduğu borc pul 17000 manat və 4400 ABŞ dolları xxxx ASC-dən götürülərək cavabdehə verilmiş 6250 ( altı min iki yüz əlli) əsas borc və ona hesablanmış 2964 ( iki min doqquz yüz altmış dörd) manat faiz yəni 9209 ( doqquz min iki yüz doqquz) manat təşkil edir. Dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir nəticə olmur. Cavabdehin hərəkətlərindən bəlli olur ki, onun borcu qaytarmaq fikri yoxdur. Çünki, götürdüyü öhdəlikləri yerinə yetirmək fikri olsa idi, ən azından bu qədər uzun müddət ərzində pulun müəyyən hissəsini qaytarmağa cəhd edərdi. Hesab edir ki, cavabdehin ona qarşı bu cür qanunsuz hərəkətləri onun əmlak hüquqlarını pozur və qeyd etdikləri nəzərə alınmaqla cavabdehin ona ödəməli olacağı ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən tam şəkildə tutulmalı, borc pul ona ödənilməlidir. Bununla əlaqədar olaraq iddiaçı 17000 (on yeddi min) manat və 4400 (dörd min dörd yüz) ABŞ dolları miqdarında pul məbləğinin, xxxx ASC-dən götürülərək cavabdehə verilmiş 6250 (altı min iki yüz əlli) manat əsas borc və ona hesablanmış 2964 (iki min doqquz yüz altmış dörd) manat faiz pul olmaqla, 9209 (doqquz min iki yüz doqquz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı 2(010)-1398/2020 saylı mülki iş üzrə keçirilmiş əvvəlki məhkəmə araşdırılması zamanı məhkəmə iclasında tərəfindən verilmiş yazılı çıxışına əsasən bildirmişdir ki, “cavabdehdən artiq məlum olduğu kimi əlaqəni xəyanətə gorə kəsmiş, cavabdehin saxtakar olduğuna görə, 2017-ci ildə iddiaçı ilə boşanarkən bunun yalnız kağız üzərində boşanma olduğunu demiş, çünki əks halda 2016-cı ildə atasının iddiaçıya verdiyi miras payını 20000 min manatdan qalan 17000 min manati iddiaçıya verməliydi, o bu pulu verməyib və ona sahiblənmək üçün iddiaçıya demişdi ki, münasibəti həmişəki kimi olacaq və onu 100 faiz arxayin saldi və boşanmağını atasıgilədə deməsini qoymadı... Kia Rio markalı maşına gəldikdə isə, 2016-dan ailəsinə maddi kömək etmirdi, həmin maşını güclə son qiymət 13000 manata satmış, amma ondan qabaq 170 manat verib adına keçirmiş, 63 manat vermiş, cəriməsini ödəmiş, bunların məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Maşının qiyməti onda 12750 gəlib çıxır, borclarını, kreditləri ödədi ki, faizdən qurtarib ailəsinə baxsın, usağı hazırlıqlara da gedir pul çatdira bilmir, pula ehtiyacı çoxdu, Yoxsa heç masini satmazdi, usagı məktəbə aparardi,. O maşını 17000 ve 4400 dollara əvəz olaraq olaraq verməyib, onu sonradan elə düşündü, hamısını münasibətdə olduğu qadın ona elə öyrətdi ki, pulunu ona əvəz et... Bununla bağlı keçən ilin aprelində məhkəməyə ərizə verib, iddia qaldırmışdır ki, 3 prosesden sonra düşündü ki, pul əldən gedəcək iddiaçını və uşağını dilə tutub yenidən ailə kimi yaşamaq istədiyini söylədi barışmalarını istədi və o münasibətdə olduğu qadınla ayrıldığını dedi ailəsinin istədiyini söylədi. Təyin olunmuş gün məhkəməyə gəldi və iddianın baxılmamış saxlanılmasını məhkəmədən istədi. Cavabdehlə barışmış və o, ona təklif etmişdir ki, bir yerdə yaşamaları üçün 1 otaq ev alsınlar satdıgi bir otağın əvəzinə.... İddiaçının ondakı pullari 17000 min , 4400 dollar ve 7000 min manatda versə, o bir otagi iddiaçının adına alacaq bu cür iddiaçını aldatdı, iddiaçı bu fikirlə razılaşdı, evi öz adına aldığına görə iddiaçı bankdan pulu götürmək istəməsə də, onu “sən ailəni istəmirsən, sən ailə nədir bilmirsən, uşağımızındı ev” sözləri ilə iddiaçını banka apardı.... 08.07.2019-cu il tarixdə bankdan 4 illik 5900 man götürmüş, iddiaçını sonradan məcbur edirdi hər şeyə, sonradan o özünün pulunu qoymuş pulu 1100 manat qoydu, düz 7000 min manat vermişdir. Krediti 260 manatı da özü hər ay ödəyəcəyini dedi getdi. Artıq həmin axşam cavabdeh iddiaçının zənglərinə cavab vermədi, cavab vedikdə belə naməlum yerlərdə olduğu bilindi. İddiaçıya təzə şərt qoydu.... Onunla ailə kimi yaşamaq istəyirsə onda iddiaçı onun etdiklərini qəbul etməlidir, yoxsa iddiaçı qızlarını atmalıdır. Həmin gün artıq möhkəm dalaşdılar, kreditə gəldikdə, 'cavabdeh ödəməməsini demiş, onun adına kredit yoxdur. Bu gunə kimi xərcləmədiyi pula gorə onun yerinə 220 manat pul ödəyir. Cavabdeh 160 manat aliment verir, lakin iddiaçı onun yerinə 220 manat krediti ödəyir.” 16 fevral 2021 -ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehə verdiyi pul məbləğini ona verdiyi məzənnə ilə qaytarılmasını təmin edilməsini xahiş etmişdir. Daha əvvəlki məhkəmə işindəki cavabdehin etiraflarını, iddiaçının ərizələrinin olduğunu, kifayət qədər araşdırıldığını nəzərə alaraq qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 2(010)-1398/2020 saylı mülki iş üzrə keçirilmiş əvvəlki məhkəmə araşdırılmasında və İddiaçı yenidən verdiyi iddia ərizəsinə dair hazırki məhkəmə prosesinin əvvəlki məhkəmə iclasında İddiaçı 4400 ABŞ dollarının 19 fevral 2019-cu il tarixdə, 17000 manat 26 avqust 2019-cu il tarixdə faizə aldığını, həmin pulun əvəzinə iddiaçıya “Kia Rio” markalı avtomobilin verilməsini, həmin avtomobilin qiymətinin 14000 manat olduğunu bildirmişdir. Bu prosedurun şahidləri yalnız onun ailə üzvləri olmuşdur. Həmçinin ortaq qızları Şəfiqə bəzi proseslərin şahidləri olmuşdur. Həmçinin bildirmişdir ki, iddiaçıya və onun ailəsinə 35000 pul əvəzinə onlara bağışlama müqaviləsi əsasında Bakı şhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 19, 26 nömrəli mənzili bağışlamış, lakin 35000 manatdan cavabdehə heç bir məbləğ ona qaytarılmamışdır. Həmçinin İddiaçı özü pulunun qaytarılmasını xahiş etsə də, cavabdehə məxsus olan pulu qaytarmamışdır. Cavabdeh yekun məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci mədəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını, iddiaçının və cavabdehin əvvəlki məhkəmə araşdırılmasına verilmiş izahatlarını, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Mülki işin materiallarına əlavə edilmiş 19.02.2019-cu il tarixli qəbzə əsasən, Cavabdeh İddiaçı 4400 (dörd min dörd yüz) ABŞ dolları məbləğindəki pulu 1 (bir) il müddətinəqaytarmaq şərti ilə almışdır. Mülki işin materiallarına əlavə eilmiş 26.08.2018-ci il tarixli qəbzə əsasən, Cavabdeh İddiaçı 17000 (on yeddi min) manat məbləğində pul almışdır. VRED0256739A113 saylı 07 avqust 2019-cu il tarixli kredit kartına dair müqaviləsinə əsasən İddiaçı “xxxx” ASC-dən ASC 48 ay müddətinə 27,34 % faizlə 6250 (altı min iki yüz əlli) manat pul vəsaiti kreditə götürmüşdür. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilk olaraq 03 fevral 2020-ci il tarixdə daxil olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1398/2020 saylı 10 avqust 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi iddiaçının verdiyi ərizəsinə əsasən baxılmamış saxlanılmaqla, iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. 16 fevral 2021 -ci il tarixli məhkəmə iclas protokoluna əsasən, 2(010)-1398/2020 saylı mülki işin materiallarında olan İddiaçı 21 may 2020-ci il tarixli məhkəmə iclasında verilmiş və cavabdeh X3 21 may 2020-ci il tarixli yazılı izahatlarını hazırki mülki işin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1 -ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia tələbinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh ilə öz arasında borc hüquq münasibətlərinin olduğunu qeyd edərək, cavabdehin bu münasibətlərdən irəli gələn öhdəliklərinin icra etməməsini iddia edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1 -ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə sübutetmə yükü, yəni, tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcud olması və cavabdehin bu münasibətlərdən irəli gələn öhdəliklərini icra etməməsi, yaxud da cavabdehin mülki hüquq pozuntusu törətməsi və bunun nəticəsində iddiaçının zərərə məruz qalması mülki prosessual qanunvericiliyə əsasən bilavasitə iddiaçının üzərinə düşür. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probalion (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov" Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İddiaçı iddia tələbini əsaslandırmaq üçün sübut kimi əlyazma qəbzləri məhkəməyə təqdim etmişdir. İş materiallarında olan 19.02.2019-cu il tarixli qəbzə əsasən, Cavabdeh İddiaçı 4400 (dörd min dörd yüz) ABŞ dolları məbləğindəki pulu 1 (bir) il müddətinə qayjarmaq şərti ilə almışdır. 26.08.2018-ci il tarixli qəbzə əsasən, Cavabdeh İddiaçı 17000 (on yeddi min) manat məbləğində pul almışdır.'Qeyd olunmalıdır ki, 18 noyabr 2020-ci il tarixli məhkəmə iclasında və 2(010)-1398/2020 saylı mülki iş üzrə keçirilmiş əvvəlki məhkəmə araşdırılması zamanı Cavabdeh həmin qəbzlərin onun tərəfindən imzalanmasını təsdiqləmişdir, bundan əlavə verdiyi yazılı izahatında bilavasitə tərəfindən qəbzlərdə göstərilmiş 17000 manat və 4400 ABŞ dollarının borc olaraq götürülməsini təsdiq etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası mülki hüquq qanunvericiliyinin müddəlaları baxımından İddiaçı ilə Cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmənin əvvəlki araşdırılması zamanı, o cümlədən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(010)- 1398/2020 saylı mülki işə baxılması zamanı tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 17.000 (on yeddi min) manat və 4400 dörd min dörd yüz) ABŞ dolları borc olaraq vermişdir. Həmin halı cavabdeh də təsdiq etmişdir. Cavabdehin 2(010)-1398/2020 saylı mülki işə əlavə edilmiş yazılı izahatına görə Cavabdeh pulun əvəzinə İddiaçı 14 000 manat qiymətinə olan “Kia Rio" markalı avtomobili vermiş, iddiaçı həmin halı 2(010)-1398/2020 saylı mülki işin baxılması zamanı öz yazılı izahatında təsdiq edir, öz şifahi və yazılı izahatında həmin avtomobilin 13 000 (on üç min) manata satılmasını bildirərək, ona pulun əvəzinə 13000 manatın qaytarılmasını etiraf etmişdir. Tərəflərin yazılı izahatları hazırki mülki işə əlavə edilmişdir. Cavabdeh iddiaçıya pul əvəzinə borcun ödənilməsi üçün verilmiş avtomobilin daha yüksək qiymətə malik olduğuna dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə 2(010)-1398/2020 saylı mülki iş üzrə keçirilmiş əvvəlki məhkəmə araşdırılmasında Cavabdeh Xanbılta oğlunun ödənilməmiş borcunun məbləğinin müəyyən edilməsi üçün iddiaçının * və cavabdehin etirafedici izahatlarını əsas götürərək hesab edir ki, Cavabdeh İddiaçı ilə aralarında olan borc müqaviləsinə əsasən 4000 (dörd min) manat və 4400 (dörd min dörd yüz) ABŞ dolları ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı xxxx” ASC-dən götürülərək cavabdehə verilmiş 6250 (altı min iki yüz əlli) manat əsas borc və ona hesablanmış 2964 (iki min doqquz yüz altmış dörd) manat faiz pul olmaqla, ümumilikdə 9209 (doqquz min iki yüz doqquz) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair münasibətdə məhkəmə zəruri qeyd etməyi hesab edir ki, qeyd olunan kredit müqaviləsi iddiaçının adına olduğundan, cavabdehə həmin pul vəsaitini verilməsinə dair hər hansı sübutları iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsinə görə iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81 -ci maddəsinin tələblərinə uyğun olmalıdır. Beləliklə məhkəmə iş materiallarını və tərəflərin izahat larini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat və 4400 (dörd min dörd yüz) ABŞ dolları ödənilməmiş borc İddiaçı ödənilməlidir. Qalan hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat və 4400 (dörd min dörd yüz) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq ödənilməmiş borc İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Suraxanı ayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-437/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-437/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver