Məhkəmə qərarları › İş №2(010)-4370/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4370/2024

17.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4370/2024 17.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi ilə İddiаçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. *. İddiаçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277.4 manat məbləğində pulun alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(005)-427/2023 saylı, *7.**.202*-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.*-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. *9.0*.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin böyük icra məmuru Ə.Fərzəndov məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün “Attenti” markalı bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd qolbaq məhkum - hazırkı iş üzrə cavabdehə quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə avadanlıqlara görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh barəsində olan hökmün icrası məqsədilə idarəyə dəvət olunmuş və müəyyən olunmuşdur ki, məhkum ona təhkim olunmuş elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmışdır. Bu barədə məhkumun izahatı alınmış, izahatında elektron nəzarət vasitəsinin yararsız vəziyyətə düşməsinin səbəbi kimi yanğın hadisəsinin baş verməsini göstərmişdir. Həmçinin cavabdehə bildiriş təqdim olunaraq ona təhkim olunmuş elektron nəzarət vasitəsinin dəyəri olan 2277.4 manat pulu təqdim olunmuş müvafiq hesaba ödəmək təklif olunsa da, bu günə kimi həmin məbləğ müvafiq bank hesabına ödənilməmişdir. Belə olan halda, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət vasitəsi yararsız vəziyyətə düşdüyündən onlara maddi ziyan dəymişdir. "xxxx" QSC-nin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2277.4 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazıkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən işə iştirakı olmadan baxılmasını xahiş etmişdir.

4. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etdiyini, lakin tələb edilən pulu bir dəfəyə ödəməyə maddi imkanı olmadığını bildirmişdir.

5. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

6. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *8.**.202*-ci il tarixli, *(005)- 427/202* nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 234.*-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı iki gün, həbsdə saxlamanın bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmış, Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Cavabdeh üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur.

8. *9.0*.2022-ci il tarixli “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi” barədə protokoldan görünür ki, məhkum Cavabdeh “Attenti” markalı mobil qurğu, mobil qurğunun enerji adapteri, mobil qurğunun enerji toplayıcı kabeli, elektron qolbaq və çanta təhvil verilmiş, həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətdə saldıqda dəyərinin tutulacağı izah edilmişdir.

9. Bakı şəhər Probasiya İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(005)-427/202* saylı, *8.**.202*-ci il tarixli hökmünə əsasən ona təhkim olunmuş, lakin qaytarılmamış mobil nəzarət qurğusunun qaytarılması xahiş edilmiş, əks halda mobil nəzarət qurğusunun dəyəri olan 2277.4 manat məbləğində pul vəsaitinin təqdim olunmuş müvafiq hesaba ödənilməsi tələb edilmiş, mobil nəzarət qurğusunun dəyəri olan 2277.4 manat məbləğində pul vəsaitinin könüllü şəkildə ödənilmədiyi halda onun dəyərinin məcburi şəkildə alınması üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. *0. Məhkum Cavabdeh tərəfindən Bakı şəhər Probasiya İdarəsinə verilmiş xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki: “Elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəmi yerinə yetirməməyimin səbəbi işlədiyim sexdə baş vermiş yanğın olmuşdur. Yanğın nəticəsində mənə təhkim olunmuş mobil qurğu yanmışdır. Hal-hazırda həmin elektron nəzarət vasitəsinin dəyərini müvafiq bank hesabına ödəmək üçün maddi imkanın yoxdur. İcra məmuru (probasiya üzrə) tərəfindən cəzamın çəkilməsi qaydası, hüquq və vəzifələrim mənə ətraflı izah olunmuşdur”. **. "xxxx" QSC tərəfindən tərtib edilmiş 29.07.202*-ci il il tarixli cədvəldən görünür ki, elektron qolbaq, mobil nəzarət qurğusu, eletrik adapteri, proqram lisenziyası cəmi 2277.4 manat dəyərindədir.

İşin faktiki halları.

*2. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *8.**.202*-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.*-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. *3. Hökmlə məhkum Cavabdeh üzərinə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlamaq üçün ona xidmət etmək kimi vəzifələr qoyulmuşdur. Cəzanın icrası ilə əlaqədar məhkum Cavabdeh elektron qolbaq və ona bağlı elektron nəzarət vasitələri təhkim edilmişdir. *4. Elektron nəzarət vasitələri məhkumun üzərində olduğu dövrdə yararsız vəziyyətə düşmüşdür.

Tətbiq edilən hüquq.

*5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 2*. Zərərin əvəzinin ödənilməsi. 2*.*. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 2*.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 2*.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə *096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. *096.*. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə *097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. *097.*. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

*6. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi.

Maddə *5-2. Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri. *5-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. *5-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.

*7. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” Qaydaları.

2. Elektron nəzarət vasitələrinin tətbiqinə dair tələblər. 2.3. Elektron nəzarət vasitələri tətbiq olunan nəzarət subyektinə müvafiq olaraq icra məmuru (probasiya üzrə) və polis orqanının müvafiq vəzifəli şəxsi tərəfindən məhkəmənin qərarının icrası qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri ilə yanaşı konkret nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması tələbi, bunun üçün görülməli olan işlər, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi izah edilir, ona yaddaş kitabçası verilir və bu barədə protokol tərtib olunur.

*8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə *85. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. *85.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

*9. Məhkəmə hesab edir ki, Cavabdeh məhkum kimi ona təhkim edilmiş və üzərinə işlək vəziyyətdə saxlanılması vəzifəsi qoyulmuş elektron nəzarət vasitəsini zədələmişdir.

20. Məhkəmə hesab edir ki, zərərin ehtiyatsızlıqdan vurulması cavabdehi dəymiş zərəri ödəmək vəzifəsindən azad etmir. Ona görə ki, Cavabdeh bu nəzarət vasitələri ona təhvil verilərkən onları işlək vəziyyətdə saxlamaq üçün lazımi diqqət göstərməli olması, bu vasitələri təqsirli olaraq (qəsdən və ya ehtiyatsızlıqdan) zədələməyin məsuliyyətə səbəb olması barədə xəbərdar edilmişdi və bütün bunları bilirdi (bilməli idi). Bu baxımdan məhkum kimi işlək vəziyyətdə saxlamağa borclu olduğu elektron nəzarət vasitəsini zədələyən (ehtiyatsızlıqdan da olsa) cavabdeh bu cihaza dəymiş zərəri ödəməlidir. Odur ki, iddiaçı elektron nəzarət vasitəsinə dəymiş 2277.4 manat məbləğində zərərin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

2*. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan və iddia təmin edildiyindən ödənilməmiş 42.7 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277.4 manat məbləğində maddi zərər tutularaq iddia tələbində qeyd edildiyi kimi dövlət büdcəsinə ödənilməli, ödənilməmiş 42.7 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

23. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 2277.4 manat (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilməmiş 42.7 manat (qırx iki manat yetmiş qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar