Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4383/2020 25.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı «Aqroinvest» X3 Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 və qeyrisinə qarşı «pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Aqroinvest» X3 Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 və qeyrisinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə sonuncu məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə, saat 12:10-a təyin edilmişdir. İddiaçının nümayəndəsi X1 xx.xx.2020-ci il tarixli məhkəmə baxışı iclasında növbəti məhkəmə baxışı iclasının xx.xx.2020-ci il tarixə təyin edilməsi barədə məhkəmə bildirişi təqdim edilmiş, Cavabdeh2 isə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də, göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Cavabdeh1 məhkəmə prosesində iş üzrə iddiaçı tərəf məhkəmə prosesinə gəlmədiyinə görə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı «Aqroinvest» X3 Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 və qeyrisinə qarşı «pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı «Aqroinvest» X3 Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 və qeyrisinə qarşı «pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-4383/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4383/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver