Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4396/2021 23.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 24 saylı Notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 24 saylı Notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onunla cavabdeh Saruyev Cavabdeh1ç arasında 05.05.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış kredit (borc) müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında 8i-2867 reyestr nömrəli, 03.11.2020-ci il tarixli borc məbləğinin tutulması barədə icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İlk növbədə, iddia ərizəsində cavabdehlərdən birinin adı düzgün qeyd edilməmişdir. Belə ki, iddia ərizəsində Bakı şəhəri 24 saylı Notariat ofisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 24 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi kimi qeyd edilmişdir. İddiaçının diqqətinə çatdırılır ki, Bakı şəhərində 24 saylı “ASAN xidmət” mərkəzi yoxdur və adıçəkilən notariat ofisi də ümumiyyətlə hansısa “ASAN xidmət” mərkəzində yerləşmir. Həmçinin, iddia ərizəsindən məlum olur ki, tələbin yönəldiyi cavabdeh notariat ofisi yox, digər Cavabdeh1dir. Yəni, iddia ərizəsinə görə iddiaçı ilə görünüş üçün müqavilə bağlayıb, sonra müqavilə əsasında icra qeydi çıxaran Cavabdeh1dir. Hazırkı tələb də ona yönəldilmişdir. Bu baxımdan iddia notariat ofisinin olduğu yerə görə yox, tələbin birbaşa yönəldiyi cavabdehin qeydiyyat ünvanına uyğun olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində qaldırılmalı idi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Son olaraq, iddiaçı dövlət rüsumunun ödənilməsi ilə bağlı da qanunvericiliyin tələbini pozmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, qəbzdə göstərilmiş 10 manat məbləğində pul məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə ödənilən pul deyil, “hüquqi xidmət” təyinatı ilə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülən puldur. Bu baxımdan həmin qəbz əsasında ödənilmiş pul dövlət rüsumu hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən dövlət rüsumu dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödənişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir; 150.0.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir; 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 24 saylı Notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4396/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4396/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver