Məhkəmə qərarları › İş №2(010)-4399/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4399/2021

20.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4399/2021 20.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh İddiaçı xeyrinə 6950 manat maddi zərər və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Səbail RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru X1 21.09.2020-ci il tarixli HK/1-487 saylı “Cinayət işinin rədd edilmasi baradə” qərarına əsasən İddiaçı ərizəsi əsasında toplanmış “pulunun dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı” verdiyi şikayət üzrə mülki qaydada məhkəməyə müraciət olunmasi izah oİunmuşdur. Belə ki, 31.08.2020-ci il tarixdə, 1989-cu təvəllüdlü, Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində yaşayan vətəndaş İddiaçı Bakı şəhəri, Səbail RPİ-nin 41-ci PB-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, tanıdığı Cavabdeh “Chevrolet Cruze” markalı, **-UL-*** dövlət nömrə nişanlı avtomobili satmaq adı ilə 4500 manat həmin avtomobilə görə ustalara ödənilmiş və 2500 manat isə özünə götürməklə onu aldadaraq, cəmi 7000 manat pulunu mənimsəmiş va avtomobili ona verməyərək pulunu geri qaytarmamışdır. Aparılan təhqiqat araşdırması zamanı vətəndaş İddiaçı izahat verərək bildirmişdir ki, özü üçün avtomobil almaq istəmiş və təxminən 3-4 il olar ki, tanıdığı Namiq adlı şəxs təxminən 2020-ci ilin iyun ayının 22-23ü qara rəngli “Chevrolet Cruze” markalı, **-UL-*** dövlət nömrə nişanlı avtomobillə onun yaşadığı məhləyə gəlmişdir. O, Namiqlə görüşərək avtomobilin kimə məxsus olduğunu soruşmuş, Namiq avtomobilin özünə məxsus olduğunu bildirmişdir. O, Namiqdən həmin avtomobili satmaq fikrinin olub-olmadığını soruşanda Namiq həmin avtomobili satmaq istədiyini bildirmiş, o, Namiqdən qiyməti soruşduqda Namiq son qiymətin 17000 manat olduğunu bildirmişdir. O, Namiqə bildirmişdir ki: “Mənim o qədər pulum yoxdur. Cəmi 3000 manat pulum var, əgər kredit yolu ilə versən alaram”. Namiq onunla razılaşmış, belə razılığa gəlmişlər ki, o, ilkin ödəniş kimi Namiqə 3000 manat pul verəcək və qalan 14000 manat pulu isə hər ay 600 manat olmaqla ödəyəcəkdir. O, həmin avtomobili aparıb valideynlərinə göstərmiş, avtomobil hamının xoşuna gəldiyi üçün evlərinin yanında həmin vaxt Namiqə 200 manat beh vermişdir. 26.06.2020-ci il tarixdə o, Namiqə zəng edərək alğı-satqıya getmələrini bildirdikdə Namiq bildirmişdir ki: “Gözlə, bir nəfər var onunla görüşüb, gəlib səni götürəcəm gedək”. Həmin gün Namiq ona zəng edərək avtomobili əzdiyini biİdirmiş, o, inanmadığını bildirdikdə Namiq həmin avtomobilin əzik halında şəkillərini “whatapp”la ona göndərmişdir. Avtomobilin ön hissəsi əzilmişdir. Təxminən 3-4 gündən sonra Namiq bildirmişdir ki: “Mənə verəcəyin 3000 manat pulu istəmirəm, həmin pulu ver avtomobili düzəltdir və qalan pulu da hər ay 600 manat ödəyərsən". O da Namiqlə razılaşmışdır. O, 2020-ci ilin iyul ayının əvvəli Namiqlə birlikdə Yasamal rayonu ərazisində yerləşən cərimə meydanına gedərək orada avtomobilin cəriməsinə görə 600 manat Namiqə vermişdir ki, cəriməni ödəyib, avtomobili çıxarsın. O, 600 manat pulu Namiqə verib çıxıb getmiş, səhəri gün Namiqlə görüşüb avtomobili özü istədiyi servisə aparmalı olduğu halda Namiq ondan xəbərsiz həmin avtomobili götürərək Binəqədi rayonu ərazisində yerləşən "Kəmalə-Nərmin" şadlıq evinin arxa tərəfində olan avtomobil təmiri sexinə aparmışdır. Həmin gün Namiq ona avtomobilin sahibi adından da etibarnamə vermişdir. Namiq avtomobili düzəldib ona verəcəyini və onun Namiqə 3000 manat pul verəcəyini bildirmişdir. Təxminən 1 həftədən sonra o, avtomobilin vəziyyətinin nə yerdə olduğuna baxmaq üçün servisə getmiş, orada ona məlum olmuşdur ki, Namiq ustaların pulunu vermədiyinə görə ustalar avtomobilə qoşduqları ehtiyat hissələrini sökmək istəyirlər. O, Namiqə zəng edərək həmin sexə çağırmış, Namiq avtomobili düzəltdirməyə pulunun olmadığını bildirmiş və bildirmişdir ki: “Əgər istəyirsənsə, mənə verəcəyin puldan ver ustalara maşını düzəltdir. Sonra biz öz aramızda haqq-hesab edərik". O, Namiqlə razılaşmışdır. O, avtomobili bir ay ərzində düzəltdirmiş, bu bir ayda avtomobilə görə ustalara 4700 manat pul vermiş, onun ustalara 1700 manat verəcəyi qalmışdır. Maşın isə hazır olmuşdur. Təxminən 2020-ci ilin iyul ayının 20-25 arasında avtomobili təmir edən Fuad adlı usta ona zəng edərək Namiqin avtomobili götürməyə gəldiyini bildirmişdir. O, tez həmin yerə gəlmiş, Namiqin orada olduğunu görmüş və ona məlum olmuşdur ki, Namiq qalan 1700 manat pulu ustalara ödəmişdir. Onlar avtomobili sexdən çıxarmiş, təxminən 100 metr aralıda olan avtoyumaya aparıb yudurtmuşlar və avtomobil avtoyumadan çıxanda Namiq ona bildirmişdir ki: “Mənə 1700 manat pul verən şəxslə görüşüb gəlirəm". O, həmin yerdə qalmış, Namiq isə həmin avtomobilə minərək çıxıb getmişdir. Bundan sonra o, həmin avtomobili görməmişdir. Namiqlə görüşəndə o, bildirmişdir ki: “1700 manat pula görə avtomobilin açarını həmin şəxsə vermişəm. Sən 1700 manat pulu ödə avtomobili gətirib sənə verəcəm". O, 4 gün ərzində 1700 manat pulu Namiqə ödəmiş, lakin bundan sonra Namiq ona avtomobili gətirməmiş və onunla görüşəndə bildirmişdir ki: “Maşın söhbətini bağlayaq, bu barədə söhbət etməyək, amma maşının pulunu qaytaracam”. Sonradan ona məlum olmuşdur ki, həmin avtomobil Namiqin adına deyil və onun avtomobili deyildir. Namiq onu aldadaraq ondan ümumilikdə 7000 manat pul almışdır. Aparılan təhqiqat araşdırmasi zamanı izahat vermiş Cavabdeh bildirmişdir ki, o, təxminən 2020-ci ilin iyun ayının 22-23-ü dostuna məxsus olan qara rəngli “Chevrolet Cruze” markalı, **-UL-*** dövlət nömrə nişanlı avtomobillə qohumu yaşayan Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılı massivinə getmiş və qohumuna görə onlarla qonşu yaşayan Xəyalı tanımışdır. Həmin vaxt Xəyal avtomobilin kimə məxsus olduğunu soruşmuş, o, avtomobilin özünə məxsus olduğunu bildirmiş, Xəyal həmin avtomobili satıb-satmadığını soruşanda o, avtomobili satmaq istədiyini bildirmişdir. Onlar avtomobilin 20000 manata satılmasına razılaşmışlar. O, Xəyalla razılaşmışdır ki, ilkin ödəniş kimi Xəyal 3000 manat versin, qalan pul isə sentyabr ayında veriləcəkdir. Həmin vaxt həmin yerdə Xəyal ona 100 manat beh vermiş və səhəri gün o, avtomobili əzmişdir. O, Xəyala bildirmişdir ki, avtomobilin düzəltmə xərcini çəksin, öz aralarında haqq-hesab edərlər və qalan pulu sentyabrda verər. Xəyal da onunla razılaşmış, o avtomobili cərimə meydançasından çıxarmaq üçün Xəyal ona 500 manat pul vermiş, həmin avtomobili Yasamal rayonundan götürüb Binəqədi rayonu, X4 küçəsində yerləşən “Kəmalə-Nərmin” restoranının arxa tərəfində olan avtomobil təmiri sexinə aparmışdır. Onun avtomobili düzəltdirməyə pulu olmadığı üçün Xəyala avtomobili düzətdirməsini bildirmişdir. Xəyal ay ərzində avtomobili təmir etdirmiş və özünün dediyinə görə ustalara 4500 manat pul vermişdir. 1700 manat isə borcu qaİmışdir. O, 2020-ci ilin avqust ayının əvvəlləri gedib avtomobilə baxmış və 1700 manat qalan pulu ustalara ödəyərək avtomobili ustadan götürmüşdür. Xəyal da həmin yerə gəlmiş, o, Xəyala bildirmişdir ki: “Mənim ödədiyim 1700 manat pulu ödə maşını verim". Xəyal müxtəlif vaxtlarda X4 küçəsində yerləşən “Kəmalə-Nərmin” restoranın arxa tərəfində ona 1700 manat pul ödəmiş, o, bundan sonra Xəyala bildirdirmişdir ki: “Avtomobil dostumundur va pulum olmadığı üçün sənə düzəltdirmişəm. Sənin pulunu ödəyəcəm". Onlar birlikdə hesablaşmış və onun Xəyala verməli olduğu pul 6950 manat olmuşdur. Beləliklə, Səbail RPİ İŞ-də toplanmış sübutlara əsasən Cavabdeh İddiaçı 6950 manat maddi zərər vurduğunu etiraf etmişdir. Buna baxmayaraq, dəfələrlə müraciət olunsa da cavabdeh zərəri ödəməkdən yayınmışdır. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Fərrux Tanrıverdiyev tərəfindən qəbul edilmiş 10.09.2020-ci il tarixli “materialın aidiyyəti üzrə göndərilməsi haqqında qərar”dan görünür ki, İddiaçı 31.08.2020-ci il tarixdə yazdığı şikayət ərizəsi əsasında aparılan təhqiqat araşdırması zamanı Cavabdeh izahatı alınmış, izahatında Cavabdeh öz maşını olmamasına baxmayaraq, İddiaçı satmaq və maşını təmir etdirmək adı ilə ona 6950 manat ziyan vurduğunu etiraf etmişdir. (İzahatların tam mətni iddia ərizəsində qeyd edildiyi kimidir). Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh faktiki olaraq özünə məxsus olmayan avtomobili İddiaçı satmaq, daha sonra həmin avtomobili təmir etdirmək adı ilə iddiaçıya cəmi 6950 manat məbləğində maddi zərər vurmuş, sonda iddiaçıya maşının özünə deyil, dostuna məxsus olduğunu, bu səbəbdən maşını ona satmasının mümkün olmadığını bildirmiş, lakin ona vurduğu 6950 manat məbləğində zərəri ödəyəcəyinə söz vermiş, bu barədə polis bölməsində verdiyi izahatda da qeyd edilmişdir. Lakin o, müvafiq zərəri iddiaçıya qaytarmamışdır. Göründüyü kimi, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 6950 manat məbləğində pul əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 6950 manat məbləğində pul əldə etməklə əsassız varlanmışdır. Bu hal Cavabdeh polisə verdiyi izahatla müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci addəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6950 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6950 (altı min doqquz yüz əlli) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar