Məhkəmə qərarları › İş №2(010)-4405/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4405/2020

21.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4405/2020 21.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, cavabdeh İmanov Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh İmanov Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh İmanov Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikahdan xx.xx.2007-ci il təvəllüdlü İmanzadə Bahar Cavabdeh qızı, xx.xx.2008-ci il təvəllüdlü İmanlı Rəşad Cavabdeh və xx.xx.2013-cü il təvəllüdlü İmanlı Fatimə Cavabdeh qızının saxlanılması üçün müəyyən olunmuş 240 manat məbləğində alimentin miqdarının artırılaraq hər bir uşağa görə hər ay 170 (yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin İmanov Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, cavabdeh İmanov Cavabdeh ilə 2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2007-ci il təvəllüdlü İmanzadə Bahar Cavabdeh qızı, xx.xx.2008-ci il təvəllüdlü İmanlı Rəşad Cavabdeh və xx.xx.2013-cü il təvəllüdlü İmanlı Fatimə Cavabdeh qızı adlı və soyadlı övladları olmuşdur. Suraxanı rayon məhkəməsinin 2(010)-507/2018 saylı qətnaməsi ilə hər bir uşağın saxlanılması üçün hər ay 137 manat (cəmi 411 manat) sabit pul məbləğində aliment kəsilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülkü Kollegiyası alimentin müəyyən edilməsi hissəsində dəyişiklik edərək, hər uşağa görə 80 manat olmaqla cəmi 240 manat aliment müəyyən etmişdir. Cavabdeh uşağın saxlanmasında və onun təminatının ödənilməsində çətinlik çəkməyimə baxmayaraq mənə əlavə heç bir köməklik göstərmir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment uşaqların saxlanmasına kifayət etmir. Belə ki, uşaqlarıın yaşı artdıqca onların tələbatı da artır. Ona görə aliment miqdarının artırılması tələbi ilə məhkəməyə məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh İmanov Cavabdehiddia tələbini qisməq qəbul etdiyini bildirərək göstərdi ki, o, iki uşağının saxlanılması üçün hər ay hər uşağa yalnız 150 manat sabit pul məbləğində aliment ödəyə bilər. Özü “xxxxxxx” İK Firmasında gözətçi işləyir və aylıq əmək haqqı 250.00 manatdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-5631/2018 saylı qətnaməsindən müəyyən olunur ki, Suraxanı rayon məhkəməsinin 2(010)-507/2018 saylı 28.02.218-ci il tarixli qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilmiş və iddia qismən təmin edilməklə İddiaçı ilə cavabdeh İmanov Cavabdeh arasında xx.xx.2007-ci il tarizdə Suraxanı rayonu VVADQ şöbəsində 651 sayla qeydə alınmış nikah pozularaq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü İmanzadə Bahar Cavabdeh qızı, xx.xx.2008-ci il təvəllüdlü İmanlı Rəşad Cavabdeh oğlu və xx.xx.2013-cü il təvəllüdlü İmanlı Fatimə Cavabdeh qızı anaları -İddiaçı yanında qalmaları və onların yetkinlik yaşına çatana qədər saxlanılması üçün İmanov Cavabdeh xx.xx.2017ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 80 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanunu ilə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Sadalanan xüsusatları və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, habelə tərəflərin uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını nəzərə alaraq və sonuncuların mənafeyini əsas götürərək, məhkəmə hesab edir ki, aliment miqdarının artırılması barədə iddiaçının iddiası uşağın böyüdükcə tələblərin və ehtiyacların artmasına, habelə “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu ilə uşaqlar müəyyən edilmiş yaşayış minimuma əsaslanır. Bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi uşağın maraqlarının təmin edilməsinə yönəldiyindən alimentin miqdarı ağlabatan dərəcədə artırılmalıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin miqdarının artırılmasına (dəyişdirilməsinə dair iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Bununla belə məhkəmə nəzərə alır ki, cavabdeh hər uşağa görə aliment miqdarının 100 manata kimi artırılmasına etiraz etmədiyini bildirmişdir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, bu hal iddiaçı tərəfindən həmin hissədə iddianın etiraf olunması kimi qəbul edilməli və Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 5631/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilərək hər uşağa görə alimentin miqdarı 100 manat həcmdə müəyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən, şəxsin saxlanılmasıüçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən,iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə də, qeyd edilənlərə əsasən cavabdeh İmanov Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaqismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5631/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin miqdarında dəyişiklik edilsin. Cavabdeh İmanov Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü İmanzadə Bahar Cavabdeh qızının, xx.xx.2008-ci il təvəllüdlü İmanlı Rəşad Cavabdeh oğlunun və xx.xx.2013-cü il təvəllüdlü İmanlı Fatimə Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 100 (yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq İddiaçı xeyrinə aliment tutulsun. Cavabdeh İmanov Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar