Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4405/2022 30.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “ İddiaçı MMC-nin xeyrinə 1100 manat əsas, 1082 manat faiz, borcu olmaqla cəmi 2182 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 42 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh “X5”nda həkim olaraq işləyirdi. Real Zaman MMC-nin əməkdaşı X3 2019-cu ilin sentyabr və oktyabr aylarında həmin klinikada müalicə olarkən onunla tanış olmuş və aralarında münasibət yaranmışdır. Boclu onun iş yerini öyrəndikdən sonra anasının xəstəliyi ilə əlaqədar olaraq pul ehtiyacının olduğunu bildirmişdir. Məsafə uzaq olduğundan öz imzası ilə təsdiq olunmuş müraciətini onlara ünvanlamış və əlavə olaraq veriləcək pul məbləğinin təminatı kimi öz maaş kartını göndərmiş və həmin kartda hər ay 200 manat pul vəsaiti olacağını bildirmişdir. Bundan sonra onun adına müqavilə tərtib olunmuş və həmin müqavilə onların əməkdaşı olan Aslanova Leyla tərəfindən imzalanmaqla pul vəsaiti million aparatı vasitəsilə borcluya göndərilmişdir. İddiaçı ilə bağlanmış müqaviləyə əsasən, cavabdehə 1100 manat məbləğində kredit verilmişdir. Həmin Kredit müqaviləsinə əsasən, kredit məbləğində münasibətdə hər ay 66 manat faiz ödənilməli idi. xx.xx.2020-ci il tarixədək həmin faiz məbləği 26 manat qalıqla ödənilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 16 ay müddətdir ki, aylıq faiz ödənişləri edilməmişdir. Borclunun anası ilə əlaqə saxlayan zaman o, xəstə olmadığını və qızının onlara yalan danışdığını bildirmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müxtəlif bəhanələrlə borclu borc məbləğini ödəməkdən yayınmışdır. İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan və Cavabdeh tərəfindən göndərildiyi qeyd edilən izahatdan görünür ki, Cavabdeh ona kredit olaraq veriləcək pul vəsaitinin təminatı olaraq özünə məxsus “4182 4957 8975 7550” nömrəli “Paşa Bank” kartı girov qoyulmasını və kreditin həmin kartda olan pul vəsaiti hesabına ödənilməsini Aslanova Leylaya etibar etdiyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Müqavilədən və xx.xx.2020-ci il tarixli “Girov Bileti”nə 1 saylı Əlavədən görünür ki, X2 tərəfindən Cavabdeh 12 ay müddətinə illik 72 faiz dərəcəsi (hər bir aya 6 faiz nəğd pul vəsaiti) olmaqla 1100 manat məbləğində kredit verilmiş və bu müqavilənin təminatı olaraq Sarıcanova Röyaya məsxsus “4182 4957 8975 7550” nömrəli “Paşa Bank” kartı girov qoyulmuşdur. İş matariallarına əlavə edilmiş bildirişlərdən görünür ki, Cavabdeh borc məbləğinin ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı işə əlavə edilən sənədlərə istinad edərək iddia edir ki, cavabdehə müqavilə əsasında kredit vermiş, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhtəliyi yerinə yerinə yetirməmiş, kredit borcunu geri qaytarmamışdır. İşin halları ilə və iddiaçı tərəfin izahatı ilə o da müəyyən olunur ki, borc sənədləri cavabdeh tərəfindən yox, iddiaçının işçisi tərəfindən imzalanmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən öhtəlik hüququnun yaranması üçün tərəflər arasında etibarlı müqavilə münasibətlərinin olması mütləqdir. Hazrıkı işdə isə tərəflər arasında belə halın mövcudluğu sübut olunmur. İddiaçı tərəfindən cavabdehə qeyd olunan müqavilə üzrə kredit olaraq 1100 manat pul vəsaiti verildiyi qeyd edilsə də, lakin həmin müqavilə iddiaçının öz əməkdaşı Aslanova Leyla tərəfindən imzalanmışdır. Yəni, cavabdehin hazırki müqaviləni imzalaması və qeyd olunan məbləğdə pul vəsaitini kreditə götürməsi halı müəyyən edilmir. Yuxarıda qeyd olunan normalara istinadən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə qeyd olunan kredit müqaviləsinin cavabdeh tərəfindən imzalanmaqla həmin pul vəsaitinin cavabdeh tərəfindən qəbul edilməsi halı müəyyən edilmir. İddiaçı tərəfin izahatından da aydın olur ki, həmin müqavilə İddiaçı MMC-nin əməkdaşı olan Aslanova Leyla tərəfindən imzalanmışdır. Belə olan halda, məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı qarşısındakı hər hansı müqavilə öhdəliyinin mövcud olması halı müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 42 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4405/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4405/2022
30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver