Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4417/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X22 oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Əfəndı̇ yeva Məltəm Laçın qızının cavabdeh Əfəndı̇ yev Vası̇ f Rafı̇ q oğluna qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı Əfəndı̇ yeva Məltəm Laçın qızı cavabdeh Əfəndı̇ yev Vası̇ f Rafı̇ q oğluna qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında “yaşayış sahəsindən istifadə hüququnun tanınması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında olan yataqxanada halhazırda : o, xx.xx.1991 -ci il təvəllüdlü İddiaçı, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh, xx.xx.2017-ci il təvəllüdlü X16 daimi pasport qeydiyyatındadırlar. X2 14 fevral 1994-cü ildə 1-ci Qarabağ müharibəsində erməni qəsbkarlarına qarşı hərbi əməliyyatlar zamanı Füzuli rayonunda şəhid olmuşdur. Nizami rayon İH-nin başçısının xx.xx.2011- ci il tarixli 15 saylı sərəncamına əsasən şəhid ailəsi kimi 3 nəfər ailə tərkibi olmaqla Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.85 m2 olan 2 otaqlı, 23 nömrəli mənzil verilmişdir və həmin mənzil, X1nın adına sərəncamla rəsmiləşdirilmişdir. X1 30 oktyabr 2020-ci Bakı şəhərində ölmüşdür. O vaxta qədər qaynanası mənzilə hüququ şəxs olduğu üçün həyat yoldaşına və qaynı - hal-hazırda Cavabdeh bildirmişdir ki, evi satıb hər ikisinə ayrı-ayrılıqda mənzil alacaq və artıq qalan pulla qaynı Cavabdeh müəyyən səbəblər üzündən yaratdığı əngəlliklər üçün bankdan götürdüyü borcları ödəyəcək, bu haqda xx.xx.2020-ci ildə AR-nın Prezidentinə yazılı müraciət edilmiş ( daxilolma Ə- 7200-091; xx.xx.2020-ci il tarixli ərizə ) və AR ƏƏSMN-nın tabeliyində olan SXA-dən 09 oktyabr 2020-ci il **********0 saylı cavab məktubunda bu halın AR Mənzil Məcəlləsinə əsasən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmədiyi bildirilmişdir. Qeyd edir ki, Cavabdeh, arvadı X6 qaynanası və həyat yoldaşının razılığı olmadan və iradələrinin əksinə zidd olaraq mənzildə təmir işləri aparmaq adı ilə mənzili zəbt etmiş, sonradan mənzilin qapısını bağlayaraq nə qaynanasını, nə də həyat yoldaşı X11 həmin mənzilə buraxmamışlar. O da X17 ilə birgə nikahda olduğu və 18 m2-lik (bir otaqlı) yataqxanada heç bir sosial yaşayış şəraiti olmadığı üçün və məlum mübahisəli mənzilin bir otağında yaşamaqlarına imkan vermədikləri üçün bir ildən artıq ayı 300 manata kirayədə yaşamış, ailə büdcəsinə böyük maddi ziyan dəymiş, cavabdehin hərəkəti nəticəsində onların bir neçə illər ərzində yaşamaq hüququ qanunla təsbit edildiyi halda şüurlu surətdə cavabdeh və ailəsi tərəfindən pozulmuş və bu gün də bu hal davam edir, bu da onun və ailəsinin maddi, mənəvi və psixoloji gərginlik keçirməsinə səbəb olmuşdur. Cavabdeh öz ailəsilə heç bir şifahi, yazılı və notarial qaydada təsdiq olunmuş sənəd olmadan və X1 tərəfindən həmin mənzilə köçürülmədən həmin mənzildə ailəsilə birgə yaşayırlar, qaynanasının sağlığında və sonradan mübahisəli mənzilə daimi əsaslarla sosial kirayə müqaviləsi bağlanmamışdır, bütün bu hallar məhkəmə qətnamələrində öz əksini tapmışdır. Halhazırda da cavabdeh və həyat yoldaşı, onun həyat yoldaşı X17 və azyaşlı övladı X19 həmin mənzilə girişinə əngəllik törədirlər, nalayıq söyüşlərlə təhqir edirlər, qarşıdurma yaradırlar. Onun da məlum mübahisəli mənzilə gediş-gəlişinə icazə vermirlər, bu xüsusda həyat yoldaşının və oğlunun həmin mənzildə yaşamalarına şüurlu surətdə və bilərəkdən əngəl yaradırlar.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbində qeyd olunanlara uyğun izahat verərək bildirdi ki, qeyd olunan mənzil şəhid ailəsinə verilmişdir. Cavabdeh heç bir razılıq olmadan qeyd olunan mübahisəli mənzili zəbt etmişdir. Hazırda cavabdeh ailəsi ilə birlikdə həmin mənzildə yaşayır, iddiaçı isə orada yaşaya bilmir.
4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbində qeyd olunanlar yalandır. Anası daim onların evinə gəlib-getmişdir. Anasının sağlığında mənzillə bağlı mübahisə olmamışdır. Anası vəfat etdikdən sonra mübahisə başlamışdır. 2019-cu ildə qardaşı ailə qurduqdan sonra həm anasının, həm də onun razılığı ilə qardaşını ailəsi ilə digər evə köçürmüşdürlər və daha sonra Keşlə qəsəbəsindəki evə qardaşının adına Çıxarış almışdırlar. Hesab edir ki, iddia tələbi əsassızdır.
İş materialları.
5. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X7 arasında 05 may 1983-cü il tarixdə nikah bağlanmışdır. Nikaha daxil olduqdan sonra arvada Əfəndiyeva soyadı verilmişdir.
6. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 14 fevral 1994-cü il tarixdə vəfat etmişdir.
7. AR Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 21 fevral 2011-ci il tarixli, 15 nömrəli sərəcamından görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14a №-li binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,85 kv.m, yaşayış sahəsi 41,29 kv.m olan 2 otaqlı 23 saylı mənzil - 3 nəfər ailə tərkibi ilə (özü, 1984-cü il təvəllüdlü oğlu Cavabdeh, 1988-ci il təvəllüdlü oğlu X17) 1960-cı il təvəllüdlü şəhid ailəsi X3 adına verilməsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması təsdiq edildikdən sonra bu sərəncamın 1-ci bəndi ilə adlarına mənzil rəsmiləşdirilmiş şəxslərlə sosial kirayə müqaviləsinin bağlanılmasının aidiyyatı MKİS-lərə həvalə edilməsi qərara alınmışdır.
8. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
9. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında X5 qeyd edilmişdir.
10. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında X5 qeyd edilmişdir.
11. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X12 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmışdır. Nikaha daxil olduqdan sonra arvada Əfəndiyeva soyadı verilmişdir.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1318/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X9 xx.xx.2021-ci il təvəllüdlü X24 ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, tələbkar X4 Uğur Rəşad oğlu ilə birlikdə sözügedən mənzilə (ünvan 3 ünvanında yerləşən mənzilə) köçürülmüşdür.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1062/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9860/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və iddiaçı X17 və onun azyaşlı uşağı xx.xx.2021-ci il təvəllüdlü X19 ünvan 3 ünvanına qeydiyyata alınmaları öhdəliyinin cavabdeh Bakı şəhər Suraxanı Rayonu Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda qeyd olunan qərarı ilə üçüncü şəxs Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9860/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. AR DİN-in Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X17 və X24 ünvan 3 ünvanında qeydiyyatdadırlar.
İşin faktiki halları.
16. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı hazırki iddia tələbində mübahisəli mənzilə münasibətdə istifadə hüququnun olmasını bildirir və bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı tələbində ona əsaslanır ki, onun həyat yoldaşı həmin mənzilin mərhum kirayəçisinin ailə üzvüdür, həmin mənzildə həyat yoldaşının və övladının yaşamaq hüququ tanımışdır. Cavabdeh isə onu mənzilə buraxmamqla, ona ailəsi ilə birgə yaşamağa maneə törədir. Hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuzdır və o da, həmin mənzilə həyat yoldaşı kimi istifadə hüququ əldə etməlidir. Cavabdeh isə qeyd edir ki, iddia tələbi əsassızdır və bu səbəbdən təmin edilməməlidir. Cavabdeh etirazını onunla əsaslandırır ki, qardaşının ailəsinə yaşamaq üçün digər ev verilmişdir. İşin hallarından müəyyən olunur ki, mübahisə obyekti olan mənzil sosial kirayə müqaviləsi əsasında, şəhid ailəsi kimi mərhum X5na verilmiş, Cavabdeh və X17 (hazırkı işdə iddiaçının həyat yoldaşı) isə onun ailə üzvləri kimi qeyd edilmişlər. Kirayəçi vəfat edəndən sonra ailə üzvlərinin adına yeni kirayə müqaviləsi bağlanmamışdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 43. Mənzil hüququ. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 17. Mənzil fondu. 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 59. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi. 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Maddə 68. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri. 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.
19. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi.
Maddə.146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Məhkəmənin mövqeyi
21. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir.
22. İddiaçının tələbi mübahisə obyekti olan əmlaka istifadə, yəni məhdud əşya hüququnun tanınması ilə bağlıdır. İddiaçının hazırda istifadə hüququnun tanınmasını tələb etdiyi ünvan 6 ünvanında yerləşən mənzil şəhid ailəsi kimi cavbadehin mərhum anasının adına rəsmiləşdirilmiş, bu zaman hazırkı iş üzrə Cavabdeh və iddiaçının həyat yoldaşı X9 adı ailə üzvü kimi qeyd edilmişdir. Məhkəmə iddiaçının mübahisə obyekti olan mənzilə istifadə hüququnun olub-olmaması məsələsinə Mənzil Məcəlləsinin yuxarıda istinad edilən normalarına əsasən aydınlıq gətirilməsini zəruri hesab edir. Həmin normalara əsasən kirayəçinin ailə üzvləri kirayə obyekti olan yaşayış sahəsinə münasibətdə onunla bərabər hüquqlara malikdirlər. Ailə üzvləri sırasına kirayəçinin əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddirlər. Hazırkı işdən müəyyən olunur ki, kirayəçi 2020-ci ildə vəfat edəndən sonra, ailə üzvləri ilə yeni kirayə müqaviləsi bağlanmamışdır. Yəni cavabdeh və iddiaçının həyat yoldaşı bu mənzilə münasibətdə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvü statusundadırlar. Məhkəmə hesab edir ki, hazırkı məqamda iddiaçının mübahisə obyekti olan mənzilə istifadə hüququ yoxdur. Belə ki, iddiaçı mərhum kirayəçinin ailə üzvü statusunda olmamışdır, iddiaçının həyat yoldaşı isə hazırda kirayəçi deyildir, onun kirayəçinin ailə üzvü kimi həmin mənzildə yaşamaq hüququ vardır. Kirayəçinin ailə üzvünün isə özünün ailə üzvlərini mənzilə köçürmək hüququ yuxarıda istinad edilmiş normalarla təsbit edilməmişdir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar (AR Mənzil Məcəlləsi maddə 68). Lakin hazırki iş üzrə isə iddiaçının qeyd olunan mənzilə mərhum kirayəçi tərəfindən köçürülməsi halı da işin araşdırılan halları ilə müəyyən edilmir. Sadalanan halları rəhbər tutmaqla məhkəmə qeyd edir ki, hazırki halda iddiaçının qeyd olunan mübahisəli mənzilə münasibətdə istifadə hüququnun tanınması qanuni və əsaslı hesab edilə bilməz.
Məhkəmə xərcləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. İddia tələbi təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
25. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Əfəndı̇ yeva Məltəm Laçın qızının cavabdeh Əfəndı̇ yev Vası̇ f Rafı̇ q oğluna qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı Əfəndı̇ yeva Məltəm Laçın qızının özünə aid edilməlidir.
26. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi :
İddiaçı Əfəndı̇ yeva Məltəm Laçın qızının cavabdeh Əfəndı̇ yev Vası̇ f Rafı̇ q oğluna qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı Əfəndı̇ yeva Məltəm Laçın qızının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.