Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4420/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.03.2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən ona qaytarılmamış 26000 (iyirmi altı min) manat məbləğində borc pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 14.03.2018-ci il tarixdə Bakışəhəri 9 saylı notariat kontorunda aralarında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh ondan 37000 manat məbləğində pul vəsaitini borc almışdır. Həmin kredit müqaviləsinin 2-ci bəndinə əsasən Cavabdeh ondan borc aldığı 37000 manat məbləğində pul vəsaitini 14.09.2019-cu il tarixədək, 01.04.2018-ci il tarixədək 3000 manat, 01.05.2018-ci il tarixdən isə hər ay 2000 manat ödəməklə ona qaytaracağını öz öhdəsinə götürsə də, o, hal-hazıra qədər həmin borcdan ona cəmi 11000 manatını qaytarmış, lakin borcun qalıq hissəsini, 26000 manatını isə hər dəfə müxtəlif bəhanələrlə ondan əlavə vaxt almaqla geri qaytarmamışdır. Borcun qaytarılması ilə bağlı Cavabdeh poçt vasitəsi ilə 16.07.2021-ci il tarixdə göndərilmiş pretenziya da cavabdeh tərəfindən cavabsız saxlanılmış və hal-hazıra qədər borcun qaytarılması üzrə hər hansı bir müsbət nəticə əldə edilməmişdir. Hesab edir ki, tərəfindən şərh edilənlər nəzərə alınmalı və 14.03.2018-ci il tarixdə, Bakı şəhəri 9 saylı notariat kontorunda Cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh tərəfindən ona qaytarılmamış 26000 manat məbləğində borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, əlavə olaraq göstərdi ki,hazırkı kredit müqaviləsi üzrə borc tələbinə dair daha əvvəl məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.08.2018-ci il tarixli, 2(010)-4229/2018 nömrəli qətnaməsi ilə qeyd edilən borc məbləğinin 8000 manat hissəsi cavabdehdən tutulmuş və icra mərhələsində ödənilmişdir. Cavabdehin hazırda borcu 26000 manat təşkil edir. Ona görə də, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, qeyd edilən borc məbləği təkcə ona aid deyil, belə ki, o, iddiaçı və digər bir şəxs ortaq iş görmüşlər, lakin iş alınmadığına görə qeyd edilən borc yaranmış, o, kredit müqaviləsinə həmin şəxsin və özünün əvəzinə qol çəkmişdir. Hesab edir ki, borc məbləğini o, tək ödəməli deyildir. Ona görə də, məhkəmədən qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 mart 2018-ci il tarixli, notarial qaydada tərtib edilmiş kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İddiaçı 37000 manat borc pul götürmüşdür. Müqaviləyə görə borc alan krediti 01.04.2018-ci il tarixədək 3000 manat, 01.05.2018-ci il tarixdən hər ay 2000 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.08.2018-ci il tarixli, 2(010)- 4229/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı iddiası təmin edilmiş, 14.03.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 4 ay müddətinə borclu tərəfindən icra edilməmiş öhdəlik üzrə (cavabdehdən 2018-ci ilin may, iyun, iyul və avqust aylarında tutulmalı olan məbləğ) hər aya 2000 (iki min) manat olmaqla, cəmi 8000 (səkkiz min) manat məbləğində borc pul və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Suraxanı rayon İcra şöbəsinə ünvanlanan 09.07.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı 8030,40 manat məbləğində pulu Cavabdeh götürmüşdür. Cavabdehlə iddiaçıdan borca pul götürməsi və bununla bağlı müqavilə bağlanması işin mübahisəsiz halıdır. İddia tələbinə əsasən cavabdeh iddiaçıya borcundan 11000 manat qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1.-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdehdən 26000 manat tələb etməkdə haqlıdır. Ona görə də, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 26000 manat borc məbləği və iddia təmin edildiyinə görə 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən madddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Nı̇ ftəlı̇ yev Capay Sabı̇ r oğlundan 26.000 (iyirmi altı min) manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Məmmədova Xatı̇ rə Canəhməd qızına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4420/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4420/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver