Məhkəmə qərarları › İş №2(010)-4422/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4422/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4422/2021 21.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli 6-Z1-3-1-1557-15 №-li və 05 dekabr 2019-cu il tarixli 6-Z 1-2-1- 839-15 №-li kredit müqavilələrinin ləğv edilməsini, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "Yelo Bank” ASC-nin xeyrinə 14 noyabr 2019-cu il tarixli 6-Z1-3-1-1557-15 №-li kredit müqaviləsi üzrə 2942,28 manat əsas borc və 0,08 manat faiz borcu olmaqla ümumilikdə cəmi 2942,36 manat borcun tutulması, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 05 dekabr 2019-cu il tarixli 6-Z1-2-1-839-15 №-li kredit müqaviləsi üzrə 1505,78 manat əsas borc, 22,84 manat faiz borcu və 78,93 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1607,55 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 30 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 23 faizlə 30 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 14 noyabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 14 noyabr 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 3445,27 manat olmaqla kreditin müddəti 14 noyabr 2024-cü il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə 14 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh1 28 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 20 faizlə 12 ay müddətinə 1350 ABŞ dolları məbləğində kredit götürmüşdür. 05 dekabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 05 dekabr 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 1505,78 manat olmaqla kreditin müddəti 05 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh3 ilə 05 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il iyunun 18-dək Cavabdeh1 banka 14 noyabr 2019-cu il tarixli 6-Z1-3-1 -1557-15 №-li kredit müqaviləsi üzrə 2942,28 manat əsas borc və 0,08 manat faiz borcu olmaqla ümumilikdə cəmi 2942,36 manat borcu və 05 dekabr 2019-cu il tarixli 6-Z1-2-1 - 839-15 №-li kredit müqaviləsi üzrə 1505,78 manat əsas borc, 22,84 manat faiz borcu və 78,93 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1607,55 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli 6-Z1-3-1-1557-15 №-li və 05 dekabr 2019-cu il tarixli 6-Z 1-2-1-839-15 №-li kredit müqavilələrini ləğv edilməsini, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "Yelo Bank” ASC-nin xeyrinə 14 noyabr 2019-cu il tarixli 6- Z1-3-1-1557-15 №-li kredit müqaviləsi üzrə 2942,28 manat əsas borc və 0,08 manat faiz borcu olmaqla ümumilikdə cəmi 2942,36 manat borcun tutulması, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 05 dekabr 2019-cu il tarixli 6-Z1-2- 1-839-15 №-li kredit müqaviləsi üzrə 1505,78 manat əsas borc, 22,84 manat faiz borcu və 78,93 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1607,55 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-in nümayəndəsi X2 verdiyi izahatında iddia ərizəsini və ona əlavəsini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmənin yekun iclasına iştirak etməyən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 30 oktyabr 2015-ci il tarixli 6-Z1-3-1-1557-15 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 23 faiz olmaqla, 30 ay müddətinə qaytarmaq şərti ilə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan 14 noyabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 14 noyabr 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən, 30 oktyabr 2015-ci il tarixli 6- Z1-3-1-1557-15 saylı kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 3445,27 manat olmaqla kreditin müddəti 14 noyabr 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan 14.11.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında 14 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 28 iyul 2015-ci il tarixli 6Z1-2-1-839-15 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 20 faiz olmaqla, 12 ay müddətinə qaytarmaq şərti ilə 1350 (bir min üç yüz əlli) ABŞ dolları məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan 05 dekabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 05 dekabr 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən, 28 iyul 2015-ci il tarixli 6Z1-2-1- 839-15 saylı kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 1505,78 manat olmaqla kreditin müddəti 05 dekabr 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan 05.12.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında 28 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 18.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 05 dekabr 2019-cu il tarixli 6-Z1-2-1-839-15 saylı kredit üzrə bank hesabı müqaviləsinə əsasən 18.06.2021-ci il tarixinə 1505,78 (bir min beş yüz beş manat yetmiş səkkiz qəpik) manat əsas borc, 22,84 (iyirmi iki manat səksən dörd qəpik) manat faiz borcu və 78,93 (yetmiş səkkiz manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1607,55 (bir min altı yüz yeddi manat əlli beş qəpik)manat borcu vardır. İş materiallarında olan 18.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 14 noyabr 2019-cu il tarixli 6-Z1-3-1-1557-15 saylı kredit üzrə bank hesabı müqaviləsinə əsasən 18.06.2021-ci il tarixinə 2942,28 (iki min doqquz yüz qırx iki manat iyirmi səkkiz qəpik) manat əsas borc və 0,08 (səkkiz qəpik) manat faiz borcu olmaqla ümumilikdə cəmi 2942,36 (iki min doqquz yüz qırx iki manat otuz altı qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 03.05.2021-ci il tarixli və 19.05.2021-ci il xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsinin şərtlərini pozması, kredit və faiz borcunun ödənilməsi barədə xəbərdar edilmiş, ondan borcun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh1 14 noyabr 2019-cu il tarixli 6Z1-3-1-1557-15 saylı və 05 dekabr 2019-cu il tarixli 6-Z1-2-1-839-15 saylı kredit müqavilələrinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 14 noyabr 2019cu il tarixli 6Z1-3-1-1557-15 saylı və 05 dekabr 2019-cu il tarixli 6-Z1-2-1-839-15 saylı kredit müqavilələri ləğv edilməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasımülki hüquq qanunvericiliyinin müddəlaları baxımından İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhdəliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və alıcı satıcı qarşısında birgə məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı məlum oldu ki, Cavabdeh1 30 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 23 faizlə 30 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 14 noyabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 14 noyabr 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 3445,27 manat olmaqla kreditin müddəti 14 noyabr 2024-cü il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə 14 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh1 28 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 20 faizlə 12 ay müddətinə 1350 ABŞ dolları məbləğində kredit götürmüşdür. 05 dekabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 05 dekabr 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 1505,78 manat olmaqla kreditin müddəti 05 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh3 ilə 05 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il iyunun 18-dək Cavabdeh1 banka 14 noyabr 2019-cu il tarixli 6-Z1-3-1 -1557-15 №-li kredit müqaviləsi üzrə 2942,28 manat əsas borc və 0,08 manat faiz borcu olmaqla ümumilikdə cəmi 2942,36 manat borcu və 05 dekabr 2019-cu il tarixli 6-Z1-2-1 - 839-15 №-li kredit müqaviləsi üzrə 1505,78 manat əsas borc, 22,84 manat faiz borcu və 78,93 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1607,55 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Buna görə də məhkəmə hesab edir ki, 4549,91 manat məbləğində borc Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 14 noyabr 2019-cu il tarixli 6-Z1-3-1 -1557-15 №-li kredit müqaviləsi üzrə 2942,28 (iki min doqquz yüz qırx iki manat iyirmi səkkiz qəpik) manat əsas borc və 0,08 (səkkiz qəpik) manat faiz borcu olmaqla cəmi 2942,36 (iki min doqquz yüz qırx iki manat otuz altı qəpik) manat borcu və 05 dekabr 2019-cu il tarixli 6-Z1-2-1 - 839-15 №-li kredit müqaviləsi üzrə 1505,78 (bir min beş yüz beş manat yetmiş səkkiz qəpik) manat əsas borc, 22,84 (iyirmi iki manat səksən dörd qəpik) manat faiz borcu və 78,93 (yetmiş səkkiz manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla cəmi 1607,55 (bir min altı yüz yeddi manat əlli beş qəpik) manat, ümumilikdə hər iki müqavilə üzrə 4549,91 (dörd min beş yüz qırx doqquz manat doxsan bir qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış - 14 noyabr 2019-cu il tarixli 6-Z1- 3-1 -1557-15 saylı kredit müqaviləsi və 05 dekabr 2019-cu il tarixli 6-Z1-2-1 - 839-15 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 14 noyabr 2019-cu il tarixli 6- Z1-3-1 -1557-15 №-li kredit müqaviləsi üzrə 2942,28 (iki min doqquz yüz qırx iki manat iyirmi səkkiz qəpik) manat əsas borc və 0,08 (səkkiz qəpik) manat faiz borcu olmaqla cəmi 2942,36 (iki min doqquz yüz qırx iki manat otuz altı qəpik) manat borcu və 05 dekabr 2019-cu il tarixli 6-Z1-2-1 - 839-15 №-li kredit müqaviləsi üzrə 1505,78 (bir min beş yüz beş manat yetmiş səkkiz qəpik) manat əsas borc, 22,84 (iyirmi iki manat səksən dörd qəpik) manat faiz borcu və 78,93 (yetmiş səkkiz manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla cəmi 1607,55 (bir min altı yüz yeddi manat əlli beş qəpik) manat, ümumilikdə hər iki müqavilə üzrə 4549,91 (dörd min beş yüz qırx doqquz manat doxsan bir qəpik) manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul tutularaq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar