Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4424/2023 16.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiаçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. *. İddiаçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh mobil nəzarət qurğusunun dəyəri olan 2277.4 manat məbləğində pulun alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(0*0)-*77/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.*-ci maddəsi ilə təqsirli bilinərək * il 8 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. 3*.08.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin icra məmuru V.Əliyeva məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tədbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd enerji bankı, bir ədəd sadə elektron qolbaq, bir ədəd qolbaq üçün yükləmə qurğusu məhkum - hazırkı iş üzrə cavabdehə quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə avadanlıqlara görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli izahatında bildirmişdir ki, mobil nəzarət qurğusunu işdə olan zaman cibindən salaraq suya düşmüş, daha sonra mobil qurğunu sudan götürmüş, onun işlək vəziyyətdə olmadığını, mobil qurğunun ekranında olan yazıların silindiyini və enerji götürmədiyini bildirmişdir. Cavabdehin hərəkətləri nəticəsində Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat idarəsinin təqdim arayışda avadanlığın dəyərinin 2277.4 manat təşkil etməsi göstərilmişdir. Tərəflərin izahatları.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən işə iştirakı olmadan baxılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, o, fəhləlik etməklə gündəlik pul qazanır və ailəsini maddi cəhətdən təmin edən yeganə şəxsdir. Elə iş görən zaman da cibində saxladığı mobil nəzarət qurğusu cibindən sürüşərək suya düşmüşdur. O, bunu qəsdən etməmişdir. Hazırda isə iddiaçının tələb etdiyi pul məbləğini ödəmək imkanı yoxdur. Həmin məbləği yalnız hissə-hissə ödəyə bilər. Odur ki, məhkəmədən tələb edilən pulun ondan hissə-hissə tutulmasını xahiş etdi.
İş materialları.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, *(0*0)-*77/2022 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 234.*-ci maddəsi nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona * il 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, təyin edilmiş cəza həbsdə olduğu 2 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutularaq çıxılmaqla üzərində qəti olaraq * il 8 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:30-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və bu tədbirlərdə iştirak etməkək vəzifəsi qoyulmuşdur.
6. 3*.08.2022-ci il tarixli “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi” barədə protokoldan görünür ki, məhkum Cavabdeh “Attenti” markalı mobil qurğu və elektron qolbaq təhvil verilmiş, həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətdə saldıqda dəyərinin tutulacağı izah edilmişdir.
7. xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Probasiya İdarəsinin icra məmurları Nicat Bayramov, Rövşən İbrahimov, Məmməd Sərdarov və məhkum Cavabdeh iştirakları xx.xx.2023-cü il tarixdə elektron nəzarət vasitələrinə baxiş keçirilmiş, elektron mobil qurğunun qeyri-işlək vəziyyətdə olduğu, ekranda olan proqram yazıları – məhkumun ad, soyad, ata adı, tarix yazılarının silindiyi və mobil cihazın işlək vəziyyətdə olmadığı, yararsız olduğu müəyyən edilmişdir.
8. Məhkum Cavabdeh tərəfindən Bakı şəhər Probasiya İdarəsinə verilmiş xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki: “Bakı şəhəri, Nizami küçəsində binanın zirzəmisində fəhlə işləyirdim, işdə olan zaman mobil qurğu nəzarətimdən kənar qalaraq yan cibimdən yerə suya düşərək yararsız vəziyyətə düşmüşdür. Daha sonra mobil qurğunu enerji ilə doldurmaq istəyəndə mobil qurğunun enerji götürmədiyini və ekranında olan yazıların silindiyini gördüm”.
9. "xxxx" QSC tərəfindən tərtib edilmiş 29.07.202*-ci il il tarixli cədvəldən görünür ki, elektron qolbaq, mobil nəzarət qurğusu, eletrik adapteri cəmi 2277.4 manat dəyərindədir.
İşin faktiki halları.
*0. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.*-ci maddəsi ilə təqsirli bilinərək * il 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. **. Hökmlə məhkum Cavabdeh üzərinə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlamaq üçün ona xidmət etmək kimi vəzifələr qoyulmuşdur. Cəzanın icrası ilə əlaqədar məhkum Cavabdeh elektron qolbaq və ona bağlı elektron nəzarət vasitələri təhkim edilmişdir. *2. Elektron nəzarət vasitələri məhkumun üzərində olduğu dövrdə yararsız vəziyyətə düşmüşdür.
Tətbiq edilən hüquq.
*3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 2*. Zərərin əvəzinin ödənilməsi. 2*.*. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 2*.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 2*.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə *096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. *096.*. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə *097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları *097.*. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
*4. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi.
Maddə *5-2. Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri. *5-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. *5-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.
*5. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” Qaydaları.
2. Elektron nəzarət vasitələrinin tətbiqinə dair tələblər. 2.3. Elektron nəzarət vasitələri tətbiq olunan nəzarət subyektinə müvafiq olaraq icra məmuru (probasiya üzrə) və polis orqanının müvafiq vəzifəli şəxsi tərəfindən məhkəmənin qərarının icrası qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri ilə yanaşı konkret nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması tələbi, bunun üçün görülməli olan işlər, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi izah edilir, ona yaddaş kitabçası verilir və bu barədə protokol tərtib olunur.
*6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
*7. Məhkəmə hesab edir ki, Cavabdeh məhkum kimi ona təhkim edilmiş və üzərinə işlək vəziyyətdə saxlanılması vəzifəsi qoyulmuş elektron nəzarət vasitəsini zədələmişdir. *8. Məhkəmə hesab edir ki, zərərin ehtiyatsızlıqdan vurulması cavabdehi dəymiş zərəri ödəmək vəzifəsindən azad etmir. Ona görə ki, Cavabdeh bu nəzarət vasitələri ona təhvil verilərkən onları işlək vəziyyətdə saxlamaq üçün lazımi diqqət göstərməli olması, bu vasitələri təqsirli olaraq (qəsdən və ya ehtiyatsızlıqdan) zədələməyin məsuliyyətə səbəb olması barədə xəbərdar edilmişdi və bütün bunları bilirdi (bilməli idi). Bu baxımdan məhkum kimi işlək vəziyyətdə saxlamağa borclu olduğu elektron nəzarət vasitəsini zədələyən (ehtiyatsızlıqdan da olsa) cavabdeh bu cihaza dəymiş zərəri ödəməlidir. Odur ki, iddiaçı elektron nəzarət vasitəsinə dəymiş 2277.4 manat məbləğində zərərin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
*9. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan və iddia təmin edildiyindən ödənilməmiş 42.7 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277.4 manat məbləğində maddi zərər tutularaq iddia tələbində qeyd edildiyi kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ödənilməli, ödənilməmiş 42.7 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. 2*. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 2277.4 manat (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) məbləğində pul tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ödənilsin. Ödənilməmiş 42.7 manat (qırx iki manat yetmiş qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva