Məhkəmə qərarları › İş №2(010)-4425/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4425/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4425/2020 27.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi X6, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh olan Cavabdeh bir müddətdir tanıyır. Aralarında olan borc xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ilə rəsmiləşdirilmişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən, Cavabdeh 10 000 (on min) manat pulu xx.xx.2020-ci il tarixədək 15 (on beş) ay ərzində hissə-hissə ödəmək öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin müddətinin bitməsinə baxmayaraq cavabdeh qalan pulu qaytarmaqdan açıqcasına boyun qaçırır və bununla pulu qaytarmaq niyyətinin olmadığını nümayiş etdirir. Dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir nəticə olmur. Qeyd edilənlərlə yanaşı bildirir ki, sonuncu dəfə görüşən zaman cavabdehin qohumu X5 qeyd edilən borc pulun geri qaytarılmasına zəmanət vermişdir. Lakin bütün qeyd edilənlərə baxmayaraq cavabdeh yenə də öz məsuliyyətini dərk etməmişdir. Halbuki, bilirdi ki, iddiaçı gələcəkdə bu pulu onun qohumundan tələb edə bilər. Göstərilənləri nəzərə alaraq cavabdehlə aralarında bağlanmış müqavilənin şərtinə uyğun olaraq (müqavilənin 8-ci bəndi) cavabdehin iddiaçıya ödəməli olacağı pul məhkəmə qaydasında tutulmalıdır. Bununla əlaqədar İddiaçı Cavabdeh ilə arasında bağlanmış və xx.xx.2019-cu ildə 37 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə 10 000 (on min) manat miqdarında pul məbləğinin və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, qeyd etmişdir ki, cavabdeh Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcdan 4 000 (dörd min) manat pul ödənilmiş, ödənişlər hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində 660 manat, xx.xx.2019-cu il tarixində 660 manat, xx.xx.2019-cu il tarixində 660 manat, xx.xx.2019-cu il tarixində 420 manat, xx.xx.2019-cu il tarixində 300 manat, xx.xx.2019-cu il tarixində 300 manat, xx.xx.2019-cu il tarixində 300 manat, xx.xx.2020-cu il tarixində 400 manat, xx.xx.2020-ci il tarixində 300 manat ödəniş etmişdir. Bu günə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borc 6 000 (altı min) manat təşkil edir. Bundan əlavə cavabdehin bu cür qanunsuz hərəkətlər səbəbindən mənəvi iztirab keçirmişdir. Mənəvi zərərin vurulması maddi sübut, sənədlə sübut oluna bilən bir kateqoriya deyil. Bu barədə Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli Qərarında da mənəvi zərərin şəxsə məxsus maddi və ya qeyri-maddi nemətlərə aid hüquqlarının pozulması nəticəsində vurulduğu qeyd edilib. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və xx.xx.2019-cu ildə 37 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə ödənilməmiş 6 000 (altı min) manat miqdarında pul məbləğinin, mənəvi zərərə görə 2 000 (iki min) manat miqdarında kompensasiyasının və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ilk baxış iclasında Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və ləğv edilməsi barədə iddia ərizəsini vermişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2015-ci ildə Suraxanı rayonunda torpaq sahəsi almışdır. Bir müddət Türkiyədə yaşamalı olmuşdur. Aldığı torpaq mübahisəli olduğu üçün problemlə üzləşdi. Cavabdeh Əli adlı şəxslə bu torpaqla əlaqədar tanış olduq. O, hər gün Cavabdeh Əli oğlunun yaşadığı evinə oğlu İlqar ilə gəlib, azyaşlı uşaqlarını qorxudurdu ki, evini sökdürəcəklər. Tez-tez evlərin polis göndərirdilər. Uşaqlar həyəcanlanırdılar, psixikalarına bu təzyiq təsir edirdi. Ancaq həmin pulların qaytarılması barədə cavabdeh iddiaçıya qəbz verib və bu qəbzi öz imzası ilə bloknotundakı qeyddə təstiq edib, bir surəti də özündə qalıb. İddiaçı pulun qaytarılması barədə ikitərəfli imzalanmış qəbz var. Cavabdeh, həyat yoldaşı və cavabdeh banka gedib 10 000 manat bank vasitəsilə ödəniş etdilər. Bu 10 000 manatdan 6 000 manatı Hüseynov İbrahim, qonşu Əfqan və onun qardaşının yanında cavabdehə verdi. 4 000 manatı isə qəbzlərlə (ikitərəfli imzalanmış) ödəmişdir. Bildirir ki, ona müqavilə üzrə heç bir borcu qalmayıb. Onun iddiası əsassızdır və buna görə də müqavilə ləğv edilməlidir. xx.xx.2019-cu ildə Bakı şəhəri, 37 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən imzalanmış, reyestrdə 3m-26 saylı borc müqaviləni rəsmiləşdirmişdir. xx.xx.2019- cu ildə Bakı şəhəri, 37 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən imzalanmış, reyestrdə 3 m-26 saylı borc müqavilənin ləğv edilməsi zərurəti yaranmışdır. Borc müqaviləsi isə məcburi qaydada imzalanmışdır. Digər tərəfdən, cavabdehin təzyiqi ilə Cavabdeh evini ucuz qiymətə satıb, 1,5 il ailəli olaraq kirayə qalmış,nəticədə cavabdeh qarşılqlı iddiaya görə iddiaçıya 18 min manat evə görə,1.5 ildə ödədiyi 18 ay x 350 manat = 6300 manat ziyan vurub. xx.xx.2019-cu ildə Bakı şəhəri, 37 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən imzalanmış, reyestrdə 3 m-26 nömrəli borc müqaviləsinin müqavilədə göstərilən məbləğin tam qaytarılması ilə əlaqədar olaraq, etibarsız hesab edilərək, ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində və ona əlavəsində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini, qarşlıqlı iddianın təmin edilməməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və ayrıca şifahi razılaşma bağlanmış, həmin şifahi razılşmaya əsasən 6000 manat ödənilmiş, kredit müqaviləsi üzrə 4 000 manat hissə-hissə ödənilmiş, tərəflərin birgə imzaladıqları qəbzlə təsdiq olunur, qalan 6 000 manat qaytarılmamışdır. Məhkəmənin baxış iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 iddia ərizəsində və ona əlavəsində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini, qarşlıqlı iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 ilkin iddiaya etiraz edərək, mövcud kredit müqaviləsi üzrə heç bir borcun qalmadığını, onu tam olaraq ödədidyini, 6 000 manatı kredit müqaviləsinin bağlandığı gün, sonradan da 4 000 manatın hissə-hissə ödənildiyini, ayrıca 6 000 manatla əlaqədar digər şifahi razılaşmalarının olduğunu və bu borca aidiyyəti olmadığını bildirmişdir. Qarşlıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan: İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinə əsasən “borc verən" İddiaçı "borc alan" Cavabdeh 10 000 manat 00 qəpik (on min manat sıfır qəpik) məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc verir. Müqavilənin 2-ci bəndinə əsasən "Borc alan" Cavabdeh krediti xx/xx/2020-ci il ( doqquz may iki min iyirmi il ) tarixədək 15 (on beş) ay müddətində hissə-hissə "Borc verən" İddiaçı qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər, kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. "Borc alan” Cavabdeh kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti, "Borc verən" İddiaçı müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. "Borc alan" Cavabdeh müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və va faizləri ödəmədikdə qanunvericilkdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılılğı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş X2 yazılı ərizəsinə əsasən qohumu Cavabdeh İddiaçı 10 000 (on min) manat nağd şəkildə götürdüyü pulu hər ay vaxtı-vatxtında qaytarılmasına tərəfindən zəmanət vermişdir. Əks halda tərəfindən ödənilməsinə söz vermişdir. İş materiallarına əlavə edilmiş iddiaçı və cavabdeh tərəfindən imzalanmış qəbzə əsasən, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcdan 4 000 (dörd min) manat pul ödənilmiş, ödənişlər hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. Həmin qəbzə əsasən cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində 660 manat, xx.xx.2019-cu il tarixində 660 manat, xx.xx.2019-cu il tarixində 660 manat, xx.xx.2019-cu il tarixində 420 manat, (sonra qeyd olunur ki, qalıq borc 7600 manat təşkil edir), xx.xx.2019-cu il tarixində 300 manat, xx.xx.2019-cu il tarixində 300 manat, xx.xx.2019-cu il tarixində 300 manat, xx.xx.2020-cu il tarixində 400 manat, xx.xx.2020-ci il tarixində 300 manat ödəniş etmişdir. Məhkəmənin baxış iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində Cavabdeh İddiaçı 6 000 manatın maşında qaytarılmasını təsdiq etmiş, lakin pulun qaytarılması müqavilənin bağlanmasından əvvəl və yaxud sonra baş verdiyi barədə məlumat verə bilmədi. Beləliklə, məhkəmə araşdırılması zamanı iş materiallarına əsasən və hər iki tərəfin izahatına əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 10 000 (on min) manat məbləği 15 ay müddətində qaytarılması şərtilə notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlanmışdır. İddiaçı əvvəl tam olaraq, 10 000 manat tələb etsə də, sonradan cavabdehin ödənişlərinə dair qəbz təqdim edərək, iddianın azaldılmasını xahiş edərək, 6 000 manat qaytarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmasını və həmin müqaviləyə dair cavabdeh tərəfindən 4 000 (dörd min) manatın qaytarılmasını hər iki tərəfin izahatları ilə və təqdim olunmuş materialları (notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi, ödənişlərə dair hər iki tərəfini imzalanmış qəbzi) ilə təsdiq olunur. İddiaçı tərəfindən təqdim edilmiş qəbzi cavabdeh da təsdiq edir, hətta həmin qəbzin özü tərəfindən iddiaçıya verilməsini bildirir. Deməli, məhkəmə tərəflərin kredit müqaviləsinin bağlanmasını və həmin müqaviləyə dair cavabdeh tərəfindən 4 000 manatın qaytarılmasını artıq işin mübahisələndirilməyən hallarına aid edir. Bundan əlavə hər iki tərəf məhkəmə araşdırılması zamanı öz aralarında əlavə, 6 000 məbləği barədə şifahi razılaşmanın mövcud olmasını qeyd edir, iddiaçı həmin şifahi razılaşmaya əsasən 6 000 manatın kredit müqaviləsi bağlanandan əvvəl ona qaytarılmasını və buna görə kredit müqaviləsini sırf 10 000 məbləğə dair bağlandığını, əgər kredit müqaviləsi bağlandığı gün ona 6 min qaytarılıbsa, hansı səbəbdən cavabdeh sonradan 10 000 manat məbləğinə hər ay müəyyən məbləğ ödəmək şərtilə kredit müqaivləsini bağlandığını bildirsə də, cavabdeh həmin dəlillə razılaşmamaqla, kredit müqaviləsi üzrə nəzərdə tutulmuş 10 000 manatın tam olaraq ödəməklə qaytarılmasını və artıq iddiaçıya borcun olmadığını, 6 000 manatın kredit müqaviləsi bağlandığı gün iddiaçıya maşında verilməsini, sonra da 4 000 manatın aybaay ödənilməsini və bu ödənişlərin təsdiq edilməsinə dair qəbzlərin mövcud olmasını və cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsini bildirərək, şifahi razılaşmaya mövcud olan 6 000 manat borcun həmin kredit müqaviləsinə aid olmadığını və iddiaçı tərəfindən ayrıca iddia şəklində verməli olduğunu bildirmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 10 000 manatın 15 ay ərzində hissə-hissə ödənilməsinə dair bağlanmış kredit müqaviləsi üzrə 4 000 manatı qaytarılmış, həmin hal iş materiallarına əlavə edilmiş hər iki tərəfin imzaları ilə təsdiq edilmiş xx xxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixə qədər cavabdeh tərəfindən ödənişlərin qeydə alınmasın dair qəbzlə təsdiq edilir. Digər kredit müqaviləsi üzrə qalan 6 000 (altı min) manatın cavabdeh tərəfindən ödənilməsi sübuta yetirilmir. Cavabdeh həmin 6 000 manatın kredit müqaviləsi bağlandığı gün qaytarılmasını bildirsə də, qəbzlərdə həmin halın əks etməməsini və yaxud kredit müqaviləsinin sırf 10 000 manat məbləğə bağlanması səbəbini izah və yaxud təkzib də edə bilməmişdir. Cavabdehin kredit müqaviləsinin etibarsız hesab etməklə ləğv edilməsinə dair qarşılıqlı iddiaya münasibətdə məhkəmə zəruri qeyd etməyi hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasında yuxarıda qeyd olunan kredit müqaviləsinin məcbur olaraq və hədə-qorxu altında bağlanmasını qeyd etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Həmin Məcəllənin 351.4-cü maddəsinə əsasən əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarsızılığı mübahisələndirilən əqdin – xx.xx.2019-cu il taixli kredit müqaviləsinin Mülki Məcəlləsinin 339.1-ci maddəsinin tətbiqi dairəsinə düşməsinə dair hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə məhkəmə prosesində ilkin iddia üzrə tələbin tam ödənilməsini, sözügedən kredit müqaviləsi üzrə borcun tam ödənilməsini bildirərək, bağlanmış kredit müqaviləsini təsdiq etmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasımülki hüquq qanunvericiliyinin müddəlaları baxımından ilkin iddia üzrə İddiaçı Cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbayjan Respublikasının Mülki Məjəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məjəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Mənəvi zərərin ödənilməsi barədə” qanunveriçilin məhkəmlər tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11. 201-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəllənin 97-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödnilməsi barədə iddia, o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı cavabdehin qanunsuz hərəkətlərə yol verməsi və bunun nəticəsində ona 2.000 manat məbləğində mənəvi ziyan dəyməsini sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 6.000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməlidir. İlkin iddia üzrə iddiaçı tərəf əlavə olaraq 2.000 manat mənəvi ziyanın tutulması barədə tələb irəli sürsə də, bunu əsaslandıra bilməmişdir. Belə olan halda isə həmin tələb rədd edilməlidir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbayjan Respublikasının MPM-nin 216-220-ji və 360-jı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia qismən təmin edilsin. İlkin idda üzrə cavabdeh, qarşılqlı iddia üzrə iddiaçı Cavabdeh 6.000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, ilkin iddia üzrə iddiaçı, qarşlılıqlı iddia üzrə cavabdeh İddiaçı verilsin. İlkin iddianın qalan hissəsi təmin edilməsin. İlkin iddiaçı üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbayjan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar