Məhkəmə qərarları › İş №2(010)-4442/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4442/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4442/2020 27.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi, Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, İddiaçı “xxxxxxx” KB ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxx” KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxx” KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə 3166,69 AZN əsas, 19,34 manat faiz, cəmi 3186,03 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxx” KB Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxxxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 1% ödəmək şərti ilə 3166,97 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə “xxxxxxx” KB ASC-yə 3166,69 əsas, 19,34 AZN faiz, cəmi 3186,03 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor “xxxxxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək, bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, Cavabdeh iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə 3166,69 AZN əsas, 19,34 AZN faiz, cəmi 3186,03 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxx” KB ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 öz izahatına əsasən, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən götürülən məbləğdən indiyə kimi 6 manat ödədiyini, 1 il ərzində başqa ödənişin olunmadığını bildirmişdir. Son olaraq iddianın təmin olunmasını və buna uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh öz izahatına əsasən, iddianın qəbul etdiyini, əvvəllər işinin yaxşı olduğu vaxta bu pulu götürdüyünü, lakin hal-hazırda müflis olduğunu və bnu görə ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iddianın təmin edilməsinə dair iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Mülki iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli № 5560rstBANK/19 saylı Güzəştli kredit və Bank hesabı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxxxxx” KB ASC-dən illik 1% ödəmək şərti ilə 12 ay müddətinə götürdüyü 3166,97 AZN məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli kredit müqaviləsi faizlərin bağışlanmasına dair sazişə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1786nkBANK/14 saylı kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq xx xxxx 2019-cu il tarixindən etibarən bu sazişin imzalandığı tarixədək hesablanmış 302,02 AZN (üç yüz iki manat 02 qəpik) faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunur. - xx.xx.2019-cu il tarixli № 5560rstBANK/19 saylı Güzəştli kredit və Bank kredit müqaviləsinə 1 saylıəlavədən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh banka aylıq annuitet məbləği olaraq 68 AZN ödəniş etməyi öhdəsinə götürmüşdür. - xx xxxxxxxx 2020-cı il tarixli UB-BANK/PİKMD/914588 saylı maliyyə arayışından görünür ki, Cavabdeh“xxxxxxx” KB ASC-yə 3166,69 (üç min bir yüz altmış altı) AZN əsas, 19,34 (on doqquz manat otuz dörd qəpik) AZN faiz, cəmi 3186,03 (üç min bir yüz səksən altı manat üç qəpik) AZN məbləğində borcu vardır. - xx.xx.2020-ci il tarixli ünvan 1 mənzil 8 ünvanında yaşayan borclu Cavabdeh göndərilmiş bildirişdən görünür ki, “xxxxxxx” KB ASC ilə aralarında bağlanmış xx.xx.2019cu il tarixli 5560rstBank/19 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün banka xx xxxxxx 2020-ci il tarixinə 3166,69 AZN əsas, 15,39 AZN faiz, 0 AZN cərimə, cəmi 3182,08 AZN borcunun olması bildirilmişdir. - Azərbaycan Respublikası DİN-in PQİ-in MAPS üzrə məlumat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-cı il tarixli arayışa əsasən Cavabdeh ünvan 2 mənzil 8 ünvanında qeydiyyatdadır. Məhkəmə iddianın təmin edilməsinə dair iddiaçının nümayəndəsinin izahatınıdinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İşin faktiki hallarından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli № 5560rstBANK/19 saylı Güzəştli kredit və Bank hesabı müqaviləsinə əsasən “xxxxxxx” KB ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 3166,69 (üç min bir yüz altmış altı manat altmış doqquz qəpik) manat əsas, 19,34 (on doqquz manat otuz dörd qəpik) manat faiz, cəmi 3186,03 (üç min bir yüz səksən altı manat üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxxxxx” Kommersiya Bankına ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, məbləğlər arasında fərq nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxxxxx” KB Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh 3166,69 (üç min bir yüz altmış altı manat altmış doqquz qəpik) manat əsas, 19,34 (on doqquz manat otuz dörd qəpik) manat faiz, cəmi 3186,03 (üç min bir yüz səksən altı manat üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq “xxxxxxx” KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdehtutularaq “xxxxxxx” KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar