Məhkəmə qərarları › İş №2(010)-450/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-450/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-450/2022 07.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Piriamayıloviçin iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Piriamayıloviçə, Cavabdeh3 və Cavabdeh4 qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 28 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 10.395,99 manat əsas borc və 983,75 manat faiz borcu borcu olmaqla, ümumilikdə cəmi 11.379,74 manat borcun və 124,14 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi. İddia tələbinin dəlilləri Cavabdeh1 28.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 15.000 manat kredit götürmüşdür. 14.01.2021-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 28.04.2022-ci il tarixədək müəyyən edilir. Borcun təminatı olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə 28 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il oktyabrın 29-dək Cavabdeh1 banka 28.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 10.395,99 manat əsas borc və 983,75 manat faiz borcu borcu olmaqla, ümumilikdə cəmi 11.379,74 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərin izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərdi ki, o, iddiaçı "xxxx" İKB ASCdən illik 25 faizlə 24 ay müddətinə 15.000 manat kredit götürmüşdür. Kreditin müddəti 28.04.2022-ci il tarixədək müəyyən edilir. Borcun təminatı olaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə 28 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Onun maddi vəziyyəti ağır olduğu üçün kredit üzrə ödənişləri apara bilməmişdir. Cavabdeh2 Piriamayıloviç iddianı qəbul edərək izahatında göstərdi ki, maddi vəziyyəti ağır olduğu üçün kredit üzrə ödənişləri apara bilməmişdir. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 11-MZ3-1-0-2633 saylı 28.10.20119-cu il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, "xxxx" İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 15.000 manat məbləğində borcunun qaytarılmasını Cavabdeh1 öz üzərinə götürmüşdür. 11-MZ3-1-0-2633-19 saylı 28.10.20119-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Piriamayıloviç borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. 11-MZ3-1-0-2633 saylı 28.10.20119-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. 11-MZ3-1-0-2633 saylı 28.10.20119-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh4 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. Maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 10.395,99 manat əsas borc və 983,75 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 11.379,74 manat məbləğində borcu vardr. "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2 Piriamayıloviçə, Cavabdeh3 və Cavabdeh4 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlər müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. İddiaçının nümayəndəsi O.Məhərrəmovun təqdim etdiyi maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 20.12.2021-ci il tarixinə İddiaçı ASC-yə 10.095.99 manat əsas borc və 1340,7 manat faiz borcu olmaqla, cəmi 11436,69 manat məbləğində borcu vardr. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1 zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 474.2 zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürdükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 472.2 əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında 11-MZ3-1-0- 2633 saylı 28.10.2019-cu il tarixli kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə cavabdeh illik 25 faizlə 24 ay müddətinə 15.000 manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Müqavilənin şərtlərinə görə cavabdeh krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə iddiaçı müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri cavabdehdən tələb etmək hüququna malikdir. İddiaçının iddia tələbi “10.395,99 manat əsas borc və 983,75 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 11.379,74 manat borcun və 124,14 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi”dir. İş materiallarından isə müəyyən olunur ki, Cavabdeh1 11-MZ3-1-0-2633 saylı 28.10.20119-cu il tarixli kredit müqaviləsi üzrə 20.12.2021-ci il tarixinə İddiaçı ASC-yə 10.095.99 manat əsas borc və 1340,7 manat faiz borcu olmaqla, cəmi 11436,69 manat borcu vardır. Məhkəmə müəyyən edir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı hazırki iddia tələbi üzrə borc məbləğinin hər dörd cavabdehdən müştərək qaydada tutulması tələbində də haqlıdır. Belə ki, İddiaçı bankla digər cavabdehlər Cavabdeh2 Piriamayıloviç, Cavabdeh3 və Cavabdeh4 arasında 29.01.2020-ci il tarixində zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə cavabdehlər Cavabdeh2 Piriamayıloviç, Cavabdeh3 və Cavabdeh4 digər Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Digər cavabdehlər Cavabdeh2 Piriamayıloviç, Cavabdeh3 və Cavabdeh4 ilə iddiaçı arasında bağlanmış zaminlik müqaviləsi hazırda qüvvədə olduğundan həmin cavabdehlər iddiaçı qarşısında digər Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımalıdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da onlar müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış 11-MZ3-1-0-2633 saylı 28.10.2019-cu il tarixli müqavilə 28.04.2022-ci il tarixədək bağlanmış və hazırda da həmin müqavilə qüvvədə olduğundan ləğv edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 11-MZ3-1-0-2633 saylı 28.10.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Piriamayıloviçdən, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 11-MZ3-1-0-2633 saylı 28.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 10.095,99 (on min doxsan beş manat doxsan doqquz qəpik) manat və faiz borcuna görə 983,75 (doqquz yüz səksən üç manat yetmiş beş qəpik) manat (iddia tələbinə uyğun olaraq) olmaqla, cəmi 11 079,74 (on bir min yetmiş doqquz manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 124,14 (yüz iyirmi dörd manat on dörd qəpik) manat məbləğdə pul vəsaiti də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 11-MZ3-1-0-2633 saylı 28.10.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Piriamayıloviçdən, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 11-MZ3-1-0-2633 saylı 28.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 10.095,99 (on min doxsan beş manat doxsan doqquz qəpik) manat və faiz borcuna görə 983,75 (doqquz yüz səksən üç manat yetmiş beş qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 124,14 (yüz iyirmi dörd manat on dörd qəpik) manat olmaqla, cəmi 11203,88 (on bir min iki yüz üç manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar