Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4507/2024 23.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1200 manat məbləğində pul vəsaitinin və ödənilmiş 32 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan və hal hazırda ünvan 2 ünvanında yaşayan Cavabdeh 2022-ci ilin dekabr ayından işlədiyi mağazada tanımışdır. O, 2017-ci il tarixdən fərdi qaydada mobil telefon aparatlarının aksessuarlarının satışı ilə məşğul olur. Cavabdeh bir neçə dəfə onun işlədiyi mağazaya gələrək, özünə telefon aksessuarları almışdır. Cavabdeh mağazada olduğu zaman telefonla ayrı-ayrı şəxslərlə danışarkən eşitmişdir ki, cavabdeh avtomobillərin kredit ödənişləri və satışı barədə danışır. Ona görə də cavabdehdən hansı işlə məşğul olması ilə maraqlanmış və cavabdeh ona əvvəllər “Bank Standard” adlı bankda işlədiyini, bankın lisenziyası ləğv olunsa da, kreditlərlə bağlı işləri olan, kreditlər avtomobil alan və kredit ödənişlərini ödəyə bilməyən şəxslərin avtomobillərini geri qaytardıqlarına görə hələ də onların işləri ilə məşğul olduğunu demişdir. O, cavabdehə müraciət etmişdir ki, onun üçün də ucuz qiymətə avtomobil təşkil etsin. Cavabdeh buna cavab olaraq bildirmişdir ki, kredit ödənişləri gecikən və ya ödəyə bilməyən şəxslər avtomobillərini banka təhvil verirlər. Onlar da həmin avtomobilləri ucuz qiymətə satırlar. Ona görə də o, cavabdehə inanaraq ondan xahiş etmişdir ki, onun üçün ucuz qiymətə avtomobil tapsın. Bu məzmunda danışıqlardan sonra, 16 yanvar 2023-cü il tarixdə səhər saatlarında cavabdeh onun işlədiyi mağazaya gələrək, ona qara rəngli, “Hyundai Elantra” minik markalı, dövlət qeydiyyat nişanı görünməyən avtomobilin fotoşəklini göstərərək demişdir ki, bu avtomobili dəyərindən çox ucuz qiymətə onun üçün ala bilər. O da ilk öncə cavab vermişdir ki, bu barədə fikirləşərək, ona müvafiq cavab verəcəkdir. Təxminən 3-4 saat keçdikdən sonra, o, cavabdehə zəng edərək ondan soruşmuşdur ki, həmin avtomobili dəqiq olaraq dəyərindən çox ucuz qiymətə təmin edə bilər mi? Cavabdeh isə bir daha onu inandıraraq, həmin avtomobili dəyərindən çox ucuz qiymətə ala biləcəyini söyləmişdir. O da bunun qarşılığında cavabdehdən xahiş etmişdir ki, həmin avtomobilin fotoşəklini “Whatsapp” mobil tətbiqi üzərindən ona göndərsin. Cavabdeh də buna uyğun olaraq, həmin fotoşəkli ona göndərmişdir. O, avtomobilin fotoşəklinə baxdıqdan sonra cavabdehə zəng edərək, avtomobili almaq istədiyini bildirmişdir. Cavabdeh də ona bildirmişdir ki, istifadəsində olan kart hesabına 1000 manat pul göndərməlidir ki, avtomobili onun üçün ala bilsin. O da cavabdehin bu təklifi ilə razılaşmış və cavabdeh öz istifadəsində olan **********236116 nömrəli “Leobank” kartının şəklini mobil tətbiq vasitəsilə ona göndərmişdir. O da xx.xx.2023-cü il tarixdə, saat 17:48-də işlədiyi ünvan 3 ünvanında yerləşən telefon aksessuarları satışı mağazasında olduğu zaman istifadəsində olan **********43007 nömrəli “Leobank” kartından cavabdehin ona göndərdiyi kart hesabına 300 manat pul göndərmişdir. Cavabdeh də onunla danışaraq 300 manat pulun kartı hesabına yükləndiyini bildirmişdir. Cavabdeh sonradan ona bildirmişdir ki, 5-6 gün ərzində daha 1000 manat pul verməlidir ki, həmin avtomobili onun üçün ala bilsin. O da cavabdehə bildirmişdir ki, pulu olan kimi hissə-hissə 1000 manat pulu göndərəcəkdir. Bundan sonra, işlədiyi mağazada olduğu zamanlar, saat 12:57-də 110 manat olmaqla, ümumilikdə 1300 manat pul vəsaitini cavabdehə göndərmişdir. Qeyd olunan məbləğdə pulları və adına verilmiş şəxsiyyət vəsiqəsinin şəklini cavabdehə göndərdikdən sonra cavabdeh ona söz vermişdir ki, uzağı 1 ay müddətinə “Hyundai Elantra” minik markalı, dövlət qeydiyyat nişanını görmədiyi avtomobili kreditlə adına rəsmiləşdirərək təhvil verəcək. Ona görə də cavabdeh inanaraq gözləmişdir. 1 ay vaxt keçəndən sonra cavabdehə zəng edərək, avtomobili nə vaxt təhvil verəcəyi barədə xəbər almışdır. O da yaxın günlərdə deyərək vaxtı uzatmışdır. O, cavabdehin vaxtı uzatmasından aldadıldığını başa düşərək onu görüşə dəvət etmiş, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək görüşməyə gəlməmişdir. Sonda cavabdeh ona demişdir ki, guya 13 manat kredit üçün pul borcu yaranmışdır. Ona görə də “mpay” ödəniş sistemi vasitəsilə 15 manat pul göndərmişdir ki, avtomobili sənədləşdirə bilsin. Lakin, cavabdeh yenə də avtomobili təhvil verməmişdir. Belə olan halda, o, cavabdehə zəng etmiş və aldığı pulları geri qaytarmasını tələb etmişdir. O da aldığı pulu geri qaytarcağını desə də, bunu etməmişdir. Bu səbəbdən də, aralarında yaranmış borc üstündə cavabdehdən Bakı şəhəri Xətai rayon Polis İdarəsinə şikayət etmişdir. Orada onların izahatları alınmış, cavabdeh polisə gələrək ona borclu olduğunu etiraf etmiş və borcu qaytaracağını bildirmişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsindən ona bildirilmişdir ki, cavabdeh ona borclu olduğunu etiraf edir və bu məsələnin mülki münasibətlər zəminində baş verməsi öz əksini tapır. Bu səbəbdən də, pul tələbinə dair məhkəməyə müraciət etməlidir. Cavabdehdən ona borclu olduğu 1315 manat məbləği tələb etsə də, cavabdeh ona borclu olduğu puldan 115 manatını qaytarmış, lakin 1200 manatı bir bəhanə gətirərək qaytarmamışdır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs Cavabdeh dindirilməsinə dair protokolun məzmunundan müəyyən olunur ki, təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq – İddiaçı iş görmək məqsədilə ümumilikdə 1315 manat məbləğində pul vəsaiti aldığını, həmin pul vəsaitini özünün maddi ehtiyacları üçün xərclədiyini, İddiaçı banklarda və ya sığorta şirkətlərində girov qalmış və ya hərraca çıxarılacaq avtomobilləri verəcəyini, həmin avtomobillərin onunla heç bir bağlılığı olmadığını və aldığı 1315 manat pul məbləğindən 400 manatını xx.xx.2023-cü il tarixinədək, qalan hissəsini isə növbəti ayın sonuna qədər hissə-hissə qaytaracağını bildirmişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X1 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, qərarın təsviri hissəsində göstərilənlərə və AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən, Cavabdeh barəsində AR CM-nin 178-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 777. Tapşırıq müqaviləsi. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778. Tapşırığın məzmunu. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779. Vəkalət alanın məsuliyyəti. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, iddia əsassız hesab edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur və əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə yuxarıda qeyd olunan maddi hüquq normaları iddia tələbinin qanuni əsası kimi nəzərdə tutula bilər. İddia ilə bağlı faktiki hallar mübahisələndrilən hissədə həmin normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh İddiaçı üçün avtomobil alınması məqsədilə sonuncudan 1315 manat məbləğində pul vəsaiti əldə etmişdir. Tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə əsasən, iddiaçı öz üzərinə götürdüyü pul məbləğini vermək vəzifəsini lazımı qaydada yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə müəyyən olunmuş avtomobili almaq vəzifəsini vicdanla yerinə yetirməyərək, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsinə dair protokolun məzmunundan müəyyən olunur ki, cavabdeh iddiaçıdan iş görmək məqsədilə ümumilikdə 1315 manat məbləğində pul vəsaiti aldığını, həmin pul vəsaitini özünün maddi ehtiyacları üçün xərclədiyini, İddiaçı banklarda və ya sığorta şirkətlərində girov qalmış və ya hərraca çıxarılacaq avtomobilləri verəcəyini, həmin avtomobillərin onunla heç bir bağlılığı olmadığını və aldığı 1315 manat pul məbləğini hissə-hissə qaytaracağını bildirmişdir. İddiaçı izahatında bildirmişdir ki, cavabdeh ona verməli olduğu puldan 115 manat ödəniş etmiş, qalan vəsaiti isə ödəməmişdir. Məhkəmə iclasından məlumatlı olan cavabdeh iddia ərizəsində qeyd olunanları təkzib edən hər hansı sübut məhkəməyə tədqim etməmiş və məhkəmə işdə olan materiallarla iddia tələbinə qiymət verərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edildiyi üçün ödənilmiş 32 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1200 manat məbləğində pul vəsaiti və ödənilmiş 32 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1200 (min iki yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-4507/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4507/2024
23.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver