Məhkəmə qərarları › İş №2(010)-452/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-452/2023

20.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-452/2023 20.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X*0 qızının katibliyi ilə, iddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi. *. İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh oğluna qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri 2227,40 manat dəyərində vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.2.3-cü maddəsi ilə təqsirli bilinərək Xətai Rayon Məhkəməsinin *(0**)-67/202* saylı 09.02.202*-ci il tarixli hökmü ilə 0* il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. *9 mart 202*-ci il tarixdə böyük icra məmuru Rövşən Ağayev tətəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tədbiq edilmşdir. Həmin gün müvafiq iltizamla 0* ədəd mobil qurğu (Attenti markalı, 3563***3 №-li ), 0* ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, 0* ədəd sadə elektron qolbaq (078CE07057 №-li) hazırki iş üzrə cavabdeh olan Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadəqə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh 2227,40 manat dəyəri olan elektron nəzarət vasitəsi dəstini təhvil verməməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi ziyan vurmuşdur. Cavabdeh elektron nəzarət vasitəsi dəstini təhvil verməməsinə dair xx.xx.2022-ci il tarixdə akt tərtib ounmuşdur. Cavabdeh elektron nəzarət vasitəsi dəstini Bakı Şəhər Probasiya İdarəsinə qaytarması və ya onun dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) manat pulun təqdim olunmuş müvafiq hesaba ödəməsi barədə *5.04.2022-ci il tarixdə bildiriş təqdim edilməsinə baxmayaraq o, tələbi icra etməmişdir. Ədliyyə Nazirliyinin verdiyi məlumata görə həmin elektron nəzarət vasitəsinin dəyəri 2227,40 manat təşkil edir. Cavabdeh dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh Xətai Rayon Məhkəməsinin *(0**)-67/202* saylı 09.02.202*-ci il tarixli hökmü ilə təyin edilmiş 0* il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası xx.xx.2022-ci il tarixdə başa çatmışdır.

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

4. İddiaçı Bakı şəhər Probasiya İdarəsi *0.0*.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılması və ərizənin təmin edilməsini xahiş etmişdir.

İş materialları.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(0**)-67/202* nömrəli iş üzrə qəbul etdiyi 09.02.202*-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin *77.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 0* (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh 04 avqust 2020ci il tarixdən 07 avqust 2020-ci il tarixədək tutulub saxlanıldığı 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 0* (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində 0* (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Cavabdeh yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, ev 28, mənzil *6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Cavabdeh üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulması, hökmün icrasına nəzarətin Cavabdeh yaşayış yeri üzrə Probasiya idarəsinə həvalə edilməsi, Cavabdeh cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddianın təmin edilməsi, Cavabdeh maddi ziyana görə 800 (səkkiz yüz) manat pul X* xeyrinə tutulması hökm edilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 02.03.202*-ci il tarixdə verilmiş hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə göstərişdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(0**)-67/202* nömrəli iş üzrə qəbul etdiyi 09.02.202*-ci il tarixli hökmü icra olunmaq üçün Bakı şəhər Probasiya İdarəsinə göndərilmişdir.

7. *9.03.202*-ci il tarixli “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrin izah edilməsi barədə” Protokoldan görünür ki, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir.

8. *9.03.202*-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Xətai Rayon Məhkəməsinin *(0**)-67/202* saylı 09.02.202*-ci il tarixli hökmünə əsasən ona təhkim olunmuş elektron nəzarət vasitələrini—0* ədəd mobil qurğu (Attenti markalı, 3563***3 №-li), 0* ədəd mobil zoğunun enerji toplayıcı adaptoru, 0* ədəd sadə elektron qolbaq (078CE07057 №-li) qəbul etmişdir.

9. *5.04.2022-ci il tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə protokoldan görünür ki, Bakı şəhər Probasiya İdarəsinin icra məmuru Rövşən Ağayev tərəfindən Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, məhkumun üzərindən qolbaq açılıb və digər nəzarət vasitələrini üzərində gəzdirmir. *0. *5.04.2022-ci il tarixli izahatdan görünür ki, Cavabdeh 24.03.202*-ci il tarixdən mobil qurğunun enerjisinin bitdiyini və söndüyünü, sonradan isə şəxsi problemləri olduğu üçün izlənməməsi üçün enerji yükləmədiyini və qeyri-işlək vəziyyətdə saxladığını, qolbağın kəmər hissəsini sındıraraq atdığını bildirmişdir. **. Bakı şəhər Probasiya İdarəsi tərəfindən Cavabdeh ünvanlamış bildirişdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(0**)-67/202* nömrəli iş üzrə qəbul etdiyi 09.02.202*-ci il tarixli hökmünə əsasən təhkim olunmuş elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) manat pulun ödənilməsi tələb olunur. Elektron elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 ( iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) manat pul könüllü ödənilmədiyi halda həmin pulun məcburi tutulması üçün məhkəməyə müraciət olunacaqdır. *2. Bakı Şəhər Probasiya İdarəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3, Bakı Şəhər Probasiya İdarəsinin icra məmuru X4 və Bakı Şəhər Probasiya idarəsinin icra məmuru X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.2.3-cü maddəsi ilə təqsirli bilinərək Xətai Rayon Məhkəməsinin *(0**)-67/202* saylı 09.02.202*-ci il tarixli hökmü ilə 0* il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh *9.03.2022-ci il tarixli protokolla ona tətbiq edilmiş elektron nəzarət vasitəsi dəstini təhvil verməmişdir. *3. "xxxx" QSC tərəfindən verilmiş 29.07.202*-ci il tarixli məktubunun surətindən görünür ki, Probasiya xidmətinin qeydiyyatında olan, "Attenti" markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında, aşağıdakı cədvəldə qeyd olunan həmin vasitələrin dəyəri nəzarət subyektindən tutulması üçün təqdim olunur: Sadə elektron qolbaq -sadə elektron qolbaq – x* -mobil nəzarət qurğusu – x* -elektrik adapteri – x* -proqram lisenziyası- x*, qiymət *930 manat, ƏDV 347,40 manat, ümumi 2277,40 manat.

İşin faktiki halları.

*4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(0**)-67/202* nömrəli iş üzrə qəbul etdiyi 09.02.202*-ci il tarixli hökmünə əsasən Cavabdeh təhkim olunmuş elektron nəzarət vasitəsinin itirilməsi və yararsız hala salınması işin mübahisəsiz halıdır.

Tətbiq edilən hüquq.

*5. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 2*. Zərərin əvəzinin ödənilməsi 2*.*. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 2*.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə *096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı *096.*. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). *096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə *097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları *097.*. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

*6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi.

*7. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. *8. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(0**)-67/202* nömrəli iş üzrə qəbul etdiyi 09.02.202*-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin *77.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrini yerinə yetirməsi həvalə edilmişdir. Hökm icra olunması üçün göndərildikdən sonra icra məmuru tərəfindən cavabdehə üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmiş və cavabdehə 0* ədəd mobil qurğu (Attenti markalı, 3563***3 №-li), 0* ədəd mobil zoğunun enerji toplayıcı adaptoru, 0* ədəd sadə elektron qolbaq (078CE07057 №-li) təhvil verilmişdir. Lakin icra məmuru tərəfindən cəzanın icrası müddətində cavabdehə tətbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilən zaman məlum olmuşdur ki, məhkumun üzərindən qolbaq açılıb və digər nəzarət vasitələrini üzərində gəzdirmir. Qeyd olunan fakt cavabdehin özü tərəfindən etiraf edilmiş və cavabdeh mobil qurğunun enerjisinin bitdiyini və söndüyünü, sonradan isə şəxsi problemləri olduğu üçün izlənməməsi üçün enerji yükləmədiyini və qeyri-işlək vəziyyətdə saxladığını, qolbağın kəmər hissəsini sındıraraq atdığını bildirmişdir. Sonradan isə cəzanın icrası müddəti bitdikdən sonra cavabdeh tərəfindən elektron nəzarət vasitəsi dəsti təhvil verilməmişdir. Odur ki, cavabdeh iddiaçıya vurulmuş maddi zərərin əvəzini tam həcmdə ödəməyə borcludur.

Məhkəmə xərcləri.

*9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.*.*4-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələrdövlət rüsumu ödəməkdən azad olunurlar. 2*. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.*.2-ci maddəsinə əsasən, iddia qiyməti *.000 manatdan *0.000 manatadək olduqda 30 manat + *.000 manatdan yuxarı olan iddia qiymətinin * faizi məbləğində dövlət rüsumu tutulur.

23. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 42,27 manat təşkil edir.

24. Odur ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün 42,27 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən cavabdehdən dövlət nəfinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

25. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2227,40 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilməlidir.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 2227,40 (iki min iki yüz iyirmi yeddi manat qırx qəpik) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilsin. Cavabdeh 42,27 (qırx iki manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar