Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4527/2021 31.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3n, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8287,82 manat məbləğində əsas borc və 1135,39 manat məbləğində faiz borcu olmaqla - cəmi 9423,21 manat məbləğində borcun və 30,4 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 24 avqust 2020-ci il tarixli Kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 16,5 % olmaqla 9000 manat məbləğində kredit verilmişdir. Həmin Kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə də Zaminlik Müqavilələri bağlanmış və bununla da, həmin cavabvdehlər Cavabdeh3 Bankdan götürdüyü pul vəsaitini ödəmədiyi halda sonuncunun öhdəliyini üzərinə götürmüşlər. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh3 nəzərdə tutulmuş müddətdə və qaydada əsas kredit məbləğini və ona hesablanmış faizləri Banka ödəməli idi. Lakin o, müqavilə üzrə öhdəliklərinə vaxtında və lazımi qaydada əməl etməmiş və bununla da, Kredit müqaviləsinin şərtlərini pozmuşdur. Verilmiş kreditlə əlaqədar “borcalan“-ın öhdəliklərinin icrasının təmini olaraq Cavabdeh2 və Cavabdeh1 “borcalan“-a zamin olduğu üçün, onların öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Cavabdehlər dəfələrlə şifahi və yazılı qaydada öhdəliklərin icrasının təmin edilməsi üçün xəbərdar edilsələr də, onlar müqavilə üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və onların İddiaçı ASC-yə 8287,82 manat əsas borc və 1135,39 manat faiz borcu olmaqla, cəmi 9423,21 manat məbləğində borcları yaranmışdır. İddiaçı ASC 30.08.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu nəzərə alaraq, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 avqust 2020-cu il tarixli 102804-921414/1 saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC – “Kredit verən”, Cavabdeh3 – “Kredit alan” olmaqla bağlanmış müqaviləyə əsasən, sonuncuya bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında 36 ay müddətinə illik 16.5 faiz dərəcəsi ilə 9000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 İddiaçı ASC-yə olan borcunu müvafiq Ödəniş cədvəlinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh3 imzası ilə təsdiq etmişdir. Həmin Ödəniş cədvəlindən görünür ki, kreditin qaytarılmasının son tarixi 12 yanvar 2021ci il müəyyən edilmişdir. İş materiallarında olan 24 avqust 2020-cu il tarixli kassa məxaric orderinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 24 avqust 2020-cu il tarixli Kredit müqaviləsinə əsasən 9000 manat məbləğində pulu İddiaçı ASC-dən almışdır. İş materiallarında olan 24 avqust 2020-cu il tarixli 102804-921414/1 saylı Kredit müqaviləsinin təminatı olaraq bağlanmış 24 avqust 2020-cu il tarixli Zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh1 borcalan Cavabdeh3 İddiaçı ASC-dən kredit götürməsinə zamin durmuşdur. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən, “Zamin” Borc alanın 24 avqust 2020-cu il tarixli 102804-921414/1 saylı Kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərn yerinə yetirməsinə görə Borc alanla birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, cavabdehlərə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Beləliklə də, borcalan Cavabdeh3 24 avqust 2020-cu il tarixli Kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Borcalan Cavabdeh3 kredit müqaviləsi ilə götürdüyü öhdəliyini yerinə yetirməməsi səbəbindən, zaminlər Cavabdeh2 və Cavabdeh1 da 24 avqust 2020-ci il tarixli Zaminlik müqavilələri üzrə zamin olaraq götürdüyü öhdəlikləri pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədikləri üçün cavabdehlərdən 8287,82 manat məbləğində əsas borc və 1135,39 manat məbləğində faiz tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddia tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, cavabdehlər Cavabdeh3n, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8287,82 manat məbləğində əsas borc və 1135,39 manat məbləğində faiz borcu olmaqla- cəmi 9423,21 manat məbləğində borc tutularaq, İddiaçı ASC-yə ödənilməlidir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30,40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3n, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8287,82 manat məbləğində əsas borc, 1135,39 manat məbləğində faiz borcu və 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı olmaqla cəmi 9453,61 manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-4527/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4527/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver