Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4536/2025 03.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1200 manat əsas borc, 500 manat işin məhkəməyə göndərilməsi əsası ilə 1000 manat isə borc məbləğinin vaxtında verilməməsinə görə dəymiş ziyana görə ümumi 2700 manat pulun alınaraq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin azaldılması ilə bağlı ərizə ilə müraciət edərək, Cavabdeh 1200 manat əsas borc, 500 manat işin məhkəməyə göndərilməsi əsası ilə ümumilikdə 1700 manat pulun alınaraq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin özü tapıb seçdiyi moped tipli mühərrik həcmi 49cm kub. olan nəqliyyat vasitəsini 2300 manata 6 ay müddətə nisyə alqı satışı ilə bağlı xx.xx.2022-ci ildə müqavilə bağlandı. Moped başqa şəxsdən 1800 manata alınaraq, 2300 manata cavabdehə hissə-hissə olmaqla ödəniş etmək şərtilə satıldı. Cavabdehə ödənilən pullarla bağlı qəbzlər yazılıb verilib. Ümumi 1200 manatdan çox borc qalıb. Müqavilə şərtinə əsasən iş məhkəməyə gedərsə əlavə olaraq, 500 manat ödənilir. Öhdəliklərin sonu 11 avqust 2025-ci ildə bitir. Yəqin cavabdeh bunu gözləyir. Müqavilənin icra yeri Bakı şəhəri Suraxanı rayonudur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
6. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
8. Cavabdeh ünvanlanmış Pretenziyadan görünür ki, Hörmətli Cavabdeh qısa müddətdə ziyanı ödəməli olduğu, əks halda mübahisə ilə bağlı ərizəni məhkəməyə göndərməsi barədə xəbərdarlıq edilmişdir.
9. xx.xx.2022-ci il tarixli əşyanın nisyə alqı-satqısı müqaviləsindən görünür ki, tərəflər Satıcı İddiaçı, Alıcı Cavabdehdur. Müqavilə predmeti: Moped tipli mühərrik həcmi 49 sm3 olan nəqliyyat vasitəsinin 2300 manata 6 ay müddətinə nisyə alışı-satışı. Müqavilənin şərtlərinə əsasən, satıcı Mopedi başqa satıcıdan alıcının məsləhəti və iştirakı ilə nağd ödənişlə alıb, nisyə olaraq satır. Ödənişin son günü 11 avqust 2022-ci ildir.
10. xx.xx.2022-ci il tarixli əşyanın alqı-satqısı müqaviləsindən görünür ki, tərəflər X1, Alıcı İddiaçıdur. Müqavilə predmeti: 49 sm3-49 cc-mühərrikli Mopedin alışı-satışı-1800 manatdır. Müqavilənin şərtlərinə əsasən, satıcı Mopedi saz vəziyyətdə satılmasına qarantiya verir. Ödənişin 1400 manatı ödənilir. 400 manat 2 ay ərzində ödənilir. Son gün xx.xx.2022-ci ildir.
11. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, moped təhvil alınmışdır.
12. xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, 1400 manat məbləğində pul Ağamalıyev tərəfindən verilmiş və Nəsirov tərəfindən alınmışdır.
İşin faktiki halları.
13. xx.xx.2022-ci il tarixli əşyanın alqı-satqısı müqaviləsinə əsasən Alıcı İddiaçı, X1ndan qiyməti 1800 manat olan 49 sm3 -49 cc mühərrikli Mopedi almışdır.
14. xx.xx.2022-ci il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı, Moped tipli mühərrik həcmi 49 sm3 olan nəqliyyat vasitəsinin 2300 manata 6 ay müddətinə nisyə almışdır.
15. Tərəflər arasında ödənişin son günü xx.xx.2022-ci il tarixi kimi müəyyən olunsa da, Cavabdeh tərəfindən öhdəlik tam icra olunmamışdır.
Tətbiq edilən hüquq.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu Alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
Məhkəmənin mövqeyi.
20. İşin hallarından görünür ki, xx.xx.2022-ci il tarixli əşyanın alqı-satqısı müqaviləsinə əsasən Alıcı İddiaçı, X1ndan qiyməti 1800 manat olan 49 sm3-49 cc mühərrikli Mopedi almışdır. xx.xx.2022-ci il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı, Moped tipli mühərrik həcmi 49 sm3 olan nəqliyyat vasitəsinin 2300 manata 6 ay müddətinə nisyə almışdır. Tərəflər arasında ödənişin son günü xx.xx.2022-ci il tarixi kimi müəyyən olunsa da, Cavabdeh tərəfindən öhdəlik tam icra olunmamışdır.
21. İddiaçı tərəf nisyə alqı-satqı müqaviləsini və ona əlavə olunmuş sənədləri təqdim edərək tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlandığını, həmin əşyanın cavabdehə təhvil verildiyini və cavabdehin alqı-satqı müqaviləsi üzrə yaranmış borcu ödəməkdən əsassız olaraq yayındığını əsas gətirərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
22. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
23. Məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbinin əksini sübut etmək vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf məhkəməyə cavabdehlə onun arasında bağlanmış nisyə alqı-satqı müqaviləsini təqdim etmiş və əşyanın predmetini cavabdehə təhvil verilməsi, qalan məbləğin hissə-hissə ödənilməsi həmin müqavilədə öz əksini tapmışdır. Tərəflər arasında nisyə alqı-satqı müqaviləsi yazılı formada bağlanmış və tərəflərin imzası ilə təsdiq edilmişdir.
Məhkəmə xərcləri.
24. İş materiallarından görünür ki, iddiaçı dövlət rüsumu ödənilməsindən azad olunmuşdur.
Məhkəmənin gəldiyi nəticə.
25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1200 manat əsas borc, 500 manat işin məhkəməyə göndərilməsi ilə bağlı, ümumilikdə 1700 manat pul vəsaiti və 37 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. 26.Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ :
İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1200 manat əsas, 500 manat işin məhkəməyə göndərilməsi ilə bağlı, ümumilikdə 1700 (bir min yeddi yüz) manat pul vəsaiti və 37 (otuz yeddi) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.
Sədrlik edən Leyla Talıbova