Məhkəmə qərarları › İş №2(010)-4543/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4543/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4543/2020 17.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh Nofel oğluna oğluna qarşı kreditə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Nofel oğlundan 905.72 manat əsas, 6.49 manat faiz borcun, cəmi 912.21 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, kreditor “xxxx” ASC ilə borclu Fərhadova Səlmixanım Böyükağa qızı arasında bağlanmış xx xxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, illik 27 % ödəmək şərtilə 1400 manat məbləğində kredit verilmişdir. Fərhadova Səlmixanım Böyükağa qızı xx xxxx 2019-cu il tarixdə vəfat etmiş və 4 saylı Bakı “ASAN Xidmət” mərkəzin notarial ofisi tərəfindən verilən məlumata əsasən Cavabdeh Nofel oğluna xx xxxxxxx 2019-cu il tarixdə 2V961 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. X4 Böyükağa qızı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilmədiyinə görə iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1151.1, 1243.2, 1306.1-ci maddələrinə istinad edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Nofel oğlu məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC ilə Fərhadova Səlmixanım Böyükağa oğlu arasında bağlanmış xx xxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 27 % ödəmək şərtilə 8500 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə görə borcalan həmin müqavilədə göstəilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən krediti və kreditə hesablanmış faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə borclu Fərhadova Səlmixanım Böyükağa oğlu arasında bağlanmış xx xxx 2018-ci il tarixli “Kredit” müqaviləsinə əsasən sonuncunun ödənilməmiş əsas borcu 905,72 manat, müqavilə müddəti bitən tarixə ödənilməmiş faiz borcu 6,49 manat təşkil edir. İş materiallarına əlavə olunmuş 4 saylı Bakı “ASAN Xidmət” mərkəzin notarial ofisi tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli 914 saylı məlumatdan görünür ki, xx xxxx 2019-cu il tarixdə vəfat etmiş Fərhadova Səlmixanım Böyükağa qızından miras qalmış əmlakı ünvan 1 mənzil 18 ünvanında qeydiyyatda olan xx.xx.1952-ci il təvəllüdlü əri – Cavabdeh Nofel oğlu qəbul etmiş və sonuncuya xx.xx.2019-cu il tarixdə, 2V-961 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq Fərhadova Səlmixanım Böyükağa qızı “Kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərilərinə götürdükləri öhdəliklərini icra etməmiş və həmin müqavilə üzrə kredit üzrə əsas borc 905,72 manat, müqavilə müddəti bitən tarixə faiz borcu 6.49 manat təşkil edir. Azərbaycan Respubliksaı Mülki Məcəlləsini 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşdən məlumdur ki, sözügedən kredit müqaviləsi üzrə kredit götürən borclu Fərhadova Səlmixanım Böyükağa qızı xx xxxx 2019-cu il tarixdə vəfat etmiş və onun qanun üzrə vərəsəsi Cavabdeh Nofel oğludur. Qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi müddətindən asılı olmayaraq sonuncu mərhum X1 mirası üzrə əmlak hüquqları ilə yanaşı hazırki kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasına görə də məsuldur və iddiaçı ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğuna görə iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X2 xx xxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas məbləğ üzrə 905.72 manat, faiz üzrə 6.4 manat və 30 manat dövlət rüsumu “xxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar