Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4547/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X8 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2na, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə, Cavabdeh4-yə və Cavabdeh3 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh2na, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə, Cavabdeh4-yə və Cavabdeh3 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə müraciət edərək, iddia tələbini təmin edərək, Bakı şəhəri 35 saylı notariat ofisinin tərəfindən *6.03.2024-cü il tarixli 8İ-2**0 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 60 ay müddətinə 40 000 manat kredit verilmişdir. Elə həmin tarixdə bağlanmış X3 əsasən, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus Bakı şəhəri Suraxanı rayonu X*0 X6 küçəsi 2* saylı ev "xxxx" ASC-yə ipotekaya qoyulmuşdur. Bakı şəhəri 35 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli icra qeydinə əsasə Bakı şəhəri Suraxanı rayonu X*0 X6 küçə 2* saylı evə tutma yönəldilmişdir. Lakin, icra şöbəsi Cavabdeh3 iş yeri və yüksək maaşı olmasın baxmayaraq, onu icra prosesinə cəlb etmir. Krediti Ramilin götürməsinə baxmayaraq, prosesdən kənarda qalmışdır. Tələbkar icra qeydinin aparılması üçün Notariat Ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə mənə, tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklər dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə, Notariat Ofisi borcun ödənilməsi barədə iddiaçıya (zaminə) yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərə yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, icra qeydinin ləğv edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iddiaçı qeyd etmişdir ki, qardaşı kredit götürmüşdü, ev isə onun adınadır. Girov qoymağa razılıq vermişdir. Qardaşı * il ödniş etdi, sonra dayandırdı. Anam əlildir, hazırda həmin evdə yaşayır. Bank zəng vurur, borcu ondan tələb edir. Qardaşı hazırda işləyir, ondan pulu tuta bilərlər. Xəbər vermədən evi hərraca çıxarıblar. İcra qeydi barədə məlumatı olmayıb, lakin bankdan zəng gəlmişdi. Notariusdan da məlumat gəlməyib. Cavabdeh Bakı şəhəri 35 saylı Notariat ofisinin xüsusi notariusu X2, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə, Cavabdeh4-yə və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. xx.xx.2024-cü il tarixdə, 8İ-2**0 reyestr nömrəli 35 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilən icra qeydindən görünür ki, Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X4 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə maddəsinə və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan- AZ*025, ünvan 1 ünvanında yerləşən “BANK "xxxx" ASC-nın tələbi ilə ipoteka qoyan- Bakı şəh., Suraxanı ray., X*2. ünvanında qeydiyyatda olan İddiaçı Bakı şəh., Suraxanı Ray., X*2. ünvanında qeydiyyatda olan Cavabdeh3ndan məxsus ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Suraxani rayonu, X*0, X6 Küçəsində yerləşən 0.007*4 ha, 40.3 kv metr sahədən ibarət olan 2* saylı X** ünvanında yerləşən əmlaka tutma yönəldilsin. (Öhdəliyi müəyyən edən FMG-00067- 0*/22A müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3*984.88 AZN əsas borc. 2089.95 AZN faiz borcu, *70.49 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 34245.32 AZN təşkil edir.) İcra qeydi xx.xx.2025-ci il tarixində aparılmışdır. “BANK "xxxx" ASC-nın AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə unvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bank "xxxx" ASC-nin Sənaye filialı nəzərinə çatdırır ki, Bank ilə (İpoteka qoyan) İddiaçı və (Borcalan) Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixində bağlanmış FMG-00067-0*/22A saylı X3 əsasən onun öhdəliklərinin icrasının təminatı olaraq xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, X*0, X6 küçəsi, ev 2* ünvanlı fərdi yaşayış evi (3*.0*.20*9-ci il tarixdə, seria RX № *460583 0060*30*7349-*030* reyestr nömrəsi ilə, ***9006494 qeydiyyat nömrəsi ilə, 470 nömrəli reyestr kitabının 44089 nömrəli vərəqində qeydiyyata alınmışdır Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən hüquqların dövlət qeydiyyatı haqqında daşınımaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən) (bundan sonra İpoteka predmeti) ipoteka kimi Banka təqdim etmiş və 0*.02.2022-ci il tarixində Bakı şəhəri, 29 saylı notariat kontorunun xüsusi Notariusunda qeydiyyatdan keçmişdir. Həmin ipoteka predmetinin rəsmi qeydiyyata alınmasını Bankın razılıq məktubu olmadan göstərilən fərdi yaşayış evi təkrar ipotekaya qoyulmasına özgəninkiləşdirilməsinə dair heç bir sənəd verməməyini xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş “BANK "xxxx" ASC və Cavabdeh3 bağlanmış xx.xx.2022ci il tarixli FMG-00067-0*/22A saylı müqaviləyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 02.*0.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixinədək hər ay 939.27 manat ödəniş etməlidir. "xxxx" MMC-nın xx.xx.2025-ci il tarixli hərrac bildirişindən görünür ki, borclu İddiaçı məxsus əmlak açıq hərraca çıxarılmışdır. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, X*0, X6 küçəsində yerləşən 0.007*4 ha, 40.3 kv metr sahədən ibarət olan 2* saylı ev xüsusi mülkiyyət kimi tam pay olmaqla İddiaçı hüquq sahibidir. Qeydiyyat tarixi 3*.0*.20*9-cu ildir. Məhkəmənin sorğusu ilə Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən göndərilən xx.xx.2024-cü il tarixli 8-İ-2**0 reyestr nömrəli icra qeydinə əlavə edilən sənədlərin surətləri: xx.xx.2024-cü il tarixli 8-İ-2**0 reyestr nömrəli icra qeydi; Bank "xxxx" ASC-nin Sənaye filialı, İddiaçı və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli FMG- 00067-0*/22A saylı X5; xx.xx.2022-ci il tarixli FM-A0067-0*/22A saylı X7 * (Ödəniş Cədvəli); Azari Express daşınma xidmətinin məktubların İddiaçı və Cavabdeh3 *3.02.2024-cü il tarixində çatdırılması barədə qəbzlər; tələbkar "xxxx" ASC-nin notariat icra qeydi haqqında ərizə; İddiaçı və Cavabdeh3 *3.02.2024-cü il tarixli borc və ipoteka barədə bildiriş; "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli FM-A0067-0*/22A saylı kredit müqaviləsi üzrə maliyyə arayışı; ipoteka predmeti olan əmlak barədə Dövlət reyestrindən Çıxarış; AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinin Ərazi İdarəsinə *5.02.2024-cü il tarixində ünvanlanmış bildirişin qeydiyyata alınmasını barədə ərizə; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin X** dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə elekrton məktub; xx.xx.2022-ci il tarixli FM-A0067-0*/22A saylı Əsas kredit Razılaşması və ona edilmiş Əlavə Razılaşma. Tətbiq edilən hüquq. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə *7. Dövlət notariusu tərəfindən aparılan notariat hərəkətləri Dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır: ...*5) icra qeydləri aparır;... Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.... Maddə 77. İcra qeydlərinin məzmunu İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: *) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Maddə 78. İcra qeydləri üzrə ödəniş qaydası İcra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 79. İcra qeydlərinin icra edilməsi üçün təqdim olunması İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.*.İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 6. İcra sənədləri 6.*. Aşağıdakılar icra sənədləri sayılır: 6.*.4. notariusun icra qeydləri; Maddə 7. İcra sənədlərinə aid tələblər 7.4. ... Notariusun icra qeydlərinin məzmunu “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Maddə 8. İcra sənədləri üzrə icraata başlanılması 8.*. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Maddə 9. İcra sənədinə aid tələblərin pozulmasının nəticələri 9.*. İcra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə *24. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi *24.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 2*7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 2*8. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 2*8.*. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı cavabdehlər Cavabdeh2na, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə, Cavabdeh4-yə və Cavabdeh3 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri 35 saylı notariat ofisinin tərəfindən *6.03.2024-cü il tarixli 8İ-2**0 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, *6.03.2024-cü il tarixli 8İ-2**0 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə tələb həmin icra qeydini tərtib edən notariusa qarşı qaldırıla bilərdi, yəni Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi, Cavabdeh4 və Cavabdeh3 iddia tələbi üzrə cavabdehlər kimi deyil, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb oluna bilərdi. Belə olan halda, bu cavabdehlərə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi tam əsassız görünür və Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi, Cavabdeh4 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Eyni zamanda, iddiaçının izahatlarından və iş materiallarından aydın olur ki, “BANK "xxxx" ASC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli FMG-00067-0*/22A saylı müqavilənin və Bank "xxxx" ASC-nin Sənaye filialı, İddiaçı və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli FMG-00067-0*/22A saylı X* etibarsız hesab edilməsi üçün əsas mövcud deyil. xx.xx.2024-cü il tarixdə, 8İ-2**0 reyestr nömrəli 35 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilən icra qeydinə əsasən, ipoteka saxlayan “BANK "xxxx" ASC-nın tələbi ilə ipoteka qoyan İddiaçı ona məxsus ipoteka predmeti olan Bakı şəhəri, Suraxani rayonu, X*0, X6 küçəsində yerləşən 0.007*4 ha, 40.3 kv metr sahədən ibarət olan 2* saylı ünvanında yerləşən əmlaka (X**) tutma yönəldilməlidir və öhdəliyi müəyyən edən FMG-00067- 0*/22A müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3*984.88 AZN əsas borc, 2089.95 AZN faiz borcu, *70.49 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 34245.32 AZN təşkil edir. Məhkəmə ilk növbədə qeyd edir ki, yuxarıdaki qanunvericiliyin şərh olunmuş normaları baxımından, notariusun icra qeydləri icra sənədləri hesab edilir və həmin icra sənədlərinin icraya yönəldilməsi bilavasitə müvafiq orqanın vəzifəsidir. Notariusun icra qeydi məcburi icra üçün əsas sayılır və borclu yalnız ciddi qanuni əsaslarla onu mübahisələndirə bilər. Qanunvericiliyin tələbinə görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və müvafiq maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İş materiallarından görünür ki, borcun qaytarılması barədə bildiriş rəsmi qaydada iddiaçıya təqdim edilmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 6-cı hissəsinə görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir.....İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanun ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Göründüyü kimi, qanunun istinad olunan normasında iki bildirişdən bəhs olunur: *) tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə göndərməli olduğu və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən bildiriş; 2) göndərilməsi qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş. Belə ki, iş materiallarından görünür ki, icra qeydi düzgün aparılmışdır, müvafiq bildirişlər göndərilmiş, borclu və ipoteka qoyan olan iddiaçıya lazımı qaydada məlumat verilmiş, nəticədə ipoteka qoyan olan iddiaçı tutmaya dair münasibət bildirmək hüququndan məhrum olunmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə, 8İ-2**0 nömrə ilə reyestrdə qeydiyyatdan keçən icra qeydinin ləğv edilməsi tələbi ilə müraciət etsə də, icra qeydinin qanunvericiliyin tələblərini pozmaqla tərtib olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı icra qeydindən yalnız hərrac bildirişi aldıqdan sonra xəbərdar olduğunu bildirsə də, iş materiallarından görünür ki, bu barədə ona bildiriş göndərilmişdir və müvafiq bildirişin onun tərəfindən alınmasını göstərən qəbz iş materiallarında mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçı icra qeydinin ləğv edilməsi üçün hər hansı digər əsaslı səbəb göstərməmişdir. Belə ki, “BANK "xxxx" ASC tərəfindən borca əsaslanan sənədlər icra qeydinin verilməsi üçün qanunvericilik tələblərinə uyğun olaraq Bakı şəhəri 35 saylı Notariat ofisinə göndərilmiş, Bakı şəhəri 35 saylı Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən müvafiq icra qeydi tərtib edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, icra qeydi düzgün tərtib edilmişdir və onun ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia rədd edilməli, 35 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli, 8İ-2**0 reyestr nömrəli icra qeydi ləğv olunmamalıdır. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2na, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə, Cavabdeh4-yə və Cavabdeh3 qarşı Bakı şəhəri 35 saylı notariat ofisinin *6.03.2024-cü il tarixli 8İ-2**0 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-4547/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4547/2025
04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver