Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4549/2020 24.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehin təqsiri üzündən ona yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzi 680 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 710 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 2020-ci il, təxminən saat 11:45 radələrində idarə etdiyi “Mercedes Benz E270” markalı, az ** TG *** dövlət qeydiyyat nişanlı ona məxsus avtomobillə Bakı ş., Suraxanı r., 14 İyul küçəsində hərəkətdə olarkən, Cavabdeh, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, idarə etdiyi dostuna məxsus “Mercedes Benz CLK230” markalı, az ** DD *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəh., Suraxanı r., Məmmədəli Əsgərov küçəsindən 14 İyul küçəsi istiqamətinə hərəkət etmək istəyərkən avtomobilinin qabaq sağ hissəsi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus “Mercedes Benz E270” markalı, az ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq buferi, qabaq sağ qanadı, kapotu əzilmiş, habelə qabaq sağ farası sınaraq maddi zərər vurulmuşdur. Bundan sonra Cavabdeh ona məxsus avtomobili müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan fərdi qaydada təmirçi kimi fəaliyyət göstərdiyi yaşadığı evin həyətində təmirə qəbul etmişdir. H.Vüsal avtomobilini qısa müddət ərzində tam təmir edəcəyinə söz versə də hadisədən 1 aydan artıq müddət keçməsinə baxmayaraq maşınını təmir etməmiş, qismən təmir etdiyi hissələrin isə təkrar təmirə ehtiyacı olmuşdur. 28 iyul tarixində o, sonuncu dəfə H.Vüsalla telefonla əlaqə saxlayaraq avtomobilinin təmirini sona çatdırmağı tələb etdikdə, sonuncu kobud şəkildə maddi imkanının olmaması səbəbindən avtomobilini təmir etdirməyəcəyini və istənilən orqana şikayət etmək hüququnun olduğunu bildirmişdir. Növbəti gün 29 iyul tarixində o, Bakı ş., Suraxanı r., Dövlət Yol Polisi şöbəsinə baş vermiş məlum yol-nəqliyyat hadisəsi və qarşı tərəfin öz öhdəliyini yerinə yetirməməsi barədə raportla müraciət etmişdir. Daha sonra raporta tərəfindən çəkilən yol-nəqliyyat hadisəsi yerindən foto görüntülər və avtomobilinə 680 (altı yüz səksən) manat məbləğində maddi zərər dəydiyini təsdiqləyən “xxxx” MMC-nin 19 avqust i 2020-ci il tarixli qüsur aktını əlavə etmişdir. Növbəti günlərdə ayrı-ayrı vaxtlarda Bakı şəh., Suraxanı r., Dövlət Yol Polisi Şöbəsinin Axtarış üzrə inspektoru X3 ilə əlaqə saxlayaraq iş üzrə məhkəmə perspektivi barədə məlumat almaq istədikdə, sonuncu bu barədə məlumatsız olduğunu, işin Suraxanı rayon Polis İdarəsində olduğunu bildirmişdir. Mahmudov Əkrəmdən heç bir məlumat əldə edə bilməyəcəyini başa düşərək 12 sentyabrda AR daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova elektron qaydada müraciət etmişdir. Məktubuna cavab olaraq 1 oktyabrda Başı ş., Dövlət X4 dəvət olunmuş və burada iş üzrə Suraxanı rayon məhkəməsinin hələ 28 avqust tarixində qərar çıxardığını bilmişdir. Qərarda məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsasatları təsdiq edərək, inzibati xətaları törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu, maddi ziyana məruz qalmış zərərçəkmiş şəxsə dəymiş ziyanı demək olar ki, ödədiyini,, cəmi 60 manat borclu qaldığını, zərəçəkmişin sonradan həmin 60 manata görə ondan şikayət etdiyini bildirmişdir. Məhkəmənin qərarı ilə Cavabdehı AR İXM-nin 372.2. 332.4 və 345.2-ci maddələri ilə təqsirli bilib 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Əlavə olaraq, yol-nəqliyyat hadisəsi zamanı avtomobilinin satış elanını “turbo.az” saytında yerləşdirmiş və bir ay ərzində qəzalı vəziyyətdə olduğuna görə avtiomobilini potensial müştərilərə göstərə bilməmiş, hazırda isə tam təmir olunmadığına görə real qiymətindən 500-700 manat aşağı qiymətləndirilir. Göstərilən yol-nəqliyyat hadisəsi az ** DD *** markalı dövlət nömrə nişanlı avtomaşını idarə edən Cavabdeh AR İXM-nin 327.2 və 332.4-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması təsdiq olunmuşdur. Yol hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri (Suraxanı rayon məhkəməsinin 28 avqust tarixli, 3(010)-889/2020 nömrəli qərarı) tanınmışdır. Cavabdeh inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair 28 avqust tarixli, 3(010)- 889/2020 nömrəli qərarı qanuni qüvvəyə minmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(010)-889/2020 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.4 və 345.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 400 manat məbləğində cərimə tətbiq edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “Mercedes Benz E270” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 680 manat (ehtiyat hissələr – 260 manat; aparılan işlər – 420 manat) məbləğində ziyan dəymişdir. Məhkəmə araşdırması nəticəsində yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan dostuna məxsus “Mercedes Benz CLK230” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Məmmədəli Əsgərov küçəsindən 14 iyul küçəsi istiqamətində hərəkətdə olduğu zaman özündən solda, yəni 14 iyul küçəsi istiqamətdə hərəkətdə olan İddiaçı idarə etdiyi “Mercedes Benz E270” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Mercedes Benz E270” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bufer kantı, qabaq sağ qanadı əzilərək, habelə qabaq sağ farası sınaraq zərərçəkmiş şəxs İddiaçı maddi zərur vurulmuşdur. Bundan sonra, Cavabdeh müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan zərərçəkmiş şəxs İddiaçıa məxsus “Mercedes Benz E270” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili fərdi qaydada dəmirçi kimi fəaliyyət göstərdiyi yaşadığı evin həyətində təmirə qəbul etmişdir. Lakin o, avtomobili lazımi qaydada təmir etməmiş, bu İddiaçı narazılığına səbəb olmuşdur. Bundan sonra, İddiaçı Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinə müraciət etmiş, Cavabdeh barəsində İXM-in 327.2, 332.4 və 345.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib edilmişdir. Daha sonra inzibati xəta haqqında toplanmış iş materialları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(010)-889/2020 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.4 və 345.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 400 manat məbləğində cərimə tətbiq edilmişdir. İşin bu halları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(010)- 889/2020 saylı qərarı ilə müəyyən edilmiş olduğundan bu halların təkrar sübut edilməsinə ehtiyac yoxdur. Yəni Cavabdeh İddiaçı məxsus avtomobillə toqquşaraq ona ziyan vurması işin mübahisələndirilməyən halıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Məhkəmə hesab edir ki, cavabdeh idarə etdiyi avtomobillə inzibati xəta törədərək iddiaçıya məxsus avtomobilə ziyan vurmuşdur. Vurulmuş zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020ci il tarixli qüsur aktından görünür ki, “Mercedes Benz E270” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 680 manat (ehtiyat hissələr – 260 manat; aparılan işlər – 420 manat) məbləğində ziyan dəymişdir. Məhkəmə hesab edir ki, müvafiq aktda müəyyən edilmiş zərər məbləği ağlabatandır və qəbul edilməlidir. Məhkəmə bu hissədə qeyd edir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 680 (altı yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Eyni zamanda, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 680 (altı yüz səksən) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4549/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4549/2020
24.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver