Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4575/2023 05.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X10 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.
1. xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq olunmuş kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh1 xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə 8000 ABŞ dolları məbləğində borc pul vermişdir.
2. xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən Cavabdeh1 göndərilən məktubdan görünür ki, Cavabdeh1 borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.
3. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 132 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
4. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 7 saylı Vəkil Bürosuna 140 manat məbləğində pul vəsaiti ödənilmişdir.
5. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, İddiaçı və onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli borc müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi üçün son müddət xx.xx.2017-ci il tarixi göstərilmişdir. İddiaçı tərəfindən müqavilə tələbləri üzrə iddia müddəti ötürülmüşdür. Odur ki, müqavilə tələbləri üzrə iddia müddətinin ötürüldüyünü nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir.
İddiaçının tələbi.
6. Cavabdeh1 Tarqulu qızından və Cavabdeh2 müştərək qaydada xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 8000 ABŞ dolları məbləğində pulun (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ödəniş gününə olan məzənnə üzrə manatla); hüquqi yardım göstərilməsi üçün ödənilmiş 140 manat, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu 130 manat olmaqla, cəmi 270 manat məbləğində məhkəmə xərcinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 uzun illərdir tanıyır, birbirlərinə qarşı etibarlı münasibətləri olmuşdur. Anar tanışı olan digər Cavabdeh1 borc pul lazım olduğunu bildirmiş və qısa müddətdə qaytaracağına söz vermişdir. Tanışlığı zamanı Cavabdeh1 ilə də etibarlı əlaqələri yaranmışdır. Cavabdeh1 vacib işi ilə əlaqədar pula ehtiyacının olduğunu bildirmiş, borc verəcəyi təqdirdə həmin məbləğin üzərində sonda ona xeyir verəcəyini bildirmişdir. O, cavabdehlərə ilk öncə razılıq verməsə də, sonradan onların təkidləri və inandırıcı sözləri ilə razılıq vermişdir. Cavabdeh2 borc məbləğinin Cavabdeh1 tərəfindən vaxtında qaytarılmasına zamin durduğunu da qeyd etmişdir. Nəhayətində o cavabdehlərlə razılaşmışdır. Cavabdeh1 ilə aralarında bağlanmış və Bakı şəhəri 6 saylı notariat kontorunun vəzifəsini müvəqqəti icra edən X9 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə 8000 ABŞ dolları məbləğində borc pul vermişdir. Müqavilə üzrə borcu dəfələrlə tələb etməyinə baxmayaraq hər dəfə qaytaracağına söz və vəd versə də, borc verilmiş məbləğ bu günədək qaytarılmamış, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuşdur. Cavabdehin bu məbləği ona könüllü şəkildə qaytamaq niyyətində olmadığını başa düşmüşdür. Cavabehin ünvanına pretenziya göndərərək kredit müqavilələrinin ləğv edilməsini və 5 gün ərzində kredit müqaviləsi üzrə pul məbləğinin ona ödənilməsinin təmin edilməsini bildirmiş, əks halda, kredit məbləğinin tutulması barədə iddia tələbi ilə aidiyyəti məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh tərəfindən müraciətinə cavab verilməmiş, borc məbləği qaytarılmamışdır. Digər Cavabdeh2 isə bu məsələ ilə bağlı onu narahat etməməyini, bununla bağlı heç bir məsuliyyət daşımadığını bildimişdir. Hər iki cavabdeh öhdəliklərini bir tərəfli qaydada pozduqlarına görə kredit razılaşması ləğv edilmiş sayılır. Kredit razılaşmasının son icra müddətindən xeyli vaxt keçməsinə baxmayaraq cavabdehlər həmin pul məbləğini ona qaytarmırlar.
Tərəflərin izahatları.
8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini müdafiə edərək izahatında həmçinin qeyd etdi ki, cavabdeh tərəfindən müddətin keçməsi ilə bağlı ərizə verilmişdir. Mülki Prosessual Məcəllənin tələbinə görə Elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə sənədlər məhkəməyə elektron qaydada təqdim edilməlidir. Lakin müddətin keçməsi ilə bağlı ərizə elektron qaydada verilmədiyindən mülki prosessual qanunvericiliyin tələbi pozulmuşdur. Sadalananlara əsasən iddianın təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi.
11. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi təqdim edərək etirazında qeyd etmişdir ki, İddiaçı ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli borc müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi üçün son müddət xx.xx.2017-ci il tarixi göstərilmişdir. Göründüyü kimi İddiaçı tərəfindən müqavilə tələbləri üzrə iddia müddəti ötürülmüşdür. Göstərilən 8000 ABŞ dolları pul ona verilməmişdir. Bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin X4 təqsirli bilinməsinə dair xx.xx.2019-cu il tarixli hökmü tam sübut edir. İddiaçı 8000 ABŞ dolları pulu faktiki olaraq X5 vermişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün 3-cü vərəqində göstərilmişdir ki, X1 Naibə Abdulla qızına qısa müddətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində yüksək vəzifəyə təyin olunacağını, bunun üçün həmin nazirliyin vəzifəli şəxslərinə pul vəsaitləri verməli olduğunu bildirib qısa vaxt ərzində qaytaracağını yalandan vəd edərək, etibarını qazanmaq və inanmaq üçün anası Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə 6 saylı Notariat kontorunda notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlatmaqla həmin tarixdə qeyd edilən notariat kontorunda borc adı ilə İddiaçı 8000 ABŞ dolları pulu ələ keçirməklə dələduzluq etmişdir. Göründüyü kimi, həmin hökmlə təsdiq olunur ki, o, İddiaçı 8000 ABŞ dolları pul qəbul etməmiş, İddiaçı pulu X5 vermişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən göstərilən xx.xx.2017-ci il tarixli müqavilə aldatmanın predmeti kimi qiymətləndirilmiş, onunla formal olaraq bağlanması göstərilmişdir. Həmin hökm sübut edir ki, faktiki olaraq ona müqavilə əsasında pul verilməmişdir. İddiaçı bununla əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilmiş, hazırki iddiasından tamamilə fərqli mövqedən çıxış etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin X7 barəsində xx.xx.2019-cu il tarixli hökmü qanuni qüvvədədir və hazırki məhkəmə prosesi üçün preyudisial xarakterə malikdir. O cümlədən, digər cavabdeh A. Novruzov İddiaçı tərəfindən uydurulmuşdur, o, Cavabdeh2 tanımır. Ümumiyyətlə, belə bir insan göstərilən məsələdə iştirak etməmişdir. Həmçinin iddia müddətinin ötürülməsini, işin faktiki hallarının iddiaçı tərəfindən səhv məlumatlarla təhrif edildiyini, qanuni qüvvədə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin X7 barəsində çıxarılmış xx.xx.2019-cu il tarixli hökmünü nəzərə alıb İddiaçı iddiasının təmin edilməməsini xahiş etmişdir.
12. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
15. Məhkəmə proses iştirakçılarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir.
16. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı (borc verən) ilə cavabdeh (borc alan) Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə borc alan 8000 ABŞ dolları məbləğində pulu xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 göstərilən pulun ona verilmədiyini, bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin X4 təqsirli bilinməsinə dair xx.xx.2019-cu il tarixli hökmü tam sübut etdiyini, İddiaçı 8000 ABŞ dolları pulu faktiki olaraq X5 verdiyini nümayəndəsi (vəkili) vasitəsilə bildirmiş, həmçinin, ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd olunmasını xahiş etmişdir.
17. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir.
18. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır
19. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, X1 Naibə Abdulla qızına qısa müddətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində yüksək vəzifəyə təyin olunacağını, bunun üçün həmin nazirliyin vəzifəli şəxslərinə pul vəsaitləri verməli olduğunu bildirib qısa vaxt ərzində qaytaracağını yalandan vəd edərək, etibarını qazanmaq və inanmaq üçün anası Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə 6 saylı Notariat kontorunda notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlatmaqla həmin tarixdə qeyd edilən notariat kontorunda borc adı ilə İddiaçı 8000 ABŞ dolları pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə alıb ona xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
20. Həmin hökmlə X7 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin eilmişdir.
21. Beləliklə, işin həqiqi halları, tərəflərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmündə öz əksini tapmışdır.
22. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
23. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, A.Məmmədovun, anası Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə 6 saylı Notariat kontorunda notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlatmaqla həmin tarixdə qeyd edilən notariat kontorunda borc adı ilə İddiaçı 8000 ABŞ dolları pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə alıb ona xeyli miqdarda ziyan vurması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, həmin hökm məhkəmə üçün məcburidir və göstərilənlər işin mübahisəsiz halıdır.
24. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. İşin faktiki hallarından göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında müqavilə xx.xx.2017-ci il tarixdə bağlanmışdır. Həmin müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi üçün son müddət xx.xx.2017-ci il tarix müəyyən edilmişdir. İddiaçı həmin müqavilə üzrə iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcburedir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.
27. Məhkəmə qeyd olunan qanunvericiliyin tələbinə əsasən qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə tərəflər arasında mövcud münasibətlərin yarandığı vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Bu isə ona dəlalət edir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir.
28. Məhkəmə həmçinin iddianın Cavabdeh2 dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə işin hər hansı halı ilə təsdiq olunmadığından, əsassızdır.
29. Məhkəmə iddianın dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün ödənilmiş pul vəsaitinin cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də təmin edilməməlidir. Belə ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçının iddia tələbi rədd edildiyindən, iddianın bu hissəsi də təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
30. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin gəldiyi nəticə.
31. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı – Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 8000 ABŞ dolları məbləğində pul vəsaitinin (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ödəniş gününə olan məzənnə üzrə manatla); hüquqi yardım göstərilməsi üçün ödənilmiş 140 manat pul vəsaiti və 130 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.