Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4576/2021 03.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx"” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********55288 olan «Samsung Galaxy A 50» markalı telefon üçün 54 manat ödənilməmiş hissə, 16 manat dəbbə pulu, «İmmergas» markalı kombi üçün 1560 manat ödənilməmiş hissə, 481 manat dəbbə pulu, «Samsung» markalı soyuducu üçün 1164,2 manat ödənilməmiş hissə, 351,80 manat dəbbə pulu olmaqla ümumilikdə 3627 manat borc və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 26.10.2019-cu il, 24.03.2020-ci il, 21.05.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********55288 olan «Samsung Galaxy A 50» markalı telefon, «İmmergas» markalı kombi, «Samsung» markalı soyuducu almış və nəticədə 3627 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 648 olan (12 ay x 54 manat+ 0 manat ilkin ödəniş) İMEİ kodu **********55288 olan «Samsung Galaxy A 50» markalı telefon üçün ümumilikdə 70 manat olmaqla ondan, 54 manat ödənilməmiş hissə, 16 manat dəbbə pulu; 24.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1756 manat (12 ay x 146 manat + 4 manat ilkin ödəniş) «İmmergas» markalı kombi üçün ümumilikdə 2041 manat olmaqla ondan, 1560 manat ödənilməmiş hissə, 481 manat dəbbə pulu; 21.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1756 manat (12 ay x 117,1 manat + 0 manat ilkin ödəniş) olan «Samsung» markalı soyuducu üçün ümumilikdə 1516 manat olmaqla ondan 1164,20 manat ödənilməmiş hissə, 351,80 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3378 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26.10.2019-cu il tarixli, 01007173 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə İMEİ kodu **********55288 olan «Samsung Galaxy A 50» markalı telefon satılmışdır. - İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.03.2020-ci il tarixli, 20200321 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə «İmmergas» markalı kombi satılmışdır. - İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21.05.2020-ci il tarixli, 20294204 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə «Samsung» markalı soyuducu satılmışdır. İşdə olan maliyyə arayışından görünür ki, borclu Cavabdeh 26.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********55288 olan «Samsung Galaxy A 50» markalı telefon üçün 54 manat ödənilməmiş hissə, 16 manat dəbbə pulu, cəmi 70 manat, 24.03.2020-ci il tarixli müqaviləyə əsasən «İmmergas» markalı kombi üçün 1560 manat ödənilməmiş hissə, 481 manat dəbbə pulu, cəmi 2041 manat, 21.05.2020-ci il tarixli müqaviləyə əsasən «Samsung» markalı soyuducu üçün 1164,20 manat ödənilməmiş hissə, 351,80 manat dəbbə pulu, 1516 olmaqla ümumilikdə 3627 manat borcu vardır. Cavabdehə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildirişlər göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 600.1 və 600.4-cü maddələrinə əsasən “Alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”, “Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehdən satış məbləğinin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə əsas borcla bağlı onu qeyd edir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış 26.10.2019-cu il, 24.03.2020-ci il, 21.05.2020-ci il və 29.08.2019-cu il tarixli müqavilələr üzrə əsas borcun tutulması hissəsində tam əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun tənasübsüz yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, kredit müqavilələri üzrə hesablanmış dəbbə pulunun miqdarı İMEİ kodu **********55288 olan «Samsung Galaxy A 50» markalı telefon üçün 5 manat, «İmmergas» markalı kombi üçün 40 manat, «Samsung» markalı soyuducu üçün 30 manat məbləğində müəyyən edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas borcla bağlı hissəsinin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 26.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********55288 olan «Samsung Galaxy A 50» markalı telefon üçün 54 manat ödənilməmiş hissə, 5 manat dəbbə, cəmi 59 manat, 24.03.2020-ci il tarixli müqaviləyə əsasən «İmmergas» markalı kombi üçün 1560 manat ödənilməmiş hissə, 40 manat dəbbə, cəmi 1600 manat, 21.05.2020-ci il tarixli müqaviləyə əsasən «Samsung» markalı soyuducu üçün 1164,2 manat ödənilməmiş hissə, 30 manat dəbbə, cəmi 1194.20 manat olmaqla, cəmi 2853,2 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Əlı̇ məmmədov Gülməmməd Əzı̇ z oğlundan 26.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********55288 olan "Samsung Galaxy A 50" markalı telefon üçün 54 manat ödənilməmiş hissə, 5 manat dəbbə, cəmi 59 manat, 24.03.2020-ci il tarixli müqaviləyə əsasən İmmergas markalı kombi üçün 1560 manat ödənilməmiş hissə, 40 manat dəbbə, cəmi 1600 manat, 21.05.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı soyuducu üçün 1164,2 manat ödənilməmiş hissə, 30 manat dəbbə, cəmi 1194.20 manat olmaqla, cəmi 2853,2 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4576/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4576/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver