Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-458/2021 01.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə ilə məhkəməyə müraciət edərək, Panasonic trimmer üçün 179 (yüz yetmiş doqquz) manat olmaqla, ondan 163 (bir yüz altmış üç) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, cəmi 179 (bir yüz yetmiş doqquz) manat borc və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 199 (yüz doxsan doqquz) manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazına əsasən Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx” MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-in etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxx” MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Panasonic trimmer almış və nəticədə 179 (bir yüz yetmiş doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 231 (iki yüz otuz bir) manat (11 ay x 21 manat + 0 manat ilkin ödəniş) Panasonic trimmer üçün 179 (bir yüz yetmiş doqquz) manat olmaqla ondan, 163 (bir yüz altmış üç) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi 68 manat olmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti itirilmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mühahisəsiz olaraq penya ödəyir. Bununla əlaqədar iddiaçı “xxxx” MMC Panasonic trimmer üçün 179 (yüz ytemiş doqquz) manat olmaqla, ondan 163 (bir yüz altmış üç) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, cəmi 179 (bir yüz yetmiş doqquz) borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 199 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Panasonic Trimmer düzgün işləməməsini, onu servisə təmir üçün verilməsini, qaytarmaq istədiyini bildirmişdir. Faktik olaraq servisə vermiş, lakin servisdə trimmerdə rəsmi olaraq imtina etməmişdir. Borcun olduğunu etiraf etsə də, bütün məbləğinin ödənilməsi onun üçün çətin olduğunu bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını və çıxışlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən alqı-satqı qiyməti 231 (iki yüz otuz bir) manat (11 ay x 21 manat + 0 manat ilkin ödəniş) almış və həmin əşyanı alınmasına görə 231 manat pulu 11 ay ərzində, 21 manat ilkin ödəniş ödəmək şərti ilə, hər ay 0 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh “xxxx” ASC-yə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 231 (iki yüz otuz bir) manat (11 ay x 21 manat + 0 manat ilkin ödəniş) Panasonic trimmer üçün 179 (yüz yetmiş doqquz) manat olmaqla, ondan 163 (bir yüz altmış üç) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, cəmi 179 (bir yüz yetmiş doqquz) manat borcu yaranmışdır. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, “xxxx” ASC tərəfindən Cavabdeh borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsində və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 231 (iki yüz otuz bir) manat (11 ay x 21 manat + 0 manat ilkin ödəniş) Panasonic trimmerin dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmiş, Panasonic trimmer üçün 179 (yüz yetmiş doqquz) manat olmaqla, ondan 163 (bir yüz altmış üç) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, cəmi 179 (bir yüz yetmiş doqquz) manat borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 163 (yüz altmış üç) manat məbləğində əsas borc Cavabdeh tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 2-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 163 manat məbləğində əsas borca tənasübsüz olaraq 16 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 16 manat məbləğində cərimə pulu azaldılaraq 1 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 163 (yüz altmış üç) manat məbləğində əsas borc və 1 manat hesablanmış dəbbə pulu, ümumilikdə 164 manat məbləğində olan borc iddiaçı Cavabdeh tutularaq cavabdeh “xxxx” ASC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “xxxx” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 17 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 163 (yüz altmış üç) manat əsas borcu, 1 (bir) manat cərimə pulu olmaqla, ümumilikdə 164 (yüz altmış dörd ) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 17 (on yeddi) manat məbləğində pul Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-458/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-458/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver