Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-46/2023 28.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və s.” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4 və Cavabdeh5 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 2018-ci il 07 may tarixli kredit müqaviləsi üzrə 147830,06 manat əsas, 457,06 manat faiz, 12195,57 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 160482,69 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 90 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən, 0.20 ha torpaq sahəsinə, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində yerləşən ümumi sahəsi 259.3 kv.m ibarət olan 122F saylı fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə, Cavabdeh1 mülkiyyətindəki Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən, 2.895 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evininin və torpaq sahələrinin açıq hərracdan satılması və borcun Cavabdeh1 mülkiyyətindəki Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən, 0.20 ha torpaq sahəsinin, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində yerləşən ümumi sahəsi 259.3 kv.m ibarət olan 122F saylı fərdi yaşayış evinin və 0.04 ha torpaq sahəsinin Cavabdeh1 mülkiyyətindəki Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən, 2.895 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətindəki Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən, 0.20 ha torpaq sahəsinə, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində yerləşən ümumi sahəsi 259.3 kv.m ibarət olan 122F saylı fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə, Cavabdeh1 mülkiyyətindəki Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən, 2.895 ha torpaq sahəsinə yönəldikdə və həmin əmlaklar satıldıqdan 1 ay sonra Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində yerləşən ümumi sahəsi 259.3 kv.m ibarət olan 122F saylı fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə, Cavabdeh1 mülkiyyətindəki Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən, 0.20 ha torpaq sahəsinə, Cavabdeh1 mülkiyyətindəki Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən, 2.895 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin və torpaq sahələrinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 07 may 2018-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi 04 aprel 2022-ci il tarixdə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 13 iyun 2018-ci il tarixli kredit müqaviləsi üzrə 146830,06 AZN əsas borc, 6550,37 AZN faiz borcu, 32355,83 AZN cərimə borcu, ümumilikdə cəmi 185736,26 AZN borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsmunun və 90 manat xidmət haqqının ödənilməsini, tutmanın Cavabdeh1 mülkiyyətindəki Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən 0.20 ha torpaq sahəsinə, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində yerləşən ümumi sahəsi 259.3 kv.m ibarət olan 122F saylı fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə, Cavabdeh1 mülkiyyətindəki Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən, 2.895 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahələrinin açıq hərracdan satılması və borcun Cavabdeh1 mülkiyyətindəki Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən, 0.20 ha torpaq sahəsinin, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahveridyev küçəsində yerləşən ümumi sahəsi 259.3 kv.m ibarət olan 122F saylı fərdi yaşayış evinin və 0.04 ha torpaq sahəsinin Cavabdeh1 mülkiyyətindəki Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən, 2.895 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsini, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalab hissədə ümumi qaydada icra edilməsini, Cavabdeh1 mülkiyyətindəki Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən 0.20 ha torpaq sahəsinə, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri. Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahveridyev küçəsində yerləşən ümumi sahəsi 259.3 kv.m ibarət olan 122F saylı fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə Cavabdeh1 mülkiyyətindəki Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən, 2.895 ha torpaq sahəsinə yönəldikdə və həmin əmlaklar satıldıqdan 1 ay sonra Quliyeva X2 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu. Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində yerləşən ümumi sahəsi 259.3 kv.m ibarət olan 122F saylı fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə, Cavabdeh1 mülkiyyətindəki Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən 0.20 ha torpaq sahəsinə, Cavabdeh1 mülkiyyətindəki Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən, 2.895 ha torpaq sahəsinə olan istifadə hüquqularını itirilmiş hesab edilməsi, Cavabdeh5 həmin yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin və torpaq sahələrinin boşaldılması və Banka təhvil verilməsini, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 07 may 2018-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Cavabdehlər Cavabdeh2, Hacıyeva (Quliyeva) Şirin Zülfü qızı, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, məhkəməyə müraciət olunan gündən bu günə cavabdeh tərəfindən heç bir ödəniş olunmadığı üçün onlar iddia tələbi həcmini artırmışlar. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən də görünür ki, ekspertin verdiyi rəy ilə onların iddia tələbi tam olaraq üst-üstə düşmüşdür. Əmtəəşünaslıq ekspertizasının rəyi isə həqiqəti əks etdirmir. Belə ki, ekspert tərəfindən qiymətləndirmə aparılan zaman hazırki real bazar qiymətləri əsas götürülməmiş, qiymətlər həddindən artıq şişirdilmişdir. Bu səbəbdən təkrar əmtəəşünaslıq ekspertiza keçirilməsinə zərurət vardır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qismən qəbul edərək bildirdi ki, yalnız əsas borc məbləği ilə razıdırlar. Belə ki, iddiaçı tərəfindən tələb olunan faiz və cərimə məbləği çox yüksəkdir və cərimə məbləği demək olar ki, əsas borca yaxındır. Cavabdeh ilə bu barədə danışdıqda o, işlərinin düzəldiyini və may ayından etibarən əsas borc məbləğindən ödənişlər edəcəyini bildirmişdir. Əmtəəşünaslıq ekspertizasının rəyinə münasibətdə isə bildirdi ki, torpaq sahələri və evin qiyməti ilə razıdırlar və etirazları yoxdur. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın qismən, yalnız əsas borc ilə bağlı hissədə təmin olunması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi.
İş materialları.
6. İddiaçı İKB ASC (indiki "xxxx" ASC) ilə Cavabdeh1 arasında bağlanmış 07 may 2018-ci il tarixli 3-BİZ-1-0-08-18 saylı Baş kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC tərəfindən illik 36%-lə 120 ay müddətinə 200.000 manat məbləğində kredit limiti ayrılmışdır.
7. İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 may 2018-ci il tarixli 3- SKMF-1-0-09-18 saylı kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı İKB ASC tərəfindən illik 6%-lə 60 ay müddətinə 158.000 manat məbləğində kredit verilmişdir.
8. 13 iyun 2018-ci il tarixli kreditin verilməsinə dair sərəncamın surətindən görünür ki, İddiaçı İKB ASC tərəfindən Cavabdeh1 hesabına 158.000 manat məbləğində vəsait köçürülmüşdür.
9. xx.xx.2018-ci il tarixli 3-BİZ-1-0-08-18 №-li ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən 2,895 ha torpaq sahəsi İddiaçı İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən 2,895 ha torpaq sahəsi "xxxx" ASCnin (İddiaçı İKB ASC-nin) xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti 120 ay müddətinədək müəyyən edilmişdir.
11. xx.xx.2018-ci il tarixli 3-BİZ-1-0-08-18 №-li ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən 0,20 ha torpaq sahəsi İddiaçı İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən 0,20 ha torpaq sahəsi "xxxx" ASCnin (İddiaçı İKB ASC-nin) xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti 120 ay müddətinədək müəyyən edilmişdir.
13. xx.xx.2018-ci il tarixli 3-BİZ-1-0-08-18 №-li ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh2 Məhərrəm qızının mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində yerləşən ümumi sahəsi 259,3 kv.m. ibarət olan 122F saylı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi İddiaçı İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində yerləşən ümumi sahəsi 259,3 kv.m. ibarət olan 122F saylı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi İddiaçı İKB ASC-nin 3 saylı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti 120 ay müddətinədək müəyyən edilmişdir.
15. xx.xx.2021-ci il tarixli bankın xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehə banka olan borcun 5 gün müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
16. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə banka 146.830,06 manat əsas, 6550,37 faiz, 32.355,83 manat cərimə olmaqla, cəmi 185.736,26 manat borcu vardır.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2022-ci il tarixli, 9/3755 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış, 07 may 2018-ci il tarixli, 3-SKMF-1-0-09-18 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tarixinə): əsas borc üzrə 146.830,06 manat; faiz borcu üzrə 6.550,37 manat. Qeyd edilir ki, bank tərəfindən 07 may 2018-ci il tarixli, 3-SKMF-1-0-09-18 saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşması üzrə cərimə borcu hesablanmadı.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2023-cü il tarixli, 10/7333 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, tədqiq olunan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinin dəyəri hazırki orta bazar qiymətlərinə uyğun təqribən 272000 manat, likvid dəyəri isə təqribən 244000,0 manat məbləğində müəyyən edilir. Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən, 2,895 ha torpaq sahəsinin dəyəri hazırki orta bazar qiymətlərinə uyğun təqribən 73000 manat, likvid dəyəri isə təqribən 65000.0 manat məbləğində müəyyən edilir. Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən, 0,20 ha torpaq sahəsinin dəyəri hazırki orta bazar qiymətlərinə uyğun təqribən 5100 manat, likvid dəyəri isə təqribən 4800.0 manat məbləğində müəyyən edilir.
İşin faktiki halları.
19. Cavabdeh1 ilə bank arasında kredit müqaviləsinin bağlanması, həmin kredit müqaviləsi üzrə cavabdehə 158.000 manat məbləğində kredit verilməsi, borcun təminatı olaraq, Cavabdeh1 və Cavabdeh2 Məhərrəm qızının mülkiyyətindəki torpaq sahələri və fərdi yaşayış evinin bankın xeyrinə ipoteka ilə yüklü edilməsi işin mübahisəsiz halıdır.
Tətbiq edilən hüquq.
20. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 29. Mülkiyyət hüququ. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 269. Girov və ipoteka hüququ anlayışı. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
22. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq.
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (59.3.1) və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3.2). 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarıın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı.
Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüquq; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə, bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarı.
Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.
25. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi.
26. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
27. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Hazırda bank bütün cavabdehlərdən borcun ödənilməsini tələb edir. Məhkəmə borcun cavabdehlərin hər birindən tutulması barədə tələbə münasibətdə bildirir ki, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından göründüyü kimi kreditin ödənilməsi barədə müqavilə bank ilə Cavabdeh1 arasında bağlanmışdır. Odur ki, digər cavabdehlər ilə bank arasında bu barədə hər hansı müqavilə bağlanmadığı və onlar üzərinə öhdəlik götürmədikləri üçün borcun digər cavabdehlərdən tutulması tələbi əsassızdır.
28. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçı "xxxx" ASC (köhnə adla İddiaçı İKB ASC) ilə Cavabdeh1 arasında bağlanmış 07 may 2018-ci il tarixli 3-BİZ-1-0-08-18 saylı Baş kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh1 kredit müqaviləsi üzrə 146.830,06 manat əsas və 6550,37 manat faiz borcunun tutulması barədə tələb əsaslıdır, lakin cərimə pulu yüksəkdir.
29. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 32355,83 manat dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 1468 manat müəyyən edilməlidir.
30. xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhərrəm qızına borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildirişlər qeydə alınması üçün xx.xx.2021-ci il tarixli ərizə ilə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və 14 saylı Ərazi İdarəsinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə bildirişlər qeydə alınmışdır.
31. Kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə Cavabdeh1 və Cavabdeh2 Məhərrəm qızına tam mülkiyyət hüququ üzrə məxsus torpaq sahələri və fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.
32. Cavabdeh1 tərəfindən ipoteka predmetinin məbləği mübahisələndirildiyi üçün məhkəmə tərəfindən məhkəmə-əmttəşünaslıq ekspertizası təyin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri təqribən 244.000 manat, Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən, 2,895 ha torpaq sahəsinin likvid dəyəri təqribən 65.000 manat, Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən, 0,20 ha torpaq sahəsinin likvid dəyəri isə təqribən 4800 manat məbləğində müəyyən edilmişdir. Ona görə də hesab olunur ki, həmin qiymətlər ipoteka predmetinin ilkin satış qiyməti kimi göstərilməlidir.
33. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehlərdən tutulması barədə iddiası ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz.
34. İpoteka predmetinin hərracda satıldıqdan sonra ən geci 1 ay müddətində cavabdehlərin istifadə hüquqlarının itirilməsi tələbini isə məhkəmə əsaslı hesab etmir. Məsələ burasındadır ki, qanunvericilik ipoteka saxlayanın ipoteka predmeti ilə bağlı hüquqlarını məhdudlaşdırır.
35. Belə ki, iddiaçının kredit müqaviləsinin şərtlərinin pozulduğu halda ipoteka saxlayan kimi ipoteka predmeti üzərində hüquqları yalnız onun hərracdan satılmasını və əldə edilmiş pul vəsaitinin borc məbləğinə mütənasib hissəsinin onun mülkiyyətinə verilməsini tələb etməklə məhdudlaşır. İpoteka predmetinin faktiki azad edilməsi və ya üçüncü şəxslərin hüquqlarından azad edilməsini tələb etmək etmək, subyektiv hüquq kimi onu açıq hərracda əldə etmiş yeni mülkiyyətçiyə aiddir. Belə olan halda, iddiaçının bu tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olmaması aşkar görünəndir.
36. Qeyd edilənlər mənzil satıldıqdan 1 ay sonra cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb etmək hüququnun ipoteka saxlayana deyil, ipoteka pretmetini hərracdan satın almış şəxsə aid olduğunu deməyə əsas verir.
37. Məhkəmə ipoteka predmeti satıldıqdan sonra onun ən geci bir ay ərzində Cavabdeh5 həmin əmlakdan çıxarılması, mənzilin boşaldılması və Banka təhvil verilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalıdır.
38. Məhkəmə hesab edir ki, sözügedən mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı və Cavabdeh5 həmin evi tərk etmədiyi halda evdən çıxarılmalıdır.
Məhkəmə xərcləri.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
40. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir.
42. Elektron sistemdən edilmiş çıxarışdan görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən ipoteka predmetlərinə tutmanın yönəldilməsi üçün 30 manat dövlət rüsumu və 90 manat xidmət haqqı ödənilmişdir.
43. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat, ipoteka predmetlərinə tutmanın yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 90 manat xidmət haqqı olmaqla, cəmi 145 manat məbləğində pul Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 5 manat hissəsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməlidir.
44. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Məhkəmənin gəldiyi nəticə.
45. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı "xxxx" ASC (köhnə adla İddiaçı İKB ASC) ilə Cavabdeh1 arasında bağlanmış 07 may 2018-ci il tarixli 3-BİZ-1-0-08-18 saylı Baş kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 kredit müqaviləsi üzrə 146.830,06 manat əsas, 6550,37 manat faiz, 1468 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 154.848,43 manat məbləğində borc iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tələb Cavabdeh1 mülkiyyətində olan Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən 0,20 ha torpaq sahəsinə, Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən 2,895 ha torpaq sahəsinə və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində yerləşən ümumi sahəsi 259,3 kv.m. ibarət olan 122F saylı fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməli, ipoteka predmeti olan Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən 0,20 ha torpaq sahəsinin ilkin satış qiyməti 4800 manat, Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən 2,895 ha torpaq sahəsinin ilkin satış qiyməti 65000 manat və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində yerləşən ümumi sahəsi 259,3 kv.m. ibarət olan 122F saylı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinin ilkin satış qiyməti 244.000 manat müəyyən edilməli, ipotekaya qoyulmuş fərdi yaşayış evi və torpaq sahələri açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə olunan məbləğdən 154.848,43 manat məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, qalan məbləğlər müvafiq olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarıllmalı, ipotekaya qoyulmuş fərdi yaşayış evi və torpaq sahələri satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılmalı və Cavabdeh5 həmin evi tərk etmədiyi halda evdən çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (köhnə adla İddiaçı İKB ASC) ilə Cavabdeh1 arasında bağlanmış 07 may 2018-ci il tarixli 3-BİZ-1-0-08-18 saylı Baş kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 kredit müqaviləsi üzrə 146.830,06 manat əsas, 6550,37 manat faiz, 1468 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 154.848,43 (bir yüz əlli dörd min səkkiz yüz qırx səkkiz manat qırx üç qəpik) manat məbləğində borc iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb Cavabdeh1 mülkiyyətində olan Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən 0,20 ha torpaq sahəsinə, Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən 2,895 ha torpaq sahəsinə və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində yerləşən ümumi sahəsi 259,3 kv.m. ibarət olan 122F saylı fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilsin. İpoteka predmeti olan Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən 0,20 ha torpaq sahəsinin ilkin satış qiyməti 4800 (dörd min səkkiz yüz) manat, Şamaxı rayonu, Günəşli ə/d ünvanında yerləşən 2,895 ha torpaq sahəsinin ilkin satış qiyməti 65000 (altmış beş min) manat və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində yerləşən ümumi sahəsi 259,3 kv.m. ibarət olan 122F saylı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinin ilkin satış qiyməti 244.000 (iki yüz qırx dörd min) manat müəyyən edilsin. İpotekaya qoyulmuş fərdi yaşayış evi və torpaq sahələri açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 154.848,43 (bir yüz əlli dörd min səkkiz yüz qırx səkkiz manat qırx üç qəpik) manat məbləğində borc iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, qalan məbləğlər müvafiq olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılsın. İpotekaya qoyulmuş fərdi yaşayış evi və torpaq sahələri satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılsın və Cavabdeh5 həmin evi tərk etmədiyi halda evdən çıxarılsın. İddia qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 200 (iki yüz) manat məbləğində pul Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat, ipoteka predmetlərinə tutmanın yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 90 (doxsan) manat xidmət haqqı olmaqla, cəmi 145 (bir yüz qırx beş) manat məbləğində pul Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 5 (beş) manat hissəsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.