Məhkəmə qərarları › İş №2(010)-4603/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4603/2021

03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4603/2021 03.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh qarşı nağd pul krediti müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31.07.2014-cü il tarixli 129697-CNS-7467 saylı “Nağd pul krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 1 saylı 04.06.2020-ci il tarixli Razılaşmaya əsasən 07.06.2021-ci il tarixinə Banka borclu olduğu 4485,93 manat məbləğində əsas borc, 72,48 manat məbləğində faiz borcu, 4,23 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4562,64 manat pul məbləğinin və 30.40 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31.07.2014-cü il tarixli 129697-CNS-7467 saylı “Nağd pul krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 1 saylı 04.06.2020-ci il tarixli Razılaşmaya əsasən 02.09.2021-ci il tarixinə Banka borclu olduğu 4291.08 manat əsas borc, 7.33 manat faiz borcu, 4.23 manat cərimə borcu olmaqla, cəmi 4302.64 manat pul məbləğinin və 30.40 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağİanmış 31.07.2014-cü il tarixli 129697- CNS-7467 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 20% hesablanması şərti ilə 36 ay müddətinə 11000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan sonra Bank ilə Cavabdeh arasında 31.07.2014-cü il tarixli 129697- CNS-7467 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı 20.07.2017-ci il tarixli Razılaşma bağlanmış və Cavabdeh 20.07.2017-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 11545,47 AZN məbləğində müəyyən olunmuş kredit borcunu illik 20 faiz hesablanması şərti ilə 60 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Bu arada Bank ilə Cavabdeh arasında bağlanmış 31.07.2014-cü il tarixli 129697-CNS-7467 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» 01 saylı Əlavə Razılaşmaya əsasən Cavabdeh 04.06.2020-ci il tarixinə mövcud olan borcu 5304,07 manat məbləğində müəyyən olunmaqla illik 20 faiz hesablanması şərti ilə 29 ay müddətinə kapitallaşdırıİmışdır. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyi lazımınca icra etməmiş və nəticədə cavabdehin Banka 4291.08 manat əsas borc, 7.33 manat faiz borcu, 4.23 manat cərimə borcu olmaqla, cəmi 4302.64 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, o 31.07.2014-cü ildə bankla müqavilə bağlayaraq pul götürmüşdür. Sonradan dolların kursu dəyişdiyindən problemlər yaranmış və banka olan borcu ödəyə bilməmişdir. O banka olan borcunu yalnız hissəhissə ödəyə bilər və bununla bağlı ərizə təqdim edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 31.07.2014-cü il tarixli 129697-CNS-7467 saylı kredit Müqaviləsinə əsasən bank Cavabdeh illik 20% hesablanması şərti ilə 36 ay müddətinə 11000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04.06.2020-ci il tarixli Krediti Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 1 saylı Razılaşmaya əsasən Cavabdeh 04.06.2020-ci tarixə mövcud olan borcu 5304,07 manat məbləğində borcu kapitallaşdırılmışdır. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 4291.08 manat əsas borc, 7.33 manat faiz borcu, 4.23 manat cərimə borcu olmaqla, cəmi 4302.64 manat borcu vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 31.07.2014-cü il tarixli 129697-CNS-7467 saylı kredit Müqaviləsinə əsasən bank Cavabdeh illik 20% hesablanması şərti ilə 36 ay müddətinə 11000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04.06.2020-ci il tarixli Krediti Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 1 saylı Razılaşmaya əsasən Cavabdeh 04.06.2020-ci tarixə mövcud olan borcu 5304,07 manat məbləğində borcu kapitallaşdırılmışdır. Hazırda Cavabdeh 4291.08 manat əsas borc, 7.33 manat faiz borcu, 4.23 manat cərimə borcu olmaqla, cəmi 4302.64 manat borcu vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia təmin edilməli, Cavabdeh 31.07.2014-cü il tarixli 129697-CNS-7467 saylı kredit müqaviləsinə əsasən 4291.08 manat əsas borc, 7.33 manat faiz borcu, 4.23 manat cərimə borcu olmaqla, cəmi 4302.64 manat və 30.40 manat dövlət rüsumu və bank xidmət xərci tutularaq iddiaçı "xxxx" (Azərbaycan) ASC-yə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 31.07.2014-cü il tarixli 129697-CNS-7467 saylı kredit müqaviləsinə əsasən 4291.08 manat əsas borc, 7.33 manat faiz borcu, 4.23 manat cərimə borcu olmaqla, cəmi 4302.64 (dörd min üç yüz iki manat, altmış dörd qəpik) manat və 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu və bank xidmət xərci tutularaq iddiaçı "xxxx" (Azərbaycan) ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar