Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4637/2022 23.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və digərinə qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş sadələşdirilmiş iddia ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və digərinə qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş sadələşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin elektron məhkəmə informasiya sisteminə əlavə etdiyi sənədlər araşdırılarkən məlum olmuşdur ki, mülki iş materiallarına kredit müqaviləsi üzrə borcun olmasını təsdiq edəcək maliyyə arayışı əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından hallarda imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268, 284-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və digərinə qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(010)-4637/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4637/2022
23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver