Məhkəmə qərarları › İş №2(010)-4649/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4649/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4649/2020 18.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı ”İddiaçı” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ”İddiaçı” QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ”İddiaçı” QSC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7490,14 manat məbləğində borcun və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 7520,14 manat məbləğində pulun tutulub iddiaçı ”İddiaçı” QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən iddiaçı ”İddiaçı” QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 6358,44 manat məbləğində borcun və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 6388,44 manat məbləğində pulun tutulub iddiaçı ”İddiaçı” QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdı ki, iddiaçı ”İddiaçı” QSC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 07-01/20 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə müxtəlif çeşidli malları satmağı, cavabdeh isə bunun müqabilində iddiaçıya mallar təqdim olunduqdan 15 gün müddətindən gec olmamaqla malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə öhdəliklərini icra etməməsi, ödənşin vaxtında həyata keçirilməməsi səbəbindən cavabdehin iddiaçıya borcu yaranmışdır. Qeyd edilənlərə baxmayaraq, cavabdeh borcun ödənişini bugünədək təmin etməmişdir. Məhkəmə iclasında iddiaçı ”İddiaçı” QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh yazılı ərizə verib iddia tələbini qəbul etdiyini bildirərək, iddiaçıya 6358,44 manat məbləğində borcunun olduğunu və həmin borcu hissəhissə olmaqla qısa müddət ərzində ödəyəcəyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - ”İddiaçı” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 07-01/20 nömrəli alğı-satqı müqaviləsinin görünür ki, satıcı qaim-fakturada göstərilən elektri mallarını alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, iddiaçı ”İddiaçı” QSC ilə Cavabdeh xx.xx.2020-ci il tarixli, 07-01/20 nömrəli alğı-satqı müqaviləsi üzrə cəmi borc məbləğinin 6358,44 manat olması barədə razılığa gəlmişlər. Mülki-Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 600.1 və 600.4-cü maddələrinə əsasən “Alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”, “Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının iddiasını müdafiə etməsini, həmçinin cavabdehin də iddia tələbini qəbul etməsini nəzərə alaraq və yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6358,44 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı ”İddiaçı” QSC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci madddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 6358,44 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 6388,44 (altı min üç yüz səksən səkkiz manat qırx dörd qəpik) manat məbləği tutularaq iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar