Məhkəmə qərarları › İş №2(010)-4651/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4651/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4651/2020 17.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxx» ASC Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 48 ( qırx səkkiz ) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 15800 (on beş min səkkiz yüz manat) manat məbləğində kredit verilmiş və bununla bağlı «Azər - Türk Bank» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2019-cu il tarixli 1017019/16454 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək X5 ona zamin durmuşdur. Zaminlik Müqavilələrinin 1.1.-ci bəndinə görə, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirinədək Zaminlər, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2020ci il tarixinə əsas borcu 13812.07 (on üç min səkkiz yüz on iki manat 07 qəpik) manat, faiz borcu 1036.07 ( bir min otuz altı manat 07 qəpik) manat, cəmi 14941.37 (on dörd min doqquz yüz qırx bir manat 37 qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər, Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin Kredit Müqaviləsinə əsasən «Azər - Türk Bank» Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 14941.37 (on dörd min doqquz yüz qırx bir manat 37 qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehlər Cavabdeh1 və X3 iddiaçı ‘xxxx” ASC-nin xeyrinə 13812.07(on üç min səkkiz yüz on iki manat 07 qəpik) manat əsas, borcu 1036.07 ( bir min otuz altı manat 07 qəpik) manat faiz, cəmi 14848.14 (on dörd min səkkiz yüz qırx səkkiz manat 14 qəpik) manat borcun, həmçinin ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edəsinini xahiş etmişdir. İddiaçı «Azər -Türk Bank» Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq, iddia tələbinin azaldılmasına dair ərizə verərək, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh1 və X3 iddiaçı “xxxx” ASC-nin xeyrinə 13812.07 (on üç min səkkiz yüz on iki manat 07 qəpik) manat əsas, 690.09 (altı yüz doxsan manat 09 qəpik) manat faiz, cəmi 14502.16( on dörd min beş yüz iki manat 16 qəpik)manat borcun, həmçinin ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən «xxxx» ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh1 həm yazılı həmdə şifahi izahatına əsasən, ona qarşı irəli sürülmüş iddianı qəbul etdiyini, əsas borcun və faizin tutulmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh2 Əyyub oğlu məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxx 2019-cu il tarixli ******* saylı fiziki şəxslərə kreditin verilməsi və istifadə üzrə xidmətlərin göstərilməsi müqaviləsindən görünür ki, «xxxx» ASC tərəfindən Cavabdeh1 illik 27 faiz olmaqla, 48 ay müddətinə qaytarmaq şərti ilə 15800 (on beş min səkkiz yüz) manat məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 541.66 və 541.76 manat olmaqla xx.xx.2020-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli 1017019/16454 saylı zaminlik müqaviləsinə görünür ki, Cavabdeh1 «xxxx» ASC qarşısında öhdəlikləri tam yerinə yetirilənədək X5 ona zamin durmuşlar. Zaminlik Müqavilələrinin 1.1.-ci bəndinə görə, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirinədək Zaminlər, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxx 2019-cu il tarixli ******* saylı fiziki şəxslərə kreditin verilməsi və istifadə üzrə xidmətlərin göstərilməsi müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə 13812.07 manat, 1036,07 manat faiz borcu, cəmi 14848.14 manat borcu vardır. Məhkəmə iclasında təqdim olunmuş və iş materiallarına əlavə edilmiş iddia tələbinin azaldılmasına dair ərizədən görünür ki, məhkəmə baxışı zamanı Cavabdeh1 tərəfindən ödəniş olunmuş, bu səbəbdən də iddia tələbinin həcminin azaldılması zəruriəti yaranmış, bununla əlaqədar “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh1 və X3 iddiaçı “xxxx” ASC-nin xeyrinə 13812.07 (on üç min səkkiz yüz on iki manat 07 qəpik) manat əsas, 690.09 (altı yüz doxsan manat 09 qəpik) manat faiz, cəmi 14502.16( on dörd min beş yüz iki manat 16 qəpik)manat borcun, həmçinin ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Asan 5 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 mənzil 64 ünvanında qeydiyyatdadır. İş materiallarında olan «xxxx» ASC-nin xx xxxx 2020-ci il tarixli xx/xx-1801 saylı Cavabdeh1 ünvanlanmış son xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozması, kredit və faiz borcunun ödənilməsini barədə xəbərdar edilmiş, ondan borcun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh1 xx xxxx 2019-cu il tarixli ******* saylı fiziki şəxslərə kreditin verilməsi və istifadə üzrə xidmətlərin göstərilməsi müqaviləsinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli ******* saylı fiziki şəxslərə kreditin verilməsi və istifadə üzrə xidmətlərin göstərilməsi müqaviləsi ləğv edilməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası mülki hüquq qanunvericiliyinin müddəlaları baxımından «xxxx» ASC ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı məlum oldu ki, Cavabdeh1 ilə iddiaçı «xxxx» ASC arasında xx xxxx 2019-cu il tarixli ******* saylı fiziki şəxslərə kreditin verilməsi və istifadə üzrə xidmətlərin göstərilməsi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh bankdan götürdüyü 15800 manat krediti 27 faiz olmaqla, 48 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2019-cu il tarixli 1017019/16454 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək X5 ona zamin durmuşdur. Zaminlik Müqavilələrinin 1.1.-ci bəndinə görə, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirinədək zaminlər, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. «xxxx» ASC 13812.07(on üç min səkkiz yüz on iki manat 07 qəpik) manat əsas, borcu 1036.07 ( bir min otuz altı manat 07 qəpik) manat faiz, cəmi 14848.14 (on dörd min səkkiz yüz qırx səkkiz manat 14 qəpik) manat borcun tələb etsə də, məhkəmə baxışı zamanı cavabdeh bdəniş etmiş və «xxxx» ASC iddia tələbini azaldaraq, 13812.07 (on üç min səkkiz yüz on iki manat 07 qəpik) manat əsas, 690.09 (altı yüz doxsan manat 09 qəpik) manat faiz, cəmi 14502.16( on dörd min beş yüz iki manat 16 qəpik)manat borcun ödənilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli ******* saylı fiziki şəxslərə kreditin verilməsi və istifadə üzrə xidmətlərin göstərilməsi müqaviləsi ləğv edilməli, Cavabdeh1 və Cavabdeh2 Əyyub oğlundan müştərək qaydada xx xxxx 2019-cu il tarixli ******* saylı fiziki şəxslərə kreditin verilməsi və istifadə üzrə xidmətlərin göstərilməsi müqaviləsi üzrə 13812.07 manat, 690.09 manat faiz borcu, cəmi 14502.16 manat məbləğində məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli ******* saylı fiziki şəxslərə kreditin verilməsi və istifadə üzrə xidmətlərin göstərilməsi müqaviləsi ləğv edilsin. Cavabdeh1 və X1 müştərək qaydada xx xxxx 2019-cu il tarixli ******* saylı fiziki şəxslərə kreditin verilməsi və istifadə üzrə xidmətlərin göstərilməsi müqaviləsi üzrə 13812.07 (on üç min səkkiz yüz on iki manat yeddi qəpik) manat əsas borc, faiz borcu isə 690.09 (altı yüz doxsan manat doqquz qəpik) manat faiz borcu olmaqla ümumilikdə cəmi 14502.16 (on dörd min beş yüz iki manat on altı qəpik) manat borcu «xxxx» ASC-nin xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 tutularaq «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar