Məhkəmə qərarları › İş №2(010)-4654/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4654/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4654/2021 30.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********15228 X4 7 markalı telefon üçün 195 (yüz doxsan beş) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat dəbbə, 27.09.2019-cu il tarixli müqaviləsinə əsasən,İMEİ kodu **********15900 Samsung Galaxy A50 markalı telefon üçün 351 (üç yüz əlli bir) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə, 13.10.2019-cu il tarixli müqaviləsinə əsasən,LG LED markalı televizor üçün 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, 175 (yüz yetmiş beş) manat dəbbə, 17.11.2019-cu il tarixli müqaviləsinə əsasən,İMEİ kodu **********25392 X4 7 markalı telefon üçün 164 (yüz altmış dörd) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat dəbbə, 13.12.2019-cu il tarixlimüqaviləsinə əsasən, Electrolux markalı paltaryuyan üçün 590 (beş yüz doxsan) manat ödənilməmiş hissə, 115 (yüz on beş) manat dəbbə, 16.03.2020-ci il tarixli müqaviləsinə əsasən, LG markalı paltaryuyan üçün 1279.6 (min iki yüz yetmiş doqquz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 207.4 (iki yüz yeddi manat, qırx qəpik) manat dəbbə, 01.06.2020-ci il tarixli müqaviləsinə əsasən,İMEİ kodu **********64785 X4 9S markalı telefon üçün 490 (dörd yüz doxsan) manat ödənilməmiş hissə, 147 (yüz qırx yeddi) manat dəbbə, 21.06.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan üçün 1165.8 (min yüz altmış beş manat, səksən qəpik) manat ödənilməmiş hissə, 165.2 (yüz altmış beş manat, iyirmi qəpik) manat dəbbə, 25.07.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********10278 X4 9 markalı telefon üçün 631 (altı yüz otuz bir) manat ödənilməmiş hissə, 135 (yüz otuz beş) manat dəbbə Ümumilikdə 6608 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh, "xxxx" MMC ilə 08.08.2019-cu il, 27.09.2019-cu il, 13.10.2019-cu il, 17.11.2019-cu il, 13.12.2019-cu il, 16.03.2020-ci il, 01.06.2020-ci il, 21.06.2020-ci il, 25.07.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********15228 X4 7 markalı telefon, İMEİ kodu **********15900 Samsung Galaxy A50 markalı telefon, LG LED markalı televizor, İMEİ kodu **********25392 X4 7 markalı telefon, Electrolux markalı paltaryuyan, LG markalı paltaryuyan, İMEİ kodu **********64785 X4 9S markalı telefon, Samsung markalı paltaryuyan, İMEİ kodu **********10278 X4 9 markalı telefon, almış və nəticədə 6608 (altı min altı yüz səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək göstərdi ki, o, əvvəllər borcunu vaxtı-vaxtında ödəsə də sonradan maddi imkasızlığı səbəbindən ödənişlərini həyata keçirə bilməmişdir. Ona görə də iddia tələbinin qismən təmin edilməsinə, yəni əsas borcun tutulmasına etiraz etməsə də, dəbbə pulunun tutulmasına etiraz edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan 08.08.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 624 manat olan olan İMEİ kodu **********15228 X4 7 telefon, hər ay 39 manat ödəmək şərti ilə 16 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 27.09.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 702 manat olan olan İMEİ kodu **********15900 Samsung Galaxy A50 markalı telefon, hər ay 39 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 13.10.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 936 manat olan olan LG LED markalı televizor, hər ay 39 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 17.11.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 492 manat olan İMEİ kodu **********25392 X4 7, hər ay 41 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 13.12.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 840 manat olan olan Electrolux markalı paltaryuyan, hər ay 35 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 16.03.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 1533.60 manat olan olan LG markalı paltaryuyan, hər ay 63.90 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 01.06.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 736 manat olan olan ,İMEİ kodu **********64785 X4 9S markalı telefon, hər ay 49 manat ödəmək şərti ilə 12 müddətinə nisyə satılmışdır. İş materiallarında olan 21.06.2020-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 1216.80 manat olan olan Samsung markalı paltaryuyan, hər ay 50.7 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır İş materiallarında olan 25.07.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 681 manat olan olan İMEİ kodu **********10278 X4 9 markalı telefon, hər ay 45.4 manat ödəmək şərti ilə 15 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC-i tərəfindən tərtib edilmiş 09 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh 08.08.2019-cu il tarixli müqaviləsinə əsasən, 195 (yüz doxsan beş) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat dəbbə, 27.09.2019-cu il tarixli müqaviləsinə əsasən, 351 (üç yüz əlli bir) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə, 13.10.2019-cu il tarixli müqaviləsinə əsasən, 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, 175 (yüz yetmiş beş) manat dəbbə, 17.11.2019-cu il tarixli müqaviləsinə əsasən, 164 (yüz altmış dörd) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat dəbbə, 13.12.2019-cu il tarixlimüqaviləsinə əsasən, 590 (beş yüz doxsan) manat ödənilməmiş hissə, 115 (yüz on beş) manat dəbbə, 16.03.2020-ci il tarixli müqaviləsinə əsasən, 1279.6 (min iki yüz yetmiş doqquz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 207.4 (iki yüz yeddi manat, qırx qəpik) manat dəbbə, 01.06.2020-ci il tarixli müqaviləsinə əsasən, 490 (dörd yüz doxsan) manat ödənilməmiş hissə, 147 (yüz qırx yeddi) manat dəbbə, 21.06.2020-ci il tarixli müqaviləsinə əsasən, 1165.8 (min yüz altmış beş manat, səksən qəpik) manat ödənilməmiş hissə, 165.2 (yüz altmış beş manat, iyirmi qəpik) manat dəbbə, 25.07.2020-ci il tarixli müqaviləsinə əsasən, 631 (altı yüz otuz bir) manat ödənilməmiş hissə, 135 (yüz otuz beş) manat dəbbə – cəmi 6115 manat məbləğində borcu vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı Müqavilələri üzrə öz öhdəliyini yerinə yetirməmiş və buna görə də, nisyə satılmış əşyaların məbləğinin ödənilməmiş hissəsində iddia tələbi təmin edilərək, 08.08.2019-cu il tarixli müqaviləsinə əsasən, 195 (yüz doxsan beş) manat məbləğində, , 27.09.2019-cu il tarixli müqaviləsinə əsasən, 351 (üç yüz əlli bir) manat məbləğində, 13.10.2019-cu il tarixli müqaviləsinə əsasən 585 (beş yüz səksən beş) manat məbləğində, 17.11.2019-cu il tarixli müqaviləsinə əsasən, 164 (yüz altmış dörd) manat məbləğində, 13.12.2019-cu il tarixli müqaviləsinə əsasən, 590 (beş yüz doxsan) manat məbləğində, 16.03.2020-ci il tarixli müqaviləsinə əsasən, 1279.6 (min iki yüz yetmiş doqquz manat, altmış qəpik) manat məbləğində, 01.06.2020-ci il tarixli müqaviləsinə əsasən, 490 (dörd yüz doxsan) manat məbləğində, 21.06.2020-ci il tarixli müqaviləsinə əsasən, 1165.8 (min yüz altmış beş manat, səksən qəpik) manat məbləğində, 25.07.2020-ci il tarixli müqaviləsinə əsasən 631 (altı yüz otuz bir) manat məbləğində manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cərimənin 08.08.2019-cu il tarixli Alğı-satqı müqaviləsi üzrə 10 manat, 27.09.2019-cu il tarixli müqaviləsinə əsasən 10 manat, 13.10.2019-cu il tarixli müqaviləsinə əsasən 10 manat, 13.12.2019-cu il tarixli müqaviləsinə əsasən 10 manat, 17.11.2019-cu il tarixli müqaviləsinə əsasən 10 manat, 16.03.2020-cu il tarixli müqaviləsinə əsasən 10 manat, 27.05.2019-cu il tarixli müqaviləsinə əsasən 10 manat, 13.08.2019-cu il tarixli müqaviləsinə əsasən, 10 manat məbləğində pul, 01.06.2020-ci il tarixli müqaviləsinə əsasən 10 manat məbləğində pul, 21.06.2020-ci il tarixli müqaviləsinə əsasən 10 manat, 25.07.2020-ci il tarixli müqaviləsinə əsasən 10 manat məbləğlərinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 08 avqust 2019-cu il tarixli müqavilə üzrə 195 (yüz doxsan beş) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 27.09.2019-cu il tarixli müqavilə üzrə 351 (üç yüz əlli bir) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 13.10.2019-cu il tarixli müqavilə üzrə 585 (beş yüz səksən beş manat) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 17.11.2019-cu il tarixli müqavilə üzrə 164 (yüz altmış dörd manat) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 13.12.2019-cu il tarixli müqavilə üzrə 590 (beş yüz doxsan manat) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 16.03.2020-ci il tarixli müqavilə üzrə 1279 (min iki yüz yetmiş doqquz manat) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 01.06.2020-ci il tarixli müqavilə üzrə 490 (dörd yüz doxsan manat) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 21.06.2019-cu il tarixli müqavilə üzrə 1165.80 (min yüz altmış beş manat 80 qəpik) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 25.07.2019-cu il tarixli müqavilə üzrə 631 (altı yüz otuz bir manat) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 5541,40 manat iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar