Məhkəmə qərarları › İş №2(010)-4666/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4666/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4666/2021 09.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.12.2019-cu il tarixli müqaviləyə əsasən Loft-Genc-Calısma masası, Loft-Genc-Carpayı, Loft-Genc-Dolab, Loft- Genc-Tumba, Doshek Uretan üçün 1407 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, 08.01.2020-ci il tarixli müqaviləyə əsasən Milan-Qonaq-Masa-Al, Stul-Venetsiya, Soft- Yumsaq–3 yerli üçün 925 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, 10.07.2020-ci il tarixli müqaviləyə əsasən Gree markalı kondisioner üçün 739 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, ümumilikdə 3071 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul vəsaitinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 30.12.2019-cu il tarixli, 08.01.2020-ci il tarixli və 10.07.2020-ci il tarixli müqavilələrə əsasən, Loft-Genc- Calısma masası, Loft-Genc-Carpayı, Loft-Genc-Dolab, Loft-Genc-Tumba, Doshek Uretan, Milan-Qonaq-Masa-Al, Stul-Venetsiya, Soft-Yumsaq–3 yerli, Gree markalı kondisioner almış və nəticədə 3071 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 30.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2004 manat (24 ay x 83,5 manat + 0 manat ilkin ödəniş) olan Loft-Genc-Calısma masası, Loft- Genc-Carpayı, Loft-Genc-Dolab, Loft-Genc-Tumba, Doshek Uretan üçün ümumilikdə 1407 manat olmaqla, ondan 1407 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, 08.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1340 manat (20 ay x 67 manat + 0 manat ilkin ödəniş) olan Milan-Qonaq-Masa-Al, Stul-Venetsiya, Soft-Yumsaq–3 yerli üçün ümumilikdə 925 manat olmaqla ondan 925 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, 10.07.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 894 manat (15 ay x 59,6 manat + 0 manat ilkin ödəniş) olan Gree markalı kondisioner üçün ümumilikdə 739 manat olmaqla, ondan 739 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1167 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30.12.2019-cu il tarixli, 01176834 nömrəli müqavilədən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 2004 manat məbləğində Loft-Genc-Calısma masası, Loft-Genc-Carpayı, Loft-Genc-Dolab, Loft-Genc-Tumba, Doshek Uretan əldə etmiş və həmin məbləği aylıq 83,5 manat olmaqla, 24 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.01.2020-ci il tarixli, 20022361 nömrəli müqavilədən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 1340 manat məbləğində Milan-Qonaq-Masa-Al, Stul-Venetsiya, Soft-Yumsaq–3 yerli məişət əşyaları əldə etmiş və həmin məbləği aylıq 67 manat olmaqla, 20 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.07.2020-ci il tarixli, 21015017 nömrəli müqavilədən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 894 manat məbləğində Gree markalı kondisioner əldə etmiş və həmin məbləği aylıq 59,6 manat olmaqla, 15 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 30.12.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1407 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu olmaqla, cəmi 1407 manat, 08.01.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 925 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu olmaqla, cəmi 925 manat, 10.07.2020ci il tarixli alqı-satqı müqailəsi üzrə 739 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu olmaqla, cəmi 739 məbləğində borcu vardır. İş materiallarında olan 02.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliklərini lazımi qaydada icra etmədiyindən hazırki iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə anuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 30.12.2019-cu il tarixli müqaviləyə əsasən, Loft-Genc- Calısma masası, Loft-Genc-Carpayı, Loft-Genc-Dolab, Loft-Genc-Tumba, Doshek Uretan üçün 1407 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, cəmi 1407 manat, 08.01.2020ci il tarixli müqaviləyə əsasən, Milan-Qonaq-Masa-Al, Stul-Venetsiya, Soft-Yumsaq–3 yerli üçün 925 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, cəmi 925 manat, 10.07.2020-ci il tarixli müqaviləyə əsasən Gree markalı kondisioner üçün 739 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, cəmi 739 manat olmaqla, ümumilikdə 3071 manat məbləğində pul və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 30.12.2019-cu il tarixli müqaviləyə əsasən, Loft-Genc-Calısma masası, Loft-Genc-Carpayı, Loft-Genc-Dolab, Loft-Genc-Tumba, Doshek Uretan üçün 1407 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, cəmi 1407 manat, 08.01.2020-ci il tarixli müqaviləyə əsasən, Milan-Qonaq-Masa-Al, Stul-Venetsiya, Soft-Yumsaq–3 yerli üçün 925 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, cəmi 925 manat, 10.07.2020-ci il tarixli müqaviləyə əsasən Gree markalı kondisioner üçün 739 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, cəmi 739 manat olmaqla, ümumilikdə 3071 (üç min yetmiş bir manat) manat məbləğində pul və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar