Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4672/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının vəkili X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ilə arasında bağlanmış podrat müqaviləsinə əsasən cavabdehdən 8220 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən Abşeron Quşçulq sovxozu ərazisində 0,016 ha torpaq sahəsi üzərində 52,8 kv.m yaşayış evinin tam təmirli tikintisi ilə əlaqədar onunla Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin podrat müqaviləsinə əsasən o, xx xxx 2019-cu il tarixə qədər həmin yaşayış evinin tikintisini başa çatdırıb Cavabdeh təhvil verməli olmuşdur. Öhdəliyə əsasən Cavabdeh ilkin ödəniş kimi heç bir məbləğ ödəmədən xx xxxxxx 2021-ci il tarixədək qalan hər ay 660 manat, 4 ayı isə 700 manat olmaqla müqavilə üzrə nəzərdə tutulan 32300 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Sonradan aralarında olan razılığa əsasən sifarişçiyə təhvil verilməli olan 52.8 kv.m sahəsi olan evin xx xxxxxxx 2019-cu il tarixdə təhvil verilməsi nəzərdə tutlmuşdur. xx xxxxxx 2018-ci il tarixdə isə tikintidə görülməli işlərin siyahısında müəyyən dəyişikliklər olmuş, bu üzdən yeni ödəniş cədvəli tərtib edilmiş, yeni ödəniş cədvəlinə əsasən, bəzi görülməli işlər siyahıdan çıxarıldıqdan sonra yerdə qalan işlərə görə ödənilməli olan məbləğ 18300 manat müəyyən edilmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixədək ödəməli olduğu pul vəsaitini mütəmadi olaraq ödəmiş, o, da öz öhdəliyini vaxtında yerinə yetirərək, xx xxxxxxx 2019-cu il tarixdə yaşayış sahəsini hazır edərək yaşayış evini yararlı vəziyyətə gətirmişdir. Lakin sifarişçi həmin yaşayış sahəsini təhvil almadan xx xxxxxx 2020-ci il tarixədək ödəniş aparmış, sonradan isə heç bir məbləğdə pul vəsaiti ödəməmiş, öz öhdəliyini yerinə yetirməmişdir. Hazırda cavabdehin iddiaçıya 8220 manat məbləğində borcu qalmışdır. O, cavabdehə müqavilə üzrə ödəniş etməsini tələb etdikdə cavabdeh ödənişi etməkdən imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X4 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə verib iddianı qismən qəbul edərək bildirdi ki, onun iddiaçıya 7360 manat məbləğində borcu var həmin hissədə iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2018-ci il tarixli podrat müqaviləsi və ödəniş cədvəlindən görünür ki, xx xxxxxxx 2021-ci il tarixədək qalan hər ay 660 manat, 4 ayı isə 700 manat olmaqla müqavilə üzrə nəzərdə tutulan 32300 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Sonradan aralarında olan razılığa əsasən sifarişçiyə təhvil verilməli olan 52.8 kv.m sahəsi olan evin xx xxxxxxx 2019-cu il tarixdə təhvil verilməsi nəzərdə tutlmuşdur. xx xxxxxx 2018-ci il tarixli podrat müqaviləsinə əlavədən görünür ki, yaşayış evinin tikintisində dəyişikliklər edilmiş və tərəflərin qarşılıqlı razılığı ilə evin xx xxx 2019-cu il tarxdə təhvil verilməsi nəzərdə tutulmuşdur. Ümumi məbləğ 18300 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx xxxxxx 2018-ci il tarixli podrat müqaviləsi və ödəniş cədvəlindən görünür ki, podratçı İddiaçı ilə sifarişçi Cavabdeh arasında podrat müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı sifarişçi Cavabdeh Hövsan qəsəbəsi ərazisində ev tikməyi öhdəsində götürmüşdür. Eyni zamanda sifarişçi Cavabdeh həmin evin təmiri üçün 18300 manat (dəyişiklikdən sonra) məbləğində pulu podratçıya hissə-hissə, aralarında razılaşdırılmış ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Bu halı cavabdehin özü də mübahisələndirməmiş, iddiaçıya aralarında bağlanmış podrat müqaviləsi üzrə cəmi 7360 manat məbləğində borclu olmasını etiraf etmiş, bununla bağlı məhkəməyə ərizə vermişdir. Məhkəmə həmin ərizə və cavabdehin izahatını iddianın 7360 manat hissədə etirafı kimi qiymətləndirərək qeyd edir ki, MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri podrat müqaviləsi üzrə öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Bununla belə, məhkəmə hesab edir ki, cavabdeh iddianı 7360 manat hissədə etiraf etsə də qalan hissədə iddia tələbi ilə razılaşmamış, iddiaçıya müqavilə üzrə başqa borcu olmadığını bildirmişdir. İddiaçı isə iddianı qalan hissədə sübut edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, cavabdehin müqavilə üzrə qalan borcunun 8220 manat olmasını sübut edə bilməmişdir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7360 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7360 (yeddi min üç yüz altmış) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanə Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4672/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4672/2020
30.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver