Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4681/2025 22.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən və faktiki mənzil kimi istifadə olunan əmlaka dair istifadə hüququnun tanınması, həmin ünvanda onunla birlikdə yaşayan ailə üzvlərinin X13, X10, X5, X6 və X2 birgə istifadə hüquqlarının tanınması, Cavabdeh bu hüquqlara maneəçilik törətməsinin qanunsuz hesab edilməsi və istifadə hüquqlarının müdafiəsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4619/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(010)-7/2023 saylı qətnaməsilə iddiaçılar X14, X8, X4, İddiaçı, X18 (hüquq varisi X19) və X1 cavabdeh “Lalə” firmasına ("xxxx" MMC) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı “Lalə” firmasının ("xxxx" MMC) cavabdehlər X14, X8, X4, İddiaçı, X18 (hüquq varisi X19) və X3 qarşı “özbaşına tikililərin sökülməsi, qeyri yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və pul”, qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdeh “Lalə” firmasına qarşı “pul” tələbinə dair mülki iş üzrə ilkin iddianın, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(103)-4134/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(010)-7/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(103)-4134/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tələbində ona əsaslanır ki, qəbul edilmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar o və ailə üzvləri mübahisəli ərazidən çıxarılırlar. Başqa sözlə, həmin ərazi ilə bağlı artıq məhkəmə aktı mövcuddur. Məhkəmə hesab edir ki, artıq həmin mübahisəyə məhkəmə qaydasında baxıldığından və İddiaçı münasibətdə həmin məhkəmə qətnaməsi preyudisial əhəmiyyət kəsb etdiyindən hazırki tələb icraata mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in müvafiq maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4681/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4681/2025
22.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver