Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4685/2021 01.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (maraqlı şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “cavabdehlər tərəfindən evin və torpaq sahəsinin vərəsəlik üzrə keçməsinin rəsmiləşdirilməsinə qarşı maneələrin aradan qaldırılması və vərəsəliyə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (maraqlı şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “cavabdehlər tərəfindən evin və torpaq sahəsinin vərəsəlik üzrə keçməsinin rəsmiləşdirilməsinə qarşı maneələrin aradan qaldırılması və vərəsəliyə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə və üzərində tikilmiş 9 saylı evə dair DƏDRX-dən çıxarışın və Texniki Pasportun verilməsini rəsmiləşdirmək üçün cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və vərəsəyə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X20 ilə 15.09.1995-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. İddiaçının həyat yoldaşı 02.08.2015-ci il tarixində vəfat etmişdir. O, 26.07.2000-ci il tarixdə ünvan 2 ünvanında yerləşən evi iddiaçıya vəsiyyət etmişdir. O, həmin evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə vərəsəlik qaydasında vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri 35 saylı Notariat ofisinə müraciət etmişdir. Notariat kontoru 12.11.2020-ci il tarixli 418 saylı məktubla DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək mərhum X11 adına olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə və üzərində tikilmiş 9 saylı evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı və Texniki Pasport verilməsini xahiş etmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən nümayəndə həmin ünvana gedərək həyətə baxış keçirmək istəsə də mərhum həyat yoldaşının birinci nikahından olan cavabdeh buna mane olmuş və onu həyətə buraxmamışlar. Buna görə də hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilməmişdir. Qanunvericiliyə əsasən miras qoyanın əmlak hüquqları dövlət qeydiyyatına alınıb-alınmamasmdan asılı olmayaraq mirasın tərkibinə daxildir. Bu hüquqların rəsmiləşdirilməməsi heç də onun itirilməsinə əsas vermir. Həmin hüquqlar vərəsəyə keçdiyindən rəsmiləşdirmə prosesi də aidiyyatı quruma müraciət əsasında aparılır. Belə ki, “Daşınmaz əmlakın dövlət reysteri haqqında” Azərbaycan Respublikası qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin ounmasını xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı mübahisəli ev və torpaq sahəsinin mərhum həyat yoldaşının adına olduğunu, torpaq sahəsinə hüququn mərhuma məxsus olduğunu iddia etsə də mübahisəli torpaq sahəsi və ev üzərində konkret hansı hüququn mərhum həyat yoldaşına məxsus olduğunu göstərməmişdir. İddiaçı mübahisəli evin və torpaq sahəsinin üzərində mərhum Əlif Rzayevin qanunvericilikdə nəzərdə tutulmuş hər hansı hüququnun olduğuna dair hər hansı bir sənəd, sübut məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinə əlavə olunmuş mübahisəli evin və torpaq sahəsinin texniki pasportu daşınmaz əmlakın texniki parametrlərinə dair texniki sənəddir və daşınmaz əmlak üzərində hər hansı bir hüquq yaratma qüvvəsinə malik deyildir. Mübahisəli ev qanuna əsasən özbaşına tikili, mübahisəli torpaq sahəsi isə bir tərəfdən qanunvericiliyə əsasən zəbt olunmuş hesab edilir və dövlətə məxsusdur, digər tərəfdən isə hazırkı iş üzrə üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinə cavab məktubuna əsasən mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan ərazidir. Göstərilənlərə əsasən DƏDRX-in əməkdaşlarının mübahisəli ünvana gəlmələri də tamamilə əsassız və qeyriqanuni olmuşdur. İddiaçı mübahisəli evin və torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir əsasla və hər hansı bir hüquqla mərhum həyat yoldaşı Əlif Rzayevə məxsus olduğuna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və iddia tələbini əsaslandırmamış, yəni iddiaçının mərhum həyat yoldaşı Əlif Rzayevin mübahisəli ev və torpaq sahəsi üzərində heç bir hüququ yoxdur və buna görə də mərhum Əlif Rzayevin mübahisəli evi və torpaq sahəsini iddiaçıya vəsiyyət etmək hüququ olmamışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edimləsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu halda məhkəmə işə iclasa gəlməyən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Asan 2 xidmətinin 23.07.2021-ci il tarixli "yaşayış yeri üzrə qeydiyyat haqqında" arayışdan müəyyən olunur ki, ünvan 4 ünvanda İddiaçı, Cavabdeh2, X12, X8, Cavabdeh1, X15, X13, X18, X15, X1 Ədalət Ələkpər oğlu, X2, X6 pasport qeydiyyatındadır. 26.07.2000-ci il tarixli vəsiyyətnamədən müəyyən olunur ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, Mağazin küçəsi,ev 6 “A”da yaşayan X20, ölən günə qədər özünə məxsus olan bütün əmlakını o cümlədən Bakı şəhəri, Hövsan qəsəbəsi, Mağazin küçəsindəki 6 “A” saylı evi həyat yoldaşı X10 qzına vəsiyyət etmişdir. 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 12.08.2015-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X20 02.08.2015-ci il tarixdə ölmüşdür. Suraxanı rayon VVAQ şöbəsi tərəfindən 15.09.1995-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X20 ilə X3 arasında nikah 15.09.1995ci il tarixdə bağlanmışdır. Suraxanı rayon məhkəməsinin 2(010)-2290/2021 saylı 07.05.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, ərizəçi İddiaçı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi təmin edilmiş, X14 adına qeyd olunmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça (Mağaza) küçəsi, 6A saylı evə dair texniki pasportunun AZ-İ seriyalı 757663 №-li ölüm şəhadətnaməsi və JQ seriyalı 275537 №-li nikah haqqında bağlanması şəhadətnaməsində qeyd olunmuş X16 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmuşdur. Evin texniki pasportu ilə müəyyən olunmuşdur ki, Orcanikidze rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi, ev 9 X14 adına Vİİ-1972 –ci ildə tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddiaçının iddia tələbinin "vərəsəliyə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi“ hissəsinə münasibətdə iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İddiaçı öz tələbi ilə əlaqədar müvafiq dövlət orqanına qanunvericiliyin qaydalarına uyğun şəkildə müraciət etdikdən sonra həmin dövlət orqanının hərəkət və ya hərəkətsizliyi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarının 15.4-cü bəndində qeyd edilir ki, “inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.” Yuxarıda qeyd edilənləri nəzərə alaraq və qanunvericiliyin müvafiq tələblərini rəhbər tutaraq məhkəmə belə bir qənaətə gəlir ki, hazırki iddia tələbinin "vərəsəliyə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi“ hissəsi ilə bağlı işə məhkəmədə baxılmalı olmadığından işin icraatına həmin hissədə xitam verilməlidir. Məhkəmə həmçinin vurğulayır ki, 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçıya izah olunur ki, hazırki iddia tələbi üzrə işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilsə də, iddiaçı aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (maraqlı şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “cavabdehlər tərəfindən evin və torpaq sahəsinin vərəsəlik üzrə keçməsinin rəsmiləşdirilməsinə qarşı maneələrin aradan qaldırılması və vərəsəliyə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinin "vərəsəliyə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” hissəsinə münasibətdə iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-4685/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4685/2021
01.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver